Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1755/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, sığorta stajının əmək kitabçasına əsasən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (9 mart 1959-cu il təvəllüldlü, xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1660/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1978-ci ildə Gədəbəy rayon 1 May Sovxozuna işə qəbul olunmuş, xx.xx.1998-ci ildə vəzifəsindən azad edilmişdir. xx.xx.1998-ci ildə Abşeron rayon 14 №-li Təmir-Tikinti İstehsalat İdarəsinə xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə vəzifəsindən azad edilmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 31 mart 2020-ci il tarixli, **********8 saylı məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsinin arxiv sənədlərinin Dövlət arxivinə təhvil verilmədiyi və 25 ildən az əmək stajı olduğunu əsas gətirərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsində göstərmişdir ki, onun xx.xx.1978-ci il tarixdə n xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 25 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqana pensiyanın təyin olunması ilə bağlı müraciət edərək, ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan ona imtina məktubu ilə cavab verərək, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsinin arxiv sənədlərinin Dövlət arxivinə təhvil verilmədiyi və 25 ildən az əmək stajı olduğunu əsas gətirərək yaş görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: N.Abıyev) 2-1(112)-1598/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
6. Birinci in stansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsində işlədiyi dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunun həmin müəssisənin arxiv sənədlərinin müəyyən olunmaması əsası ilə qəbul edilməməsi ilə bağlı dəlilinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, həmin müəssisənin təsərrüfat subyekti kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 31 iyul 1997-ci il tarixində “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Dövlət Registrində uçota alındığı müəyyən olunmuşdur.
7. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1660/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi-sədrlik edən, A.P.Oruczadə və A.Ə. Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 2-1(112)-4649/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilir ki, təqdim olunan 9.2.1980-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən 1.1.2006-ci il tarixə qədər sosial sığorta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda 1.1.2006-cı il tarixdən 1.7.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin H-134 nömrəli 3.6.2021-ci il tarixli məktubuna əsasən 1.11.1998-ci il tarixdən 6.11.2004-cü il tarixədək iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu 14 saylı Təmir-Tikinti İ stehsalat İdarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.
12. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 12.2.1978-ci il tarixdən 5.11.2004-cü il tarixədək əmək fəaliyyətinin olduğunu, 1.11.1998-ci il tarixdən 6.11.2004-cü il tarixədək Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsində fəaliyyətini davam etdirdiyini, hal hazırda isə yaşa görə pensiya verilməsi tələbini qeyd etmişdir. Müəssisənin mövcudluğu və müvafiq sənədlərin təqdim edilməsi məqsədilə cavabdeh tərəfindən 9.9.2021-ci il tarixli **********5 nömrəli sorğu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dmətinə və xx.xx.2021-ci il tarixli **********4 nömrəli sorğu ilə Dövlət Statistika Komitəsinə müraciət edilmişdir.
13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 22.9.2021-ci il tarixli 01V3-2234 nömrəli məktuba əsasən Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsi 31 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29.9.2021-ci il tarixli **********63 nömrəli məktubuna əsasən müraciətdə qeyd olunan müəssisə haqqında dövlət əmlakının Registrində məlumat qeydiyyata a lınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pen siya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək k itabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
20. Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.3 Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.... Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinat ı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzib ati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati ak tın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma his səsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları ba xımından mübahisə predmeti olan pul əlavəsinin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə əvvəlki qərarında nəzərdə tutulmuş göstərişlər nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. Cavabdeh iddiaçının 1998-2004-cü illərdə Abşeron rayonu 14 saylı Təmir-Tikinti istehsalat idarəsində işlədiyi dövrü onun sığorta stajına daxil etməmiş, lakin mübahisə olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada aparılmış və iddiaçının işlədiyi müəssisə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. 31. “Əmək pensiyaları haqqında” Qanunu n 7-ci maddəsi yaşa görə pensiya hüququnun yaranması üçün alternativ mövqe nəzərdə tutmuşdur. Yəni, şəxsin yaşa görə pensiya hüququnun yaranması üçün ya 25 il sığorta stajı tamam olmalı, və ya onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış tələb olunan miqdarda pensiya kapitalı mövcud olmalıdır. Hazırki vəziyyətdə iddiaçının 25 ildən artıq sığorta stajı olduğundan onun 9 mart 2021-ci il tarixində (62 yaş) yaşa görə pensiya hüququ yaranmışdır və pensiya kapitalına dair şərtin ödənilməsi tələb edilmir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin dəlilləri əsaslı sayılmır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1660/2022 nömrəli, 20 may 2022-ci il tar