Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1754/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-3291/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir
3. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kəri mli) 21 iyul 2022-ci il tarixli, 2-1(112)2236/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.İ.Hüseyn) 29 noyabr 2023-cü il tarixli, 21(103)-3291/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası edilməsi barəd ə ərizə vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ... 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla b ağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir....
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız və kil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə haq qında” Əsasnamə: Bənd 1.5. Vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (1 nömrəli Əlavə). KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
12. Belə ki, İPM-in 1.2, 90.3 və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinə görə, mülki icraatda olduğu kimi, inzibati məhkəmə icraatında da kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Odur ki, kassasiya ş ikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir ki, həmin şikayət icraata qəbul edilsin və bunun əsasında kassasiya icraatı mümkün sayılsın.
13. Hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və şikayətə vəkil orderi əlavə edilməmişdir.
14. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının mobil telefonu (*** *** ** **) vasitəsilə onunla əlaqə saxlanılmış, məhkəməyə təqdim olunan sənədlər arasında vəkil orderinin olmadığı, həmçinin kassasiya şikayətinin vəkil tərəfindən imzalanmadığı ona bildirilmiş, iddiaçı qısa zamanda kassasiya şikayətində olan çatışmazlıqları aradan qaldıraraq tələb olunan sənədləri təqdim edəcəyin i bildirmişdir. Lakin sənədlər təqdim edilmədiyindən, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə həmin mobil telefon nömrəsi vasitəsilə təkrar əlaqə saxlanılmış, işin kassasiya instansiyasına göndərilməsi üçün gözləmə müddətinin bitdiyi bildirilmiş və sənədləri təqdim etmədiyi təqdirdə 3 gün müddət ərzində iş materiallarının Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndəriləcəyi barədə xəbərdar edilmişdir.
15. Lakin buna baxmayaraq, iddiaçı hazırkı qərardad qəbul edilən vaxtadək qeyd edilən nöqsanları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilib imzalanmış kassasiya şikayətini və vəkil orderini məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının bu nöqsanlar barədə xəbərdar edildiyi vaxtdan hazırkı qərardad qəbul edilən vaxtadək kifayət qədər - 3 (üç) aydan artıq vaxt keçmişdir.
16. Məhkə mə kollegiyası hesab edir ki, qeyd olunan səbəblərdən hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
17. Həmçinin qeyd edilməlidir ki, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilib imzalanmaması səbəbindən kassasiya mümkün sayılmadığından, iddiaçının müddət bərpası barədə ərizəsinə hüquqi qiymət verilməsinə zərurət qalmır.
18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2-1(103)-3291/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.