Məhkəmə qərarları › İş №2-1(102)-1753/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1753/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1753/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə X3 Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-717/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması müddətlərinə dair» Əsasnamənin 4.2-ci bəndinin pozulması səbəbindən cavabdeh inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay üçün müəyyən edilmiş pensiyasının məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. xx.xx.2021-ci il tarixində iddiaçı məhkəməyə ərizə ünv anlayaraq 2-1(112)8561/2021 saylı inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2-1(112)-8561/2021 nömrəli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə X1rşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə iddiaçının inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir.

5. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2-1(112)-8561/2021 nömrəli (vəsatətin təmin edilməməsi barədə) qərardadının ləğv edilməsini xahiş etmişdir. 6. ünvan 2li qərardadı ilə (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2-1(112)-8561/2021 nömrəli qərardadı (inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair vəsatətin rədd edilməsi barədə) dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ünvan 2li qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına və killə təmin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 21(103)-717/2022 nömrəli qərardadı ilə (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı ünvan 2li qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır.

9. İddiaçı ünvan 2li qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərar qebuı edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müdd ət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məh kəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdi m olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

13. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməsi barədə vəkil orderi 14 may 2022-ci il tarixində tərtib edilmişdir. Lakin həmin qərardadın kassasiya şikayəti 18 iyul 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra poçt rabitə xidmətinə təqdim olunmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür və bu barədə tə rəflərə 19 avqust 2022-ci il tarixli bildiriş göndərilmişdir. Bildirişdə məhkəmə iclasının təyin olunduğu vaxtadək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış ərizəni, (vəsatəti) məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

14. Lakin buna baxmayaraq müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılımış ərizəni, (vəsatəti) məhkəməyə təqdim edilməmişdir.

15. İddiaçının vəkili xx.xx.2022-ci il tarixdə apellyasiya məhkəməsinə məktub ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı aidiyyətlə bağlı qərardaddan kassasiya şikayətinin verilməsinin zəruri olduğ unu telefonla ona bildirsə də iddiaçı özü xx.xx.2022-ci il tarixinə qədər kassasiya şikayətini imzalamaq üçün vəkilin Sabirabad şəhərində yerləşən iş otağına gəlməmişdir. Daha sonra iddiaçının vəkili bir daha onunla xx.xx.2022-ci ildə telefonla əlaqə saxladıqda iddiaçı səhhəti ilə əlaqədar xəstəxanada ürəyindən müalicə aldığını bildirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə vəkillə telefon əlaqəsi yaratmış, xəstəxanadan çıxdığını və sənədləri gəlib imzalayacağını bildirmişdir. Lakin iddiaçı sonradan vəkilin telefon zənglərinə və mesajlarına cavab verməmişdir.

16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı, kassas iya şikayətinin qəbulundan imtina edilməlidir.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-717/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar