Məhkəmə qərarları › İş №2-1(102)-1755/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1755/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1755/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hərbi prokurorluq işçisinin xidmət illərinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “xidmət illərinin yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1137/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyası təyin edən komissiyasının xx xxxxxx 2019-cu il tarixli 1987 №-li qərarı ilə iddiaçıya xx xxxxxx 2018-ci il tarixdən “güzəştli şərtlə yaşa görə” əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xidmət illərinin yenidən hesablanması, o cümlədən 1992-ci ildən 2002-ci ilədək olan dövr ərzində Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda hərbi qulluqçu kimi xidmət illərinin bir ay xidmət inin üç ay hesabı ilə hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh xx xxx 2019-cu il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndinin “a” yarımbəndində xx xxxx 2005-ci il tarixli, 125 nömrəli qərarla dəyişiklik edilənə qədər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətinin bir ayı üç ay hesab olunurdu. Baş prok urorun xx xxxx 1994-cü il tarixli, 215-L saylı əmrinə görə isə həmin dövrdə Naxçıvan qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan ərazilərdə olan hesab edilməmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun (əvvəllər Naxçıvan qarnizonu hərbi prokurorluğunun) döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olan kimi hesab edilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Respublika Hərbi prokurorunun, eləcə də Müdafiə nazirinin hər hansı əmri müəyyən edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı xx xxxx 2019-cu il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun xx xxxx 1993-cü ildən xx xxxxxxx 2002-ci ilədək olan dövr üçün hərbi xidmət illərinin güzəş tli şərtlərlə bir ay xidmətin üç ay hesabı ilə yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamış, həmin vaxtdan Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə xidmət etmişdir. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının hərbi həkim komissiyası tərəfindən xx xxxxxxx 2018 ildə şəhadətləndirilmiş və həmin tarixdə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız bilinmiş, xx xxxxxx 2018-ci ildə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İstefaya buraxılarkən onun hərbi xidmət illəri cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Be lə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarına əsasən Naxçıvan Muxtar Respublikası ərazisində bir ay hərbi xidmət güzəştlə üç ay hərbi xidmət kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 728 –İİQD nömrəli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən bir xidmət ili güzəştlə iki xidmət ili kimi hesablanır. 1992-ci ildən bu günədək Naxçıvan qarnizonunda xidmət edən hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada hesablanır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil ed ir. Bundan əlavə, etirazda qeyd edilmişdir ki, prokurorluq orqanlarının əməkdaşları birbaşa düşmənə qarşı dayanmamaqla döyüş əməliyyatlarında iştirak etmirlər. Ona görə də, iddiaçının xx xxxx 1993-cü il tarixdən xx xxxxxxx 2002-ci il tarixədək olan xidmət illərinin güzəştli şərtlərlə bir ayının üç ay kimi hesablanmasına dair iddia tələbi əsassızdır.

7. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-1329/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Naxçıvan qarnizonu hərbi prokurorluğu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx xxxx 1994-cü il tarixli, 215-L saylı əmrə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrinin siyahısında aşkar edilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1137/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİ LLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, ikiqat əmək haqqının ödənilməsi barədə məhkəmənin sorğusuna Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş cavabda əmək haqqının güzəştli şərtlərlə verilməsinə dair hərhansı normativ aktın mövcud olmadığı, pul təminatı cədvəllərində isə güzəştli əmək haqqı verilməsinə dair hər hansı bir qeydin aşkar olunmadığı göstərilsə də, məhkəmə iddiaçının ştatına uyğun əmək haqqının nə qədər olması, əmək haqqı cədvəllərində ikinci qat əmək haqqının fərqinin nə qədər olmasını dəqiq müəyyən etmədən iddianı rədd etmişdir. b. kassasiya şikayətinə cavabdehin etirazları

14. Cavabdeh kassasiya şikayətinə qarşı etira z təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı təqdim edilmiş yazılı etirazda qeyd olunanlar təşkil edir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. Cavabdehin vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələri nə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarı (xx xxxx 2005-ci ilədək qüvvədə olan redaksiyada):

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri;...

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçı iddia olunan məzmunda tələbinin hüquqi əsası kimi bu qərarın 17-ci bəndində göstərilən normaya istinad edir. Həmin normaya görə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri - xidmətin bir ayı üç ay sayılmaqla - uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli, HP-10/827 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan sənədlərdə 1992-ci ildən 2002-ci ilədək Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda əmək haqqının güzəştli şərtlərlə verilməsinə dair hər hansı normativ aktın mövcudluğu müəyyən edilməmiş, pu l təminatı paylama cədvəlində isə güzəştli şərtlərlə əmək haqqı verilməsinə dair hər-hansı bir qeyd aşkar edilməmişdir.

24. Bundan başqa, iş materiallarında olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215-L saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxxx 1991-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanunun 31-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə yerləşən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının əmək haqlarının ödənilməsində vahid qayda yaratmaq məqsədi ilə Füz uli qarnizonu hərbi prokurorluğu, Qubadlı qarnizonu hərbi prokurorluğu, Qarabağ qarnizonu hərbi prokurorluğu, Qazax qarnizonu hərbi prokurorluğu, Tər-tər qarnizonu hərbi prokurorluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişlər.

25. Beləliklə, Azərbaycan Respublikası Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrinin siyahısında təsbit olunmadığından, həmçinin iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi he yətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarının (xx xxxx 2005-ci ilədək qüvvədə olan redaksiyada) 2-ci bəndinin (a) yarımbəndinin iddiaçıya münasibətdə tətbiqini şərtləndirən hər hansı digər hal müəyyən edilmədiyindən onun hazırkı məzmunda tələbi təmin oluna bilməz.

26. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1137/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: H akimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar