Məhkəmə qərarları › İş №2-1(102)-1756/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1756/2019

27.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1756/2019 27.04.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-1756/19 İşin icraata qəbul edilməməsi barədə QƏRARDAD Bakı şəhəri 22 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev İddiaçı1 hüquqi varisi Maraqlı şəxs kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2-1(81)1334/2016 saylı qərarı ilə İddiaçı1 cavabdehlər Bakı şəhər Cavabdeh3nə, Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı evin qeydiyyata alınması barədə sərəncamın verilməsinin Cavabdeh3nə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 26 fevral 2016-cı il tarixli qərarından üçüncü şəxs X3 apelyasiya şikayəti verərək, bi rinci instansiya məhkəməsinin 26 fevral 2016-cı il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2018-ci il tarixli 2-1(103)-609/18 saylı qərardadı ilə üçüncü şəxs X1 şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 fevral 2016-cı il tarixli qərarının ləğv edilməsi, iş iddianın mümkünlüyünün yenidən yoxlanılmaqla baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu qərardada əsasən birinci instansiya məhkəməsinin 28 iyun 2018-ci il tarixli 21(81)-3235/2018 saylı qərardadı ilə İddiaçı1 iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra İddiaçı1 hüquqi varisi Maraqlı şəxs tərəfindən məhkəmənin qe yd olunan qərardadından şikayət verərək, 28 iyun 2018-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2-1(103)-2879/18 saylı qərardadı ilə Maraqlı şəxsnın şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(102)1003/2019 saylı qərardadı ilə Maraqlı şəxs tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2-1(103)-2879/18 saylı qərardadından verilmiş kasasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2018-ci il tar ixli qərardadından narazı qalan iddiaçının hüquqi varisi Maraqlı şəxs həmin qərardaddan kasasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması ba rədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Hazırkı işin hallarından müəyyən olunur ki, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin 26 fevral 2016-cı il tarixli qərarının ləğv edib göndərməklə iddianın mümkünlüyünün yenidən yoxlanılması üçün işi birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə üçüncü şəxs Aidə Eyvazovanı cəlb edərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın mümkünlüyünü yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 09 mart 2018-ci il tarixli qərardadından müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı olmuş İddiaçı1 31.08.2017-ci il tarixdə vəfat etmişdir. Həmçinin ünvan 1 ünvanda yerləşən evdə iddiaçı ilə yanaşı, digər şəxslər o cümədən X4 yaşamış, lakin məhkəmə tərəfindən işə baxılarkən həmin şəxslər işə cəlb olunmamışlar. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, iddiaçının prosessual hüquq varisi işə cəlb edilərək, iddianın mümkünlüyü üçüncü şəxsin iştirakı ilə yenidən müzakirə edilməsi üçün işin yenidən birinci in stansiya məhkəməsi göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə və Cavabdeh1 MKTD-yə qarşı Bakı şəhəri, 2-ci Alatava küçəsində 455 kv.metr torpaq sahəsində yerləşən 24 saylı evin qeydiyyata alınmasının Cavabdeh3nə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamaşdır. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən apelyasiya instansiyası məhkəməsinin 09.03.2018-ci il tarixli qərardadına uyğun olaraq birinci instansiya məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərardadı ilə hüquqi qiymət verilərək nəticə olaraq iddiaçının iddiası mümkün sayılmamışdır. Eyni zamanda mübahisələndirilən qərardada qey d edilən göstərişlərin nəticəsi olaraq, birinci instansiya məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərardadı ilə İddiaçı1 iddiasının mümkün sayılmaması qərara alınmış, apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxsnın şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Bundan da şikayətçi kasasiya şikayəti vermiş və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs tərəfindən apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərardadından verilmiş kasasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, artıq apelyasiya instansiyası məhkəməsinin 09.03.2018-ci il tarixli qərardadının hüquqi nəticəsi olduğu üçün həmin qərardaddan şikayət verilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Maraqlı şəxs kasasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbulundan imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Maraqlı şəxs kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar