Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1753/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pens iyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(103)-1243/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, ilk soyadı “İmanova” olmuş, xx.xx.1980-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olduqdan sonra ona “Əsədova” soyadı verilmişdir. 2. 20.07.1980-ci il tarixli, Г-İ 035624 nömrəli diploma əsasən, iddiaçı 1976-cı ildə Y.Məmmədəliyev adına X4 İnstitutuna daxil omuş, 1980-ci ildə həmin İnstitutu “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona “Orta mək təbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası verilmişdir. 3. xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1975-ci ildə Cəbrayıl rayon Xələfli stansiyasındakı məktəbdə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci ildə Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1985-ci ildə ərizəsinə əsasən azad edilmişdir. xx.xx.1985-ci ildə yaşayış yerini dəyişdiyindən ərizəsinə əsasən Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1994-cü ildə Cəbrayıl rayonu işğal olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 181 nömrəli Qərarına əsasən iddiaçının adı dondurulmuş əmək haqqı alanların siyahısına salınmış və ona orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 181 nömrəli Qərarının müddəti artırılmadığına görə dondurulmuş orta aylıq əmək haqqı dayandırılaraq adı ehtiyat kadr siyahısına salınmışdır. xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmiş və rayonun müəllimliyindən azad edilmişdir.
4. İddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilərək ödənilir.
5. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinasını onun la əsaslandırmışdır ki, iddiaçının xx.xx.1975-ci il tarixində tərtib edilmiş əmək kitabçasının və diplomunun surətlərinə əsasən, sığorta stajı 3 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2781 manat olmaqla tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Əlavə olaraq, Fondun Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sığorta stajının araşdırılması mümkün deyildir. Həmçinin xx.xx.1993-cü il tarixindən 2003-cü il tarixinədək Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmadı ğı), 2003-cü ilin əmək haqqı cədvəllərində X3, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2005-ci ildə X3 qeyd olunduğuna görə xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması və sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Bundan əlavə, iddiaçıya xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22- 1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbl əri baxımından mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayon Xələfli kənd orta məktəbindəki iş stajının düzgünlüyünü araşdırmağa heç bir ehtiyac və zərurət yoxdur. Çünki, bu barədə iddiaçının adına qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq edilmiş əmək kitabçası vardır. Həmin əmək kitabçasında aparılmış qeydiyyatların həqiqiliyinə şüb hə doğuran heç bir hal yoxdur. Belə olduğu halda göstərilən əsasla iddiaçıya pensiya təyin olunmasından imtina olunması qanunsuz və əsassızdır.
9. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında əlavə olaraq qeyd etmişdir ki, əmək kitabçasında iddiaçının xx.xx.1975-ci il tarixdə eyni vaxtda məktəbə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edildiyi qeyd edilsə də, işdən azad edilmə tarixi göstərilməmişdir. Qeyd edilənlər iddiaçının həmin dövrlərdə əmək fəaliyyətinin doğruluğuna əsaslı şübhələr doğurur. Belə olan halda, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi xahiş edilir.
10. Məhkəmə sorğusuna cavab olaraq verilmiş Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 51 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin və Xələfli kənd orta məktəbin arxiv sənədləri işğal zonasında qaldığı üçün (İmanova) İddiaçı dair arxivdə məlumat yoxdur.
11. Məhkəmə sorğusuna cavab olaraq verilmiş Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 60 nömrəli məktubuna əlavə edilmiş Cəbrayıl rayon Xələfli kənd orta məktəbin əməkhaqı cədvəllərindən çıxarışa əsasən (İmanova) İddiaçı 1993-cü ilin avqust ayından 2006-cı ilin dekabr ayına kimi əməkhaqqı almışdır.
12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İd arəsi Cəbrayıl rayon Təhsil sektorunun xx.xx.2022-ci il tarixli, 34 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixində işğal olunduğu zaman, arxiv sənədləri işğal ərazisində qaldığı üçün 1993-cü ildən 2006-cı ilədək işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlara vətəndaşların işlədiyi müəssisələrin əməkdaşlarının, müəssisələrin rəhbərlərinin iştirakı ilə tutulmuş aktlar, şahid ifadələri, yazılmış izahatlar əsasında qiymət verilirdi. Lakin 2006-cı ildən sonra məcburi köçkünlərin işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsi məhkəmələr tərəfindən icra olundu. Cəbrayıl rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər (uyğun olaraq - xx.xx.1980-ci il tarixli, 211 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 233 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 234 nömrəli əmr) işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubuna əlavə edilmiş sığortaolunan X1 (SSN: **********729) xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, 2006-cı ilin yanvar ayından dekabr ayına kimi, 2015-ci ilin yanvar ayından dekabr ayına kimi, 2016-cı ilin yanvar ayından dekabr ay ına kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2148/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının stajı 25 ildən az olsa da (stajı təsdiq edənlərin mötəbərliyinin şübhə doğurması əsası ilə 25 il staj təsdiqlənmir), iddiaçının hesabına 2006-cı, 2015-ci, 2016-cı illər üzrə məcburi sığorta ödəmələri aparılmışdır ki, bu hal ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsi ilə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün əsasdır. Digər tər əfdən, Qanunun 221.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan normanın tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqam sosial müavinətin və keçirilməsi nəzərdə tutulan pensiya növünün eyni növdə olmasıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2019cu il tarixli, 866 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində sosial müavinət təyin edilmişdir. Qeyd edildiyi kimi, bu müavinət yaşa görə sosial müavinət deyildir, müavinət 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətdir. Bu növ müavinətin “Əmək pensiyaları haqqında” Qanun ilə nəzərdə tutulmuş qarşılığı olan pensiya növü “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “çoxuşaqlı qadınlar üçün uşaqlara görə” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası növüdür. Qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququ var idisə, həmin tarixdən sonra və hazırda qüvvədə olan qanunun tələbinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il ta rixədək qüvvədə olmuş 8-ci maddəsinin redaksiyasında üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan 51 yaşına çatmış qadınların əmək pensiyası hüququ var idisə, həmin tarixdən (xx.xx.2009-cu ildən) “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilmiş dəyişiklikdən sonra 5 və daha çox uşaqlı anaların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının çoxuşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən sosial müavinət almaq hüququ yarandığı vaxt həmin müavinət növünə qarşılıq olan “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş çoxuşaqlı qadın olaraq pensiya hüququ mövcud deyildi. Eyni zamanda, bu növ müavinət ona yaşa görə pensiya hüququ yaranmadığına görə deyil, məhz həmin vaxt qüvvədə ola n sosial təminat qanunvericiliyi ilə çoxuşaqlı qadın olduğuna görə təyin edilmişdi. Dolayısı ilə çoxuşaqlı qadınlara verilən müavinətin qarşılığı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə pensiya olmadığından, sosial müavinətin təyin edildiyi vaxt iddiaçının nə həmin müavinətə qarşılıq “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə” əmək pensiyasına, nə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə əmək pensiyasına hüququ olmadığına görə iddiaçıya 2016-cı ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Əksinə, eyni növlü sosial müavinətdən, yəni yaşa görə müavinətdən keçid olmadığından iddiaçının xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınan pensiya kapitalı nəzərə alınmalı, ona Qanunun 22-1.2-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada 25 il ümumi iş stajı hesabı ilə pensiya təyinatı aparılmalıdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 05 aprel 2023-cü il tarixli, 2-1(103)-1243/2023 nömrəli qərarı il ə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsi düzgün tətbiq edilməmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilərək ödənildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsi ona münasibətdə tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlər i 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajı nın hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pe nsiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüq uqu verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Al i Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırı lması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
27. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pe nsiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 61 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.
29. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən Cəbrayıl rayon Xəlfəli kənd orta məktəbində xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrün müvafiq əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən araşdırılmasının mümkün ol madığını, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr üzrə isə əməkhaqqı cədvəllərində müəyyən illərdə iddiaçının ata adının fərqli qeyd edildiyini və ya qeyd edilmədiyini əsas gətirərək həmin dövrləri nəzərə almamış, bu səbəbdən tələb olunan sosial sığorta stajının və ya pensiya kapitalının tamamlanmadığını qeyd edərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya münasibətdə 2006-cı ilin yanvar ayından dekabr ayına kimi, 2015-ci ilin yanvar ayından dekabr ayına kimi, 2016-cı ilin yanvar ayından dekabr ayına kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Həmçinin iddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaş ına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilərək ödənilir.
31. Məhkəmələr iddiaçının fərdi hesabında xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının olduğunu nəzərə alaraq ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.2-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş sosial müavinət yaşa görə sosial müavinət deyil, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət olmuş, həmin sosial müavinətin təyin edildiyi vaxt iddiaçının nə həmin müavinətə qarşılıq “Əmək pensiyaları haqqında” Qanunun 8-c i maddəsi ilə nəzərdə tutulmuş “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə” əmək pensiyasına, nə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə əmək pensiyasına hüququ olmadığından, həmin müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 221.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir.
32. Məhkəmə kollegiyası həmin mövqeyi əsaslı hesab etməyərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə görə, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
33. Qanunverici qeyd edilən normada sosial müavinətlərin hər hansı bir növündən deyil, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş istənilən növ sosial müavinətdən bəhs edir və belə halda da “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol vermir.
34. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi sözügedən normanın tətbiqində səhv yol vermişdir.
35. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də bu qərarın 28-ci bəndində qeyd edilən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsi baxımından və cavabdehin imtinasının, iddiaya qarşı eti razının və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmişdir.
36. İşin hallarının araşdırılması prinsipinə uyğun olaraq, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
37. İşə yenidən baxılarkən qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq iddiaçının sığorta stajı iş materiallarındakı sübutlar əsasında dəqiq müəyyən edilməli, bununla əlaqədar cavabdehin pensiya təyin edilməsindən imtinasının əsasları üzrə yenidən hərtərəfli məhkəmə araşdırması aparılmalı və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
38. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə qeydlər olan əmək kitabçası vardır, təkcə Cəbrayıl rayonu işğal edilənə qədər onun 18 ildən artıq sığorta stajı mövcuddur, 1993 və 2006-cı illər üzrə isə əmək haqqı cədvəlləri üzrə arxiv arayışları da iş materiallarına əlavə edilmişdir və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq xüsusatlar isə iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti üzrə həmin müəssisənin müvafiq əmrləri nin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərinin bu və ya digər səbəbdən əldə edilə bilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Mötəbərlik prezumpsiyası prinsipinə əsasən, iddiaçıya məxsus əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci, 12.2-ci, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndəri lməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 21(103)-1243/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.