Məhkəmə qərarları › İş №2-1(102)-1755/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1755/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1755/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1548/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı ndan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1146 saylı sərəncamının 1-ci bəndinə əsasən, X2 fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində 400 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1008 saylı məktubdan görünür ki, X1 xx.xx.2007-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mərhumun vərəsəsi İddiaçıdur.

3. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1146 saylı sərəncamı ilə X2 ayrılmış torpaq sahəsinə dair cizginin (yerləşmə sxemi nin) verilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdehə sifarişli poçt vasitəsilə göndərilmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1146 saylı sərəncamı ilə X2 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində yerləşən 400 kv.m torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X2 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 09 avqust 2000-ci il tarix li, 1146 saylı Sərəncamı ilə Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. X4 07 yanvar 2007-ci il tarixdə vəfat etmiş və notariat ofisində vərəsəlik işi açılaraq buna dair müvafiq məktub verilmişdir. Sərəncam verilərkən torpağın yerləşmə sxemi təqdim edilmədiyindən, hazırda torpaq sahəsinin dövlət qeydiyyatına alınmasında çətinlik yaranmışdır. Bununla əlaqədar olaraq onun etibarnamə əsasında nümayəndəsi cavabdehə 07 dekabr 2021-ci il tarixdə rəsmi müraciət edərək 09 avqust 2000-ci il tarixli, 1146 saylı Sərəncamla ayrılmış Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində yerləşən 400 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (cizginin) verilməsini xahiş etmişdir. Cavabdeh 35 gündən artıq müddətdə onun ərizəsinə rəsmi münasibət bildirməmiş və ərizəni icra etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5999/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1146 saylı sərəncamı ilə X2 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində 400 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmişdir və torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m. torpaq sahəsinə dair ay rıc aktı həmin dövrdə sərəncamla birlikdə vətəndaşa təqdim edilməmişdir. X2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsinin ayrılmasına dair Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1146 saylı sərəncamı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1548/2023 nömrəli, 6 aprel 2023-cü qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı).

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv ara şdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyəti nəzərdə tutulmamışdır.

13. Həmçinin bildirilmişdir ki, “Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən, həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işlərinin Respublika ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməsinə baxmayaraq, hər iki məhkəmə instansiyası inzibati məhkəmə icraatında iddianın müm künlüyünü nəzərə almadan qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1548/2023 nömrəli, 6 aprel 2023-cü qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir.... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə

22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq dep utatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;.... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə

29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Sovet i tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə

57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

16. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür) Bənd

13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətlə ri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan h əcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) tərtib olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hal larına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı işdə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə mərhum anasına ayrılmış torpaq sahəsinə dair cizginin (yerləşmə sxemi) tərtib olunmasına yönəlmişdir.

27. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1986-ci il tarixli, 274 nömrəli, BŞXDS-nin İK-nin xx.xx.1989-cu il tarixli, 13/713 nömrəli və xx.xx.1989-cu il tarixli, 11/412 nömrəli qərarlarına uyğun olaraq cavabdehin 1146 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, iddiaçının mərhum anası X2 fərdi yaşayış evinin tikintisi üçün Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində yerləşən 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırki iddia tələbi ilə həmin torpaq sahəsinin cizgisinin tərtib olunmasını tələb edir.

28. Cavabdeh inzibati orqan isə iddiaçının tələbinin təmin olunmasından imtinanın səbəbi kimi, torpaq sahəsinin ayrılması barədə sərəncamın və onun tərkib hissəsi olan digər sənədlərin torpaq ayrılan zaman iddiaçı tərəfə təqdim olunduğuna və Dövlət Arxivinə təhvil verildiyinə, hazırda isə onun belə səlahiyyətinin olmadığına istinad etmişdir.

29. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının BA06568-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda M.Nəcəfovaya torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1146 saylı sərəncamına torpaq sahəsinin cizgisinin əlavə edilmədiyi qeyd olunmuşdur.

30. Nəzərə almaq lazımdır ki, sərəncamın qəbul edildiyi xx.xx.2000-ci il tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən,...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torp aq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 nömrəli Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir).

31. Torpaq sahəsinin ayrılması barədə sərəncama əsasən torpaq sahəsinin iddiaçıya naturada və akt əsasında təhvil verilməsinə rəğmən, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. İddiaçı isə, öz tələbinin cavabdeh tərəfindən icrasının əsası kim cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sər əncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim olunmamışdır.

32. Bununla bağlı qeyd olunmalıdır ki, bu qərarın 15-16-cı bəndlərində istinad olunan normaların mahiyyətinə görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə d ə arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Həmin sərəncamın və müvafiq sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, həmin sərəncamın Dövlət Arxivinin Bakı filialında aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1548/2023 nömrəli, 6 aprel 2023-cü nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar