Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1755/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsi hesab vərəqəsindən borcun silinməsi və ödənilmiş borcun geri qaytarılması, kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apelyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətvermə müddəti buraxıldığından şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Ə li qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsindən borcun silinməsi və ödənilmiş borcun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-2/2024 nömrəli, 05 mart 2024cü il tarixli qərardadından iddiaçı, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-2/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver gi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək şəxsi hesab vərəqəsində olan borcun və ona hesablanmış faiz borcunun silinməsini xahiş etmişdir.
2. Cavabdeh 27 avqust 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilmədiyindən müraciətə baxılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “2020-ci il 16 mart tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsini, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və 2019-cu il 7 noyabr tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə 3000 manat, 2019-cu il 20 noyabr tarixdə 7500 manat, 2019-cu il 21 noyabr tarixdə 5000 manat, 2019cu il 26 noyabr tarixdə 4450 manat, 2020-ci il 03 fevral tarixdə 2995,51 manat və 2020-ci il 07 fevral tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq b orcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ödənilməmiş vergi borcu olmamışdır. İddiaçı ödənilmədiyi iddia olunan mübahisələndirilən vergiləri vaxtında ödəmiş və bu barədə şəxsi hesab vərəqəsində 2016-cı il 2 oktyabr, 2016-cı il 31 oktyabr, 2017-ci il 31 oktyabr və 2017-cı il 29 noyabr tarixlərdə müvafiq qeydlər aparılmışdır. Mübahisələndirilən vergi borclarının ödənilməsini təsdiq edən yeganə və mötəbər sübut elə şəxsi hesab vərəqəsində aparılan həmin qeydlərdir. Məlum olduğu kimi, şəxsi hesab vərəqəsi vergi ödəyicisi ilə aparılan hesablaşma vəziyyətini əks etdirən mötəbər sənəddir. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi ödəyic isi və ya digər üçüncü şəxs tərəfindən hər hansı müdaxilənin edilməsi mümkünsüzdür və şəxsi hesab vərəqəsi üzərində bütün əməliyyatlar yalnız vergi orqanı tərəfindən həyata keçirilir. Bu deyilənlər məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 2020-ci il 13 avqust tarixli Qərardadında ifadə olunan hüquqi mövqelərdə öz əksini tapmışdır. Belə ki, həmin Qərardadın 43-cü bəndində qeyd edilmişdir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri’’ ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə, vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır.
5. Həmin Qərardadın 44-cü bəndində göstərilmişdir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Ve rgi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Vergi orqanının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə apardığı “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərindən bəllidir ki, inzibati orqanların fiziki və hüquqi şəxslərlə münasibətləri inzibati akt və ya faktiki xarakterli hərəkətlər formasında təzahür edir. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2019 və 2019-cu il 7 noyabr tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar vergi orqanının faktiki xarakterli hərəkətləridir. Həmin hərəkətlərin qanuniliyinin müəyyən edilməsi üçün isə bu əməliyyatların mahiyyəti təhlil olunmalıdır. Sözügedən əməliyyatların (2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixli düzəliş(daxilolma)) hansı səbəbdən aparılması ilə bağlı cavabdehin nümayəndəsinin gətirdiyi açıqlamadan göründüyü kimi, vergi orqanı mübahisələndirilən məbləğlərin ödənilməsinə dair sənədlərin olmadığını nəzərə alaraq vergi borcunu yenidən hesablamış və ona yeni faizlər əlavə edərək, beləliklə dürüstləşmə əməliyyatı apararaq 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə şəxsi hesab vərəqəsində düzəliş etmişdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisi üçün vergilərin yenidən hesablanmasını aparmış, hətta ödəyici barəsində faiz borcu da hesablamışdır. Yəni bu əməliyyatlar nəticəsində vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaranmışdır. Vergi qanunvericiliyi bu kimi hallarda qanunla müəyyən olunmuş müddət ərzində kameral vergi yoxlaması keçirməklə bu tip nöqsanların aradan qaldırılması imkanını nəzərdə tutmuşdur. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Odur ki, həqiqətən də mübahisələndirilən məbləğlər ödənilməmiş olsa idi, vergi orqanı yalnız kameral vergi yoxlamasının keçirilməsi barədə müvafiq inzibati akt qəbul etməklə və vergi ödəyicisi barəsində kameral vergi yoxlaması keçirməklə sözügedən vergi məbləğlərinin hesablanması və ödənilməsi barədə sənədlər və digər məlumatlar əsasında həmin halı müəyyən etməli və aradan qaldırmalı idi. Halbuki, bu məbləğlərlə bağlı bu günədək hər hansı vergi yoxlaması keçirilməmişdir. Əksinə vergi orqanı keçən müddət ərzində sözügedən məbləğləri ödənilmiş məbləğ kimi qəbul edərək onları mübahisələndirməmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “2020-ci il 16 mart tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsini, iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə aparılmış düzəliş (daxilolma) əməliyyatlarının qanunsuz hesab edilməsini, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə qe yd alınmış 5000 manat və 8000 manat və 2019-cu il 7 noyabr tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə 3000 manat, 2019-cu il 20 noyabr tarixdə 7500 manat, 2019-cu il 21 noyabr tarixdə 5000 manat, 2019cu il 26 noyabr tarixdə 4450 manat, 2020-ci il 03 fevral tarixdə 2995,51 manat və 2020-ci il 07 fevral tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödən işin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar X15 (VÖEN: **********) tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 10000 manat, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 9000 manat, xx.xx.2016- cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 6000 manat, xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 5000 manat və xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tap şırığı üzrə 8000 manat olmaqla ümumilikdə 38000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 5000, 0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 8000,0 manat, 07.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 10000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 9000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 6000,0 manat, cəmisi 38000 manat olmaqla daxilolmaya düzəliş edilərək iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 7-ci maddəsinə əsasən həmin Qanunun 20.1 - 20.11-ci maddələri üzrə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respubl ikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanına əsasən vergi orqanları tərəfindən həyata keçirilir. Ödənilmiş dövlət rüsumunun vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçın ın silinmiş 25945.51 manat ödənişin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə ödənilmiş 3000 manat, 2019-cu il 20 noyabr tarixdə ödənilmiş 7500 manat, 2019cu il 21 noyabr tarixdə ödənilmiş 5000 manat, 2019-cu il 26 noyabr tarixdə ödənilmiş 4450 manat, 2020-ci il 3 fevral tarixdə ödənilmiş 2995,51 manat və 2020-ci il 7 fevral tarixdə ödənilmiş 3000 manat, cəmisi 25945,51 manat məbləğində ödənişlər iddiaçının mənfəət vergisi, ƏDV və sair öhdəlikləri ilə bağlıdır. Həmin ödənişlərin geri qaytarılması yalnız artıq ödəmə mövcud olduqda Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının sonuncu ödənişlər edilm əmişdən əvvəl 39996.89 manat məbləğində borcu olmuş, ödənişlərdən sonra isə hazırda 23242.02 manat vergi borcu vardır. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun tələbindən göründüyü kimi, vergi öhdəliyi mövcud olduqda sonrakı ödənişlər əvvəlki öhdəliklər üzrə sıra ardıcıllığı ilə həyata keçirilir. İddiaçının 2020-ci il 16 mart tarixli müraciətinə baxılması haqqında 2020-ci il 2 aprel tarixli, **********309200 nömrəli məktubun əsassız hesab edilməsi tələbinə gəldikdə isə bildirilir ki, iddiaçı tərəfindən vergi orqanına müraciət edilərək hesablanmış 38000 manat vergi borcunun və 9090.52 manat faiz borcunun ödənilməsi bildirilsə də, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə baxılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı vergi orqanına müraciət edərkən ödəmələr barədə sübutlar təqdim etməməklə qanunun göstərilən tələbinə əməl etməmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-196/2021 nömrəli qərarı ilə (hakim X8) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı məh z “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı “Dürüşləşmə” adlandırdığı əməliyyat ilə kompüter proqramı təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün nəzərdə tutulub. Başqa sözlə desək vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının Qanuna görə silinməsinə baxmayaraq, kompüter proqramı həmin borcları yenidən silməsi məqsədi ilə vergi ödəyicilərinin digər mübahisə olunmayan borclarını silir. Buna görə də vergi məmuru “Dürüsləşmə” adlandırdığı əməliyyat vasitəsi ilə silinməli olmayan vergi borclarını şəxsi hesab vərəqəsinə yenidən işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 21 avqust tarixli Qərarda dına əsasən həmin borcların yenidən şəxsi hesab vərəqəsinə işlənməsi üçün yeni inzibati aktın qəbul edilməsinə zərurət yoxdur. Lakin hazırkı iddia tələbinin Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı məsələ ilə heç bir əlaqəsi yoxdur Vergi orqanı tərəfindən iddiaçının ödənilməmiş vergi borclarının şəxsi hesab vərəqəsinə daxil edilməsi ona yenidən vergi borclarının hesablanması demək deyil. Belə ki, vergi borclarının yenidən hesablanması əvvəllər hesablanmış vergi borcundan fərqli vergi borcunun hesablanması deməkdir. Lakin hazırkı iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2016 və 2017-ci illər ərzində hesa blanmış vergi borcuna hər hansı bir dəyişiklik edilməyib. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 3 illik iddia müddətinə əsaslanması da düzgün deyil. Nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçıya vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik, yəni hazırkı iddia tələbi üzrə 2021-ci il 2 oktyabr tarixə kimi müddəti var.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2021-ci il tarixli, 2-1(105)-350/2021 nömrəli qərarı ilə (hakim X12 (məruzəçi), X14 və X6) Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdi r.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2-1(102)-1907/2021 nömrəli qərarı ilə (hakim X9 (məruzəçi), X2 və Rəsulbəyova Nigar İmran qızı) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2021-ci il tarixli, 2-1(105)-350/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12. 2, 58.7 və 82-ci maddələrinin pozulması ilə qəbul edilmiş, işin halları tam araşdılmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(105)-2/2024 nömrəli qərardadı ilə (hakim X4 (məruzəçi), X3 və X10) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021ci il tarixli qərarı ləğv edilmiş, İddia tələbi “38000 manat vergi borcu və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin ona geri qaytarılması” hissəsində mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi s ığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli Əlavədə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizənin forması qeyd edilmişdir. Göründüyü kimi qanunvericilik normasında məhz qanunla müəyyən edilmiş ərizə forması ilə vergi orqanına müraciət edilməsi imperativ norma kimi qeyd edilmişdir. İndiki halda iddiaçı tərəfindən həmin hissədə qeyd edilən formada ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsi halı müəyyən edilməmişdir. Halbuki, qeyd edilən şərt həmin hissədə iddianın zəruri mümkünlük şərtlərindən biri kimi çıxış etmişdir. Odur ki, iddia tələbi həmin hissədə qanunla tələb olunan zəruri mümkünlük şərti ödənilmədiyindən, mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfin dən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət veriməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib ödənilməməsi halını yoxlamadan, həmin hissədə tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(105)-2/2024 nömrəli qərarı ilə (hakim X4 (məruzəçi), X3 və X10) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021ci il tarixli, 2-1(118)-196/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi “düzəliş (daxilolma)” əməliyyatının qanunsuz hesab edilməsi, ümumilikdə 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə aparılmış “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz hesab edilmiş, İddiaçı şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə qeydə alınmış 5000 manat və 8000 manat, xx.xx.2019-cu il tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə 38000 manat əsas vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair təsdiqedici sənədlərin olmaması cavabdeh inzibati orqan tərəfindən vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyinin tələblərini gözləmək vəzifəsindən azad etmir. Bu baxımından cavabdeh inzibati orqanın iddiaçı barəsində həyata keçirdiyi “düzəliş (daxil olma)” əməliyyatlara ilə bağlı və onun nəticəsi olaraq iddiaçı barəsində vergi borcu öhdəliyinin yaranmasına dair hərəkətləri qanunazidd olmuşdur.
20. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından, cavabdeh isə qərarından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti
21. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində İPM-in 12.1, 13-cü maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunur. Qeyd edilir ki, iddia tələbinin 38000 manat vergi borcu və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin geri qaytarılması hissəsində mümkün saymamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
22. Belə ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək vergi borcu və onun üzərinə hesablanmış faiz borcunun silinməsi ilə yanaşı həmin əsassız vergi borcu ilə əlaqədar vergi ödəyicisindən tutulmuş ödənişlərin geri qaytarılmasını təl əb etmiş və bu barədə müraciətini birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Bu səbəbdən həmin tələb də məhkəmə tərəfindən mümkün hesab edilərək mahiyyəti üzrə baxılmışdır (həmin müraciət şikayətə əlavə olunur). Əgər həmin müraciət sonradan iş materillarından çıxarılmışdırsa, yəni hazırda həmin müraciət iş materiallarında yoxdursa, məhkəmə iddiaçının belə bir ərizə ilə vergi orqanına müraciət edib-etməməsini dəqiqləşdirməmiş və həmin sübutun məhkəməyə təqdim edilməsini təklif etməmişdir. Halbuki, bunlar onun xidməti vəzifəsindən irəli gəlmişdir. Əgər apellyasiya məhkəməsinin mövqeyi məhz iddiaçının cavabdeh orqana müraciətininQaydaların 1 saylı əlavəsində göstərilən ərizə formasına uyğun olmaması ilə bağlıdırsa, o zaman nəzərə almaq lazımdır ki, iddiaçı ca vabdeh vergi orqanına müraciət edərək əsassız olaraq hesablanmış vergi borclarına görə ondan tutulmuş ödənişlərin geri qaytarılmasını xahiş etdiyi halda, cavabdeh vergi orqanı nə iddiaçının həmin müraciətinə verdiyi cavab məktubunda, nə də ki, məhkəməyə təqdim etdiyi etirazda iddiaçının müraciətinin Qaydaların 1 nömrəli əlavəsinə uyğun olub-olmamasınımübahisləndirməmişdir. Bu da onu göstərir ki, artıq ödənilmiş vergi məbləğinin ödənilməsindən imtina edilməsinin səbəbi ərizənin Qaydaların 1 saylı əlavəsinə uyğun olmaması deyil, ümumiyyətlə artıq ödəmənin vergi orqanı tərəfindən qəbul edilməməsi olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təqdim etdiyi ərizəsinin Qaydaların 1 nömrəli əlavəsinə uyğun olmadığını əsas gətirərək iddia tələbinin mümkün sayılmaması qən aətinə gəlmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım e tməyə borcludur. cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti
23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində Vergi Məcəlləsinin 16, 24, 83.1, 85, 87.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 1.2, 2.0.2, 3.3, 30.5-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi xahiş olunur.
24. Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar X15 (VÖEN: **********) tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 10000 manat, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 9000 manat, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 6000 manat, xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 5000 manat və xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 8000 manat olmaqla ümumilikdə 38000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bu səbəbdən də 06.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 5000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 8000,0 manat, xx.xx.2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 10000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 9000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 6000,0 manat, cəmisi 38000 manat olmaqla daxilolmaya düzəliş edilərək İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmişdir.
25. Ödənilmiş dövlət rüsumunun vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;... Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqd an sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Verg i ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir Maddə
87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Bənd
1. Ümumi müddəalar Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd
2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və y a artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.
4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin sə hv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə əri zə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir.... 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.
6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanla rının məsuliyyəti 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qa ydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan pr oses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anınd an, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. İddiaçının verdiyi kassasiya şikayəti kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mü mkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
31. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası ən əvvəl iddiaçının verdiyi kassasiya şikayətinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
35. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi 2-1(105)2/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” iddiaçıya 19 mart 2024-cü il tarixdə təqdim edilmiş, iddiaçı bu barədə müvafiq qeyd aparmaqla bu halı imzası ilə təsdiq etmişdir.
36. Daha sonra iddiaçı həmin qərardaddan kassasiya şikayətini 29 mart 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə göndərmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük şikayət vermə müddətini ötürmüşdür.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qərardadla birlikdə göndərdiyi izahda (yuxarıda da qeyd edildiyi kimi izah iddiaçıya poçt vasitəsi ilə təqdim edilmişdir) qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apelyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən öt ürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
38. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
40. Lakin iddiaçı izahda göstərilən tələbə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, kassasiya şikayətini prosessual müddətlər ötürülməklə vermiş, müddətin buraxılmadığına dair sübutlar, o cümlədən şikayət üzrə müddətin buraxılmasına dair ərizə verməmişdir.
41. İzahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
42. Cavabdehin kassasiya şikayətinə g əlincə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla qanunvericiliyi tələblərinə və iş materiallarına ziddir.
43. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün Ali Məhkəmənin İnzibati Kollegiyası “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli Qərardadına istinad etməyi zəruri hesab edir. ….inzibati orqanların şəxslərlə münasibətləri inzibati icraat institutu ilə tənzimlənir və bu hüquqi tənzimləmədən kənarda hərəkət etmələrinə və tədbir görmələrinə yol verilmir. Bu baxımdan vergi orqanının apardığı dürüstləşmə əmə liyyatı da belə tənzimlənməyə tabe tutulan inzibati fəaliyyətin tərkib hissəsidir. Ona görə də, həmin fəaliyyət qanunçuluq tələblərinə cavab verməlidir “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati orqanlar təkcə inzibati akt formasında deyil (1.1-ci maddə), həm də faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi formasında (1.2-ci maddə) da hərəkət edirlər. Kollegiya qeyd etməyi vacib hesa b edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifa dəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablan ması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır...., “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir.... Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilər in hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur.
44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının adına olan şəxsi hesab vərəqəsində əks olunmuş uçot məlumatlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 5000 manat, xx.xx.2017-ci il tarixdə 8000 manat, xx.xx.2016-cı il tarixdə 10000 manat, xx.xx.2016-cı il tarixdə 9000 manat, xx.xx.2016-cı il tarixdə 6000 manat ödəniş edilmiş, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə həmin ödənişlərlə bağlı “düzəliş (daxilolma)” əməliyyatı ilə düzəliş edilmiş, faiz borcu kimi 9090,52 qeyd edilmişdir. Həmçinin, şəxsi hesab vərəqəsində əks olunmuş məlumatdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixə olan vergi borcunun məbləği 182,19 manat qeyd edilmiş, xx.xx.2019-cu il tarixə isə 5245,15 manat qeyd olunmuşdur.
45. Göründüyü kimi, cavabdeh tərəfindən məhz “düzəliş (daxil olma)” əməliyyatı adı altında iddiaçıya məxsus şəxsi he sab vərəqəsinə ümumilikdə 38000 manat vergi borcu və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcu işlənilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdehin qeyd edilən hərəkətləri nəticəsində iddiaçı barəsində əlavə vergi öhdəliyi yaranmış, qeyd edilən əməliyyat mövcud vergi borcu ilə bağlı uçot məlumatın dəqiqləşdirilməsi, texniki xətanın aradan qaldırılması, bununla bağlı vəzifənin düzgün icrasının təmin edilməsi ilə bağlı olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdehin iddiaçı barəsində həyata keçirdiyi əməliyyat “dürüstləşmə” əməliyyatı kimi mövcud olmamışdır.
47. Həmçinin, cavabdeh inzibati orqanın özünü də qeyd etdiyi kimi, cavabdeh məhz ödənilmiş dövlət rüsumunun vergi kimi şəxsi hesab vərəqəsinə işlənilməsi halına istinad edərək, yenidən hesablama aparmış, nəticə olaraq iddiaçı barəsində şəxsi hesab vərəqəsində əlavə vergi borcunu işləmişdir.
48. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində vergi borcunun yenidən hesablanması ilə bağlı hər hansı icraatın aparılması, icraatın təzələnməsi, iddiaçının iştirakı ilə, onun dinlənilmə hüququ, iş materialları ilə tanış olmaq, sübutlar təqdim etmək və s. digər hüquqları təmin edilməklə, inzibati icraat aparılmamış, habelə bununla bağlı hər hansı inzibati akt qəbul edilməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyinin, o cümlədən yuxarıda istinad edilmiş hüquqi mövqeyə görə vergi ödəyicisi barəsində yenidən hesablanma aparılması, əlavə ver gi öhdəliyinin müəyyən edildiyi hallarda, müvafiq vergi orqanı tərəfindən bu barədə inzibati akt qəbul edilməlidir. İndiki halda isə cavabdeh vergi orqanı tərəfindən inzibati icraat haqqında və vergi qanunvericiliyinin tələblərinə riayət edilməmiş, nəticə olaraq həmin hərəkətləri iddiaçının qanunla qorunan maraqlarının və hüquqlarının pozulmasına səbəb olmuşdur.
49. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının iddiaçı tərəfindən həyata keçirilmiş vergi ödənişlərini qəbul etməməsinə dair əsası o olmuşdur ki, vergi ödəyicisi qismində çıxış edən iddiaçı tərəfindən həmin ödənişlərə dair ödəniş qəbzləri təqdim edilməmişdir. Qeyd edilən halı əsas götürərək, cavabdeh vergi orqanı iddiaçı barəsində şəxsi hesab vərəqəsində düzəlişlər edərək, iddiaçı barəsində vergi borcunu n yaranmasına gətirib çıxartmışdır.
50. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin hallar (rüsumun vergi ödənişi kimi həyata keçirilməsi, vergi ödənişini təsdiq edən sənədin olmaması və s.) məhz vergi ödəyicisi barəsində inzibati icraat aparılmaqla müəyyən edilməli, araşdırılmalı və qanunla müəyyən edilmiş qaydalara riayət edilməklə aparılmış inzibati icraatın nəticəsi olaraq ortaya çıxa bilərdi. Lakin iş materialları ilə cavabdeh vergi orqanı tərəfindən belə bir araşdırma aparılması və araşdırmanın nəticəsinə dair inzibati akt qəbul etməsi halı müəyyən edilməmişdir.
51. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair təsdiqedici sənədlərin olmaması cavabdeh inzibati orqan tərəfindən vergi ödəyicisinə münasibətdə ve rgi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyinin tələblərini gözləmək vəzifəsindən azad etmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində həyata keçirdiyi “düzəliş (daxil olma)” əməliyyatlara ilə bağlı və onun nəticəsi olaraq iddiaçı barəsində vergi borcu öhdəliyinin yaranmasına dair hərəkətləri qanunazidd olmuşdur.
52. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçı tərəfindən şəxsin hesab vərəqəsində olan uçot məlumatları əsasında ümumilikdə 38000 manat vergi ödənişin həyata keçirildiyi halda, cavabdeh tərəfindən hər hansı inzibati icraat aparmadan və inzibati akt qəbul etmədən “düzəliş (daxilolma)” əməliyyatı adı altında uçot məlumatlarına düzəliş edilərək, ümumilikdə 38000 manat ve rgi borcu və ona hesablanmış 9090,52 manat faiz borcu işlənilmişdir.
53. Bu baxımından məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı qeyd olunan hissədə iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.
54. Beləliklə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(105)-2/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(105)-2/2024 saylı qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərar qətidir.