Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1755/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (informasiya sorğusunda göstərilən məlumatların verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı informasiya sorğusunda göstərilən məlumatların verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1832/2021 nömrəli iş üzrə 29.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasi ya şikayətinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı informasiya sorğusunda göstərilən məlumatların verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(112)5328/2021 nömrəli (sədrlik edən hakim Aygün Əhədova) qərardadı ilə iddiaçının iddiasının mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 2.0.6, 3.1, 4.1-ci maddələrinə, İPM-nin 2.1, 35.1-ci maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 41, 42.1, 42.2, 44.1-ci maddələrinə, “X2k haqqında” Qanunun 3.0.6-cı maddəsinə istinad edərək, belə hesab etmişdir ki, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(112)-5328/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya insta nsiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29.06.2021-ci il tarixli, 2-1(103)-1832/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(112)-5328/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalara əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür. Kasasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərardadındakı əsaslandırmanı təkrar edərək apelyasiya şikayətində yer alan argumentlərin heç birinə toxunmadığı üçün həmin argumentləri yenidən təqdim edir. Bakı İnzibati Məhkəməsinin hər iki əsası qanunsuzdur. Məhkəmə Nazirlər Kabinetinin İnzibati orqanların Təsnifatı qərarına əsaslanır, lakin nə həmin qərarın 5-ci hissəsinə nə də “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinin sonuncu bəndinə toxunmur. Maddənin sonuncu bəndində bildirir ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansısa fiziki və hüquqi şəxsdir. X1 ayrı bir qurumdur və dövlət büdcəsi tərəfi ndən maliyələşir, inzibati aktlar qəbul edir (məsələn, dövlət qulluğuna işə götürmə). Bundan əlavə Bakı İnzibati Məhkəməsi özü öz praktikasında daima Prezident Administrasiyasının cavabdeh olduğu işlərə baxıb və qərar qəbul edib. Bu zamanda onun inzibati orqan kimi qəbul edərək həmin işlərə baxıb.
8. Bundan əlavə İnzibati Məhkəməsinin İnzibati Prosessual Məcəllənin 8.2 və 13-cü maddələrinə əsasən yardım etmə və aidiyyati üzrə göndərmə vəzifəsi vardır. Məhkəmə isə iclas zamanı aiddiyyatla bağlı heç bir iradını bildirməyib və ya aidiyyatla bağlı heç bir yardım təklif etməyib. Məhkəmə qərardadında da aidiyyati üzrə hansı məhkəmənin işə baxılması göstərilməyib. Bu o dəməkrdir ki, məhkəmə hesab edir ki, bu işə heç bir məhkəmə baxa bilməz. Bu isə cavabdehə “X2 haqqında” Qanun qarşısında immunite t verir.
9. İkinci əsaslanma isə tamamilə qanunsuzdur və məlumatın qapalı olması ilə bağlı heç bir qanuna əsaslanmır, https://pre.sident.az/administration saytında da yazır ki, cavabdehin vəzifələrindən biri qanun layihəsi hazırlayıb Milli Məclisə göndərməkdir. İddiaçının tələb etdiyi məlumat isə texniki və statistik məlumatdır. Həmin qanun layihələrinin sayını tələb edir. İddiaçı nəinki məlumatdan imtina edib, heç cavab belə verməyib. Açıq olmadığını bildirdiyi məlumat “X2 haqqında” Qanun 29-cu maddəsinə baxdıqda iddiaçının tələb etdiyi məlumatın açıq informasiya olduğunu və sadəcə statistika olduğu bilinir. Bu dövlət sirri olmadığından açıq məlumatdır. Dövlət sirri olsa idi bunu Prezident Administrasiyası özü yazıb izah etməli idi və həmin qanunun bunu onun öhdəliyinə qoyur. Bundan əlavə dövlət sirri təşkil edən məlumat olduğu halda öz saytlarında bu barədə yazılmazdı.
10. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1832/2021 nömrəli iş üzrə 29.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulmasına dair qərarın qəbul edilməsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası barəsində onun informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (X2k haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 13 avqust 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası m əhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı informasiya sorğusunda göstərilən məlumatların verilməsini xahiş etmişdir.
18. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti v əzifəsinə görə yoxlamalıdır.
19. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığ ının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərin ə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
21. Məhkəmə kollegiyası həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, məhkəmələr haqlı olaraq iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişdir. Belə olan halda ilk növbədə tələbin yönəldiyi cavabdeh inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir.
22. Bundan başqa “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 41-ci maddəsinə görə normativ hüquqi aktların la yihələrinin hazırlanması planlı əsasda həyata keçirilir. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir: - 41.2.1. normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları; - 41.2.2. qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları.
23. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər.
24. Həmin Qanunun 42.2-ci maddəsinə müvafiq olaraq normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər.
25. Həmin Qanunun 44.1-ci maddəsinə görə dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir.
26. Həmçinin “X2k haqqında” Qanunun 3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - X2k üçün yazılı və ya şifahi müraciətdir; 3.0.8-ci maddəsinə əsasən informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, internet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir.
27. Yuxarıda sadalanan normalaradan göründüyü kimi iddiaçının tələb etdiyi informasiya açıq informasiya olmaqla, informasiya sorğusunun bilavasitə predmeti hesab olunmadığından həmin məsələ ilə bağlı mübahisənin də inzibati məhkəmə icraatında müdafiəsi mümkün deyildir.
28. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat” haqqında Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fi ziki və ya hüquqi şəxsdir.
29. Həmin Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
30. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
31. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
32. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
33. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı halda isə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “ İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Prezidenti inzibati orqan kimi nəzərdə tutulmamışdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29.06.2021-ci il tarixl i qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 21(103)-1832/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.