Məhkəmə qərarları › İş №2-1(102)-1754/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1754/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1754/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, peşələrin uyğunluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkili və cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 may tarixli, 2-1(103)789/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur və xx.xx.1979-cu il tarixdən əmək fəaliyyəti ilə məşğuldur.

2. İddiaçı xx.xx.1986-cı ildən xx.xx.2010-cu ilədək “X1" (indiki X2) qazanxana operatoru peşəsində, xx.xx.2010-cu il tarixindən etibarən isə əmtəə operatoru peşəsində işlədiyini bildirməklə cavabdehə müraciət edərək ona xx.xx.2010 -ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətini cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək ona xx.xx.2012-ci il tarixindən etibarən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Belə ki, X1 qa zanxana operatoru peşəsi susuzlaşdırma və duzsulaşdırma qurğusunun operatoru peşəsinin iş funksiyalarını yerinə yetirirdi, lakin peşənin adı ştat cədvəlində xx.xx.1992-cü ildən xx.xx.2014-cü ilədək susuzlaşdırma və duzsulaşdırma qurğusunun operatoru peşəsi yox, qazanxana operatoru peşəsi kimi qeyd edilmişdir. İdarənin xx.xx.2014-cü il tarixli 5 Nli fəhlələrin ştat cədvəlində edilmiş dəyişikliyə əsasən qazanxana operatoru susuzlaşdırma və duzsulaşdırma qurğusunun operatoru peşəsi adlandırılmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etmişdir.

6. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən faktları təsdiq edəcək sübutları onlara təqdim etməmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.x x.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunan və güzəştli şərtlərlə pensiya verilməsini nəzərdə tutan Siyahıda iddiaçının təqdim etdiyi sənədlərdən, əmək kitabçasında göstərildiyi onun çalışdığı “qazanxana operatoru” peşəsi yer almamışdır. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnu əldə edilməsi üçün əsasdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 noyabr tarixli, 2-1(81)4065/2019 nömrəli qərarı (hakim – A.A.Abdullayev) ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. 8.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 52 yaşı tamam olduğu dövrdə, yəni xx.xx.2012-ci il tarixdə onun artıq 25 il ümumi və 12 il 6 aydan çox xüsusi əmək stajı olmuşdur. 9.Cavabdeh pelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 may tarixli, 2-1(103)-789/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və X.A.Cəmilova) ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 noyabr tarixli, 2- 1(81)4065/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdə başlamış, xx.xx.1986-cı il tarixdən xx.xx.2010-cu ilədək "X1" işlədiyi «qazanxana operatoru» (sözügedən Arayışa əsasən «susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru») peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının» «21300000 – Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin «21302000 –

2. Neft-qaz və qaz kondensatının hasilatı» hiss əsində «susuzlaşdırıcı və duzsuzlaşdırıcı qurğuların operatorları»– 2130200a15764 şifrinə uyğundur. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı mövcuddur.

12. Cavabdeh pelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunan və güzəştli şərtlərlə pensiya verilməsini nəzərdə tutan Siyahıda iddiaçının təqdim etdiyi sənədlərdən, əmək kitabçasında göstərildiyi onun çalışdığı “qazanxana op eratoru” peşəsi yer almamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi arayışda işçilərin ştat cədvəlinə idarə tərəfindən edilmiş dəyişikliklə “Qazanxana operatoru” peşəsinin adının “susuzlaşdırma və duzsuzlaşdırma qurğusu operatoru” peşəsinin iş funksiyalarını yerinə yetirməsi bildirilsə də, nə işəgötürənin həmin qərarının, nə də ştat cədvəlinin keçmiş və yenilənmiş mətninin surəti qoşma kimi həmin arayışa əlavə edilməmiş, sadəcə işəgötürənin arayışda qeyd vasitəsi ilə həmin işlərin adlarının eyniləşdirdiyini bildirməsi özlüyündə hüquqi faktın təsdiqi kimi heç bir qüvvə daşımır və mötəbər sübut kimi nəzərə alına bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə ic lasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, apelyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğundan qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatd ıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 52 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçil ər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx xxxx 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şər tlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 2130000 – Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin 21302000 –

2. Neft-qaz və qaz kondensatının hasilatı hissəsinin yarımbəndində 2130200a-15764 kodu susuzlaşdırıcı və duzsuzlaşdırıcı qurğuların operatorları. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı - 10.2. Neft, qaz və qaz kondensatının hasilatı - susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları. 21.İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. M addə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından da görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 il ümumi iş stajı və 10 il güzəştli iş stajı mövcuddur. Belə ki, o, xx.xx.1979-cu ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1979xx.xx.1980-ci i llərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyində (04 ay 19 gün), xx.xx.1980-xx.xx.1981-ci illərdə Sovxozda (01 il 01 ay), xx.xx.1986-xx.xx.2010-cu illərdə X1-də qazanxana operatoru (24 il 05 gün) işləmiş, xx.xx.2010-cu ildən hal hazıradək isə həmin idarədə əmtəə operatoru vəzifəsində işləyir.

26. Cavabdeh kassasiya şikayətinin dəlilində iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunan və güzəştli şərtlərlə pensiya verilməsini nəzərdə tutan Siyahıda yer almadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

27. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

28. Hazırkı işin hallarından müəyyən olunur ki, X1 tərəfindən apelyasiya məhkəməsin ə göndərilmiş arayışda iddiaçının 24 il 5 gün qazanxana operatoru peşəsində işlədiyi təsdiq edilmişdir. Arayışda həmçinin göstərilmişdir ki, “Azneft” İB-nin xx.xx.2014-cü il tarixli ********* nömrəli məktubuna əsasən qazanxana operatoru peşəsi dəyişdirilərək susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru peşəsi ilə əvəz edilmişdir və qazanxana operatoru peşəsində çalışan işçilər susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru peşəsinin iş funksiyasını görürdü. Arayışa həmçinin qazanxana operatoru ştatının susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru ştatı ilə əvəz edilməsinə dair “Azneft” İB-nin məktubu və bununla bağlı X1 tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli əmr əlavə edilmişdir. Beləliklə, sözügedən sübutlar iddiaçının işlədiyi peşənin güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən peşələr olduğu təsdiq edilir.

29. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 may tarixli 21(103)-789/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar