Məhkəmə qərarları › İş №2-1(102)-1754/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1754/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1754/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ərizəçi MTK-nın iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi; müvəqqəti xarakterli müdafiə tədbiri) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ərizəçi M TK-nın iştirakı ilə) mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında tələbinə dair iş üzrə üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbiri barədə tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1844/2021 nömrəli iş üzrə 24.06.2021-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC-dən aldığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 39 saylı mənzili onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İş üzrə üçüncü şəxs Ərizəçi MTK (nümayəndəsi) ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 39 saylı mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə icraata dönüş barədə qərar dadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)2168/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 40.1, 40.2, 40.3, 41.2, 43.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 14.5-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, ərizə əsassızdır və rədd edilməlidir.

5. Üçüncü şəxs həmin qərardaddan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2168/2021 nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərardadın qəbul edil məsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.06.2021-ci il tarixli, 2-1(103)-1844/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərardadı ilə üçüncü şəxs kimi Ərizəçi MTK-nin (nümayəndəsinin) şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(112)-2168/2021 nömrəli, 16.03.2021-ci qərardadının ləğv edilməsi, üçüncü şəxs kimi Ərizəçi MTK-nin (nümayəndəsinin) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraatın mümkün sayılmaması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 28, 35.1, 35.3-cü maddələrinə, “İnzibati icraat haqq ında” Qanunun 2.0.3, 2.0.4, 2.0.6-cı maddələrinə əsaslanaraq qeyd etmişdir ki, üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə məhkəmə icraatı mümkün sayıla bilməz. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin verdiyi şikayəti qismən təmin edərək, "xxxx" MTK-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraat mümkün sayılmamış, qərardadını İPM-nin 40.1-ci maddəsi ilə əsaslandırmışdır.

9. Bundan əlavə məhkəmə öz qərardadında qeyd etmişdir ki, «İPM-nin 40.1-ci maddəsində müvəqqəti xarakterli müdafiə tədbirini vermək hüququna malik olan ma raqlı şəxs - inzibati icraatın başlanmasının təşəbüskarı İddiaçıdur.» Eyni zamanda məhkəmə öz qərardadında izah vermişdir ki, konkret halda üçüncü şəxs "xxxx" MTK cavabdeh inzibati orqanı ərizəsi müraciət edən şəxs olmadığından, hazırkı prosessual vəziyyətində inzibati icraatın «maraqlı şəxs» statusunu daşıyan şəxs kimi qiymətləndirilməsi istisna olunur. Faktiki olaraq apelyasiya məhkəməsi hazırkı iş üzrə cavabdehə ərizə ilə müraciət etmədiyi üçün üçüncü şəxs "xxxx" MTK-nin ərizəsini mümkün sayılmamışdır. Halbuki apelyasiya məhkəməsi işin faktiki hallarını təhlil etsəydi, gəldiyi nəticəni əsassız hesab edərdi.

10. Belə ki, işdə olan 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsindən çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06 dekabr 2019-cu il tarixli rəyindən, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və s. təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur.

11. Hazırkı iş üzrə İddiaçı mübahisəli mənzilə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzil üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-yə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumiyyətlə həmin binanın mənzillərinin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır.

12. İşdə olan "xxxx" MTK-i "xxxx" MMC-i ilə 05 mart 2006-cı il tarixli müştərək fəal iyyət üçün razılaşdırılma müqaviləsinin 3.1.14-cü bəndində görünür ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK-i tərəfindən bağlanır.

13. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir.

14. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində 24 iyun 2021-ci il tarixli, 2-1 (103)-1844/2021 nömrəli Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadının ləğv edilməsini, hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 717 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində 3otaqlı, 39 №-İi 140,6 kv.m. olan mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsi barədə qərarın qəbul edəsiniz xahiş etmişdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

16. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 13 avqust 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kas asiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qərardadla və həmin qərardaddan üçüncü şəxsin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi üçüncü şəxs Ərizəçi MTK (nümayəndəsi) ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 39 saylı mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə icraata dönüş barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

23. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirilərinin görülməsi barədə ərizəni vermək hüququ maraqlı şəxslərə məxsusdur.

24. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respubl ikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.

25. Həmin Qanunun 2.0.4-cü maddəsinə müvafiq olaraq ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həy ata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidr.

26. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

27. Yuxarıda sadalanan qanunvericiliyin normalarından müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana ərizə ilə müraciət edən şəxs maraqlı şəxs sayılır. Onun ərizəsi əsasında inzibati orqan tərəfindən başlanılan fəaliyyət isə inzibati icraat adlanır. İş materiallarından gör ündüyü kimi İddiaçı maraqlı şəxs sayılır.

28. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə ərizə ilə müraciət olunmuş və sonuncu tərəfindən inzibati icraat başlanaraq ona 18.01.2019-cu il tarixli imtina məktubu (qərarı) ünvanlanmışdır. Həmin imtinadan narazı qalan İddiaçı isə məcburetmə qaydasında hazırkı iddianı qaldıraraq, məhkəmədən onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

29. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İPM-in 4 0.1-ci maddəsində müvəqqəti xarakterli müdafiə tədbirini vermək hüququna malik olan maraqlı şəxs - inzibati icraatın başlanmasının təşəbüskarı iddiaçıdır. İş materiallarından isə göründüyü kimi, üçüncü şəxs Ərizəçi MTK cavabdeh inzibati orqana ərizə ilə müraciət edən şəxs olmadığı, onun ərizəsinə əsasən inzibati icraat başlanmadığı və sonuncunun hər imtinasını almayan və ondan şikayət (iddia) verməyən şəxs olduğu halda, hazırkı prosessual vəziyyətində inzibati icraatın “maraqlı şəxs” statusunu daşıyan şəxs kimi qiymətləndirilməsi istisna olunur.

30. Üçüncü şəxs Ərizəçi MTK İPM-in 28-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin qərarı ilə maraqlarına toxunan şəxsdir, onun məhkəmədə iştirak edən səlahiyyətli nümayəndəsinin hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə baxılmasının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iddia tələbi iddiaçının mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, bu halda isə gələcəkdə iddia təmin edildiyi təqdirdə, üçüncü şəxsin ərizəsində qeyd olunan xahişin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə məhkəmə qərarın icrası ilə heç bir bağlılığı və əlaqəsi olmayacaqdır.

31. Bütün yuxarıda göstərilənlərə əsasən kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxsin kasa siya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 21(103)-1844/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar