Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1754/2019 15.05.2019 ALİ MƏHKƏMƏ “XXX” MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “XXX” MMC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı “XXX” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/ 2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.01.2015-ci il tarixli 1500777001852284 nömrəli qərarı ilə “XXX” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlama 07.08.2015-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 07.08.2015-ci il tarixli 1500777026891207 nömrəli aktla rəsm iləşdirilmiş və ümumilikdə 420 241,89 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmağı qeyd edilməklə nümayəndəliyə 210 120,95 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 2014-cü il üçün mənfəət vergisinin 302 709 manat, 2014-cü il üçün ödəmə mənbəyində tutulan verginin 117 532,49 manat azaldılması aşkar edilmiş və Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01.10.2015-ci il tarixli 1500777023953080 nömrəli Qərar ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi barəsində 420 241,89 manat əsas borc, 210 120,95 manat maliyyə sanksiyası tətbiq edilmiş, cəmi 630 362,84 manat məbləğində vergi hesa blanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.10.2015-ci il tarixli 1500777023953080 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.12.2015-ci il tarixli 2-1(82)3402/2015 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01.10.2015-ci il tarixli 1500777023953080 nömrəli qərarı 2014-cü il üzrə 302.709,40 manat mənfəət vergisinin tətbiq olunması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ona hesablanmış 151.354,70 man at maliyyə sanksiyasının tətbiq olunması, 2014-cü il üzrə 117.093,93 manat ödəmə mənbəyində tutulan verginin tətbiq olunması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ona hesablanmış 58.546,96 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.04.2016-cı il tarixli 2-1(103)-557/2016 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 29.12.2016-cı il tarixli 2-1(102)-1276/2016 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.04.2016-cı il tarixli 2-1(103)-557/2016 nömrəli qər arı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2017-cı il tarixli 2-1(103)-617/2017 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 30.12.2015-ci il tarixli 2-1(82)-3402/2015 nömrəli qərarı qismən, “vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01.10.2015-ci il tarixli 1500777023953080 nömrəli qərarının 2014-cü il üzrə 302.709,40 manat mənfəət vergisinin tətbiq olunması və ona hesablanmış 151.354,70 manat maliyyə sanksiyasının tətbiq olunması, 2014-cü il üzrə 117.093,93 manat ödəmə mənbəyində tutulan verginin tət biq olunması və ona hesablanmış 58.546,96 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilməsi” hissəsində ləğv olunmuş, həmin hissədə yeni qərar qəbul olunmaqla iddia tələbi təmin olunmamış, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmşdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 22.12.2017-ci il tarixli 2-1(102)-1526/17 nömrəli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2017-cı il tarixli 21(103)-617/2017 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.12.2018-ci il tarixli 2-1(103)-651/2018 nömrəli qərarı ilə iddiaçı “XXX” MMC-nin və cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti nin apellyasiya şikayətləri təmin edilməmiş və 2 saylı Bakı Inzibati- İqtisadi Məhkəməsinin 30.12.2015-ci il tarixli 2-1(82)-3402/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə müəssisə tərəfindən 2013-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin məlumatlarına əsasən hesablama metodu ilə fəaliyyət göstərən müəssisənin 2013-cü ildə göstəriciləri aşağıdakı kimi olmuşdur: • ümumi gəlirlər – 3.251.484,7 manat (o cümlədən, işlərin yerinə yetirilməsi üzrə 3.242.054,59 manat və ya 99,7 %); • xərclər – 6.022.468,42 manat (o cümlədən, “xammal və mat eriallar üzrə 586.048,45 manat və ya 9,7 %); • zərər – 2.770.983,72 manat. Bəyannamədə göstərilmiş 586.048,45 manat “xammal və materiallar” xərcinə aid olan malların yerinə yetirilmiş tikinti işlərinə sərf edilməsi (silinməsi) ilə bağlı material hesabatları yoxlamaya təqdim edilmədiyi üçün həmin xərcin gəlirin əldə edilməsi ilə əlaqəsini yoxlamaq mümkün olmamışdır. Buna görə şərti rentabellik norması əsasında 2013-cü il üzrə 541.914,12 manat mənfəət müəyyən edilmiş və keçmiş illərin 1.338.781,02 manat zərəri nəzərə alınmaqla mənfəət vergisi hesablanmamışdır. Bəyannamə məlumatlarına əsasən müəssisənin 2014-cü ildə göstəriciləri aşağıdakı kimi olmuşdur: • ümumi gəlirlər – 7.242.000,0 manat; • xərclər – 4.923.957,53 manat; • mənfəət – 2.318.042,47 manat; • əvvəlki illərin zərəri – 2.338.82 6,02 manat; • mənfəət vergisi – 0 manat. 2013-cü il üzrə zərər yuxarıda göstərilən qaydada azaldıldığı üçün yoxlama ilə vergiyə cəlb edilən mənfəət 1.513.546,99 manat müəyyən edilərək 302.709,4 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə gəlirdən çıxılan əmlak vergisini 7.628,58 manat az göstərilmişdir. Yoxlama zamanı müəssisəyə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 02.02.2015-ci il tarixli 1500777003859543 nömrəli tələbnamə təqdim edilmiş, lakin müəssisə tərəfindən 2013-cü ildə aparılmış tikintiquraşdırma işlərinə sərf olunmuş xammal və materiallara dair tikinti və material hesabatları yoxlamaya təqdim edilməmişdir. Təlabnamə ilə tələb edilmiş sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq iki nüsxədə “Sənədlərin təqdim olunmasından imtina” barədə akt tərtib edilmiş, yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 07.07.2015-ci il tarixli 1500777012919780 saylı qərarla qismən götürülmüş sənədlər barədə 14.07.2015-ci il tarixli 1500777013922092 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol və imtina aktı tərtib edilmişdir. Beləliklə, yoxlama zamanı müəssisə tərəfindən 2013-cü ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı və qeyd olunan hesabatların yoxlamaya təqdim edilmədiyi müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bununla da, müəssisənin 2013-cü il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübut qismində istinad olunan ekspert rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən yoxlanılma mışdır. Belə ki, həmin ekspert rəyi Məhkəmə Ekspertiza Mərkəzinin bundan əvvəlki 07.12.2015-ci il tarixli 24438 nömrəli rəyinin eynilə üzündən köçürülməsindən ibarət olmuşdur. Bundan əlavə, ekspert rəyində ödəmə mənbəyində tutulan verginin yalnız 438,56 manat məbləğində (icarəyə ÖMV) azaldılması göstərilmiş və iş materiallarında vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər tərəfindən müəssisəyə hər hansı başqa bir xidmətin göstərilməsi və yaxud onlara müəssisə tərəfindən hər hansı başqa bir ödənişin edilməsi faktının aşkarlanmadığı qeyd edilmişdir. Həmçinin, 2014-cü ilin avqust ayı ərzində tərtib edilmiş e-VHF-larına əsasən müəssisə 7.242.000,0 manat dəyərində tikinti-quraşdırma işlərini təhvil versə də, bəyannamə məlumatlarına əsasən həmin il in III rübündə müəssisənin orta aylıq işçi sayı 27 nəfər təşkil etmiş və bu göstərici görülmüş işlərin həcminə mütənasib olmamışdır. Buna görə yoxlama zamanı dəvət edilmiş mütəxəssis rəyinə əsasən 2014-ci ilin III rübü üzrə görülmüş işlərin tərkibində əmək tutumu 160.941,22 adam/saat, həmin rüb üzrə 1 nəfər işçi üçün aylıq iş vaxtı norması 170,67 saat təşkil etmiş və Dövlət Statistika Komitəsinin məlumatına əsasən ixtisaslaşdırılmış tikinti işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı 924,4 manat olmuşdur. Başqa sözlə, görülmüş işlərin yerinə yetirilməsi üçün orta hesabla aylıq 112 nəfər işçi qüvvəsi tələb olunmuşdur. Göstərilənlərə əsasən 2014-cü ilin 3 rübü üzrə 871.706 manat əmək haqqı hesablanmış və müəssisə tərəfindən bəyan edilmiş 35.320,8 manat əmək haqqı nəzərə alınmaqla, 117.093,93 manat (836.385,2 x 14%) ÖMV hesablanmışdır. Kassator VM-nin 45.1, 67, 83-cü maddələrinə, MPM-nin 101.2, 418.1-ci maddələrinə, İPM-nin 96.9-cu maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/ 2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “XXX” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabde hin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.01.2015-ci il tarixli 1500777001852284 nömrəli qərarı ilə “XXX” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlama 07.08.2015-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 07.08.2015-ci il tarixli 1500777026891207 nömrəli aktla rəsmiləşdirilmişdir.Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 2014-cü il üçün mənfəət vergisinin 302 709 manat, 2014-cü il üçün ödəmə mənbəyində tutulan verginin 117 532,49 manat azaldılması aşkar edilmiş və Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” 01.10.2015-ci il tarixli 1500777023953080 nömrəli Qərar ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi barəsində 420 241,89 manat əsas borc, 210 120,95 manat maliyyə sanksiyası tətbiq edilmiş, cəmi 630 362,84 manat məbləğində vergi hesablanmışdır. İddiaçıya hesablanmış mənfəət vergisi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hesablama metodu ilə fəaliyyət göstərən müəssisənin 2013-cü ildə göstəriciləri belə olmuşdur: ümumi gəlirlər – 3.251.484,7 manat, xərclər – 6.022.468,42 manat (o cümlədən, “xammal və materiallar üzrə 586.048,45 manat), zərər – 2.770.983,72 manat. Cavabdeh bəyannamədə göstərilmiş cəmi 586.048,45 manat “xammal və materiallar” xərcinə aid olan malların yerinə yetirilmiş tikinti işlərinə sərf edilməsi (silinməsi) ilə bağlı ma terial hesabatlarının yoxlamaya təqdim edilməməsi əsası ilə şərti rentabellik norması əsasında 2013-cü il üzrə 541.914,12 manat mənfəət müəyyən etmiş və keçmiş illərin 1.338.781,02 manat zərəri nəzərə almamaqla mənfəət vergisi hesablamışdır. Halbuki, yuxarıda qeyd olunan bəyannamə məlumatlarından aydın olduğu kimi iddiaçının 6.022.468,42 manat xərcindən (809365.68 manat kredit faizi xərcləri, 2 248 224.86 manat əmək haqqı xərcləri, 579 380.95 manat DSMF xərcləri, 59 280.25 manat rabitə xərcləri, 586 048.45 manat material xərcləri, 23223211.32 manat yanacaq xərcləri, 22974.72 manat sığorta xərcləri, 94 720.85 manat icarə xərcləri, 6 960.93 manat su xərcləri, 2 141.90 manat qaz xərcləri, 40 950.61 manat sair xərclər, 37 576.04 manat əmlak vergisi, 2446.85 manat yol vergisi, 1235750.02 manat amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər) yalnız 586 048.45 manat material xərclərini mübahisələndirmişdir ki, həmin material xərcləri ümumi xərclərin 10.28%-ni təşkil edir. Cavabdeh isə xərc sənədlərindən cüzi hissəsinin olmaması əsası ilə iddiaçının gəlirinə şərti rentabellik norması tətbiq etməklə mənfəət vergisi hesablamışdır. Halbuki, mübahisələndirilən material xərcləri nəzərə alınmadıqda belə iddiaçının 2013-cü ili zərərlə başa vurması aydın görünür. Bununla yanaşı, iş materiallarında iddiaçı tərəfindən material xərcləri təqdim edilmişdir. Cavabdeh həmin xərc sənədlərini qəbul etməməsinə baxmayaraq, iddiaçı tərəfindən sənədləşdirmənin həyata keçirilməsində qanunvericilikdə əks olunmuş hansı normalara riayət edilmədiyi, bu nunla da iddiaçı tərəfindən vergi öhdəliyinin müəyyən edilməsində pozuntuya yol verildiyi cavabdeh tərəfindən əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habeləsəyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədik də, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. v ergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti(gəliri)birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət(gəlir)müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Beləliklə, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə əks edilmiş xərc məbləğinin əksər hissəsini (89.72%-ni) mübahisələndirməməsinə baxmayaraq iddiaçının gəlirinə şərti rentabellik norması tətbiq etməklə və o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş xərc sənədlərinin qəbul edilməməsinin əsaslarını göstərməməklə yuxarıda sadalanan normaların tələblərini pozmuş və iddiaçıya əsassız vergi hesablanmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası ödəmə mənbəyi ndə tutulan verginin azaldılmasına münasibətdə bildirirki, cavabdeh kassasiya şikayətində hesablanmış ÖMV ilə bağlı qeyd etmişdir ki, 2014-cü ilin avqust ayı ərzində tərtib edilmiş e-VHF-larına əsasən müəssisə 7.242.000,0 manat dəyərində tikinti-quraşdırma işlərini təhvil versə də, bəyannamə məlumatlarına əsasən həmin ilin III rübündə müəssisənin orta aylıq işçi sayı 27 nəfər təşkil etmiş və bu göstərici görülmüş işlərin həcminə mütənasib olmamışdır. Buna görə yoxlama zamanı dəvət edilmiş mütəxəssis rəyinə əsasən 2014-ci ilin III rübü üzrə görülmüş işlərin tərkibində əmək tutumu 160.941,22 adam/saat, həmin rüb üzrə 1 nəfər işçi üçün aylıq iş vaxtı norması 170,67 saat təşkil etmiş və Dövlət Statistika Komitəsinin məlumatına əsasən ixtisaslaşdırılmış tikinti işləri sahəsində bir muzdlu işçiy ə düşən orta aylıq əmək haqqı 924,4 manat olmuşdur. Başqa sözlə, görülmüş işlərin yerinə yetirilməsi üçün orta hesabla aylıq 112 nəfər işçi qüvvəsi tələb olunmuşdur.Göstərilənlərə əsasən 2014-cü ilin 3 rübü üzrə 871.706 manat əmək haqqı hesablanmış və müəssisə tərəfindən bəyan edilmiş 35.320,8 manat əmək haqqı nəzərə alınmaqla, 117.093,93 manat (836.385,2 x 14%) ÖMV hesablanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh iddiaçının 2014-cü ilin avqust ayı ərzində tərtib edilmiş e-VHF-larına əsasən 7.242.000,0 manat dəyərində tikinti-quraşdırma işlərini təhvil verdiyini qeyd etsə də, sözügedən tikinti quraşdırma işlərinin avqustun 01dən 31-dək aparıldığına dair hər hansı sübut təqdim etməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən 2014-cü ilin avqust ayı üzrə təqdim edilmiş bəyannamədə işçi sayı 27 göstərilsə də, sözügedən tikinti-quraşdırma işlərinin görülməsinə 2014-cü ilin avqust ayından əvvəl başlanılmış, sadəcə 2014-cü ilin avqust ayında başa çatmış tikinti təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməyən vergi bəyannamələrindən də aydın görünür ki, iddiaçı 2013-cü il üzrə işçilərinə əmək haqqı üzrə 2 milyon manatdan çox əmək haqqı ödəmiş və 2013-cü il üzrə orta aylıq işçi sayı 300 dən çox olmuşdur ki, bu da cavabdehin “orta hesabla aylıq 112 nəfər işçi qüvvəsinin tələb olunmasına” dair dəlillərini əsassız edir. Başqa sözlə cavabdeh iddiaçıya ÖMV hesablarkən yalnız işlərin təhvil verildiyi aydakı işçi sayını nəzərə almış, tikinti işlərinin daha əvvəlki aylardan başladığını, həmin aylarda isə iddia çının tələb olunan işçi qüvvəsinə malik olmasını nəzərə almamışdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalət li qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-651/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1754/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1754/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver