Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1756/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər:pensiyanın yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tətbiqi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1061/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1946-cı il tarixində doğulmuş, xx.xx.1972-ci il tarixindən xx.xx.1991ci il tarixinədək Azərbaycan SSR X1 Rayon Komitəsində, Komsomol Komitəsində, Azərbaycan SSR X2 Rayon Komitəsində, Azərbaycan SSR X2 Rayon Komitəsinin birinci katibi, Gədəbəy RXDS-nin sədr müavini, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. xx.xx.2002ci il tarixindən dövlət q ulluğu əsasları ilə pensiya alır.
2. İddiaçı pensiya hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində mükafat və birqat vəzifə maaşı miqdarında maddi yardım hesablanaraq pensiya hüququnun yarandığı gündən (ixtisas dərəcəsinə uyğun) ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçıya hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin, ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ödənilməsinə dair məlumatlar mövcud olmadığından həmin pul təminatlarının qanunuvericiliyin tələbləri baxımından iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan məhkəməyə müraciət etdiyi tarixədək olan fərqin pensiyanın üzərinə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2 002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməyə, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 948 nömrəli Fərmanına əsasən dövlət qulluqçularına hər il vəzifə maaşına əlavələrlə birlikdə dövlət qulluqçuları üçün müəyyən olunmuş əmək haqqı fondunun 4 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur ki, həmin mükafatların məbləği pensiyaya çıxarkən dövlət qulluqçusunun pensiyasının məbləğinə öz təsirini göstərir.
5. Cavabdeh iddi aya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən nə ona hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın verilməsinə dair, nə də dövlət məvacibinin tərkibində mükafatlar və maddi yardımlar barədə iddiaçının çalışdığı orqanlar tərəfindən hər hansı bir arayış təqdim edilməmiş, iddiaçının həmin vəsaitləri işlədiyi müddət zamanı alması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-12-ci maddələrinin tələbləri baxımından qeyd edilən əlavələr və mükafatlarla bağlı heç bir məlumat olmadığı halda cavabdehdən bu əlavə və mükafatların dövlət məvacibinin tərkib hissəsi kimi pensiya hesabla nması zamanı nəzərə alınmasını tələb etmək, bu barədə cavabdehin üzərinə öhdəlik qoymaq qanunsuzdur.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-591/2020 nömrəli qərarına əsasən (hakim - E.Ə.Əliyev) iddianın qismən təmin edilməsi, dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22-23-cü maddələrinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dö vlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb edə bilər. Odur ki, iddiaçı dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
8. İddia tələbinin “üç vəzifə maaşı mislində mükafat” hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərin in mülahizəsinə əsasən həll edilir. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyanın yenidən hesablanmasını tələb edə bilməz. Odur ki, iddia tələbi “üç vəzifə maaşı mislində mükafat” hissəsində rədd edilməli, qalan hissələrdə isə təmin edilməlidir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1061/2020 nömrəli qərarına əsasən (sədrlik edən – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və X.A.Cəmilova) apelyasiya şikayətinin qismən təmin edilməsi, Bak ı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-591/2020 nömrəli qərarının “dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddiaçının iddia tələbinin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-591/2020 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin “hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın, dövlət qulluqçularına il ərzində ödənilən 1 aylıq vəzifə maaşı məbləğində müavinətin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsinə münasibəti ilə razılaşmış, “ixtisas dərəcəsinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” tələbi ilə əlaqədar isə birinci instansiya məhkəməsinin mövqeyini yanlış hesab etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının ixtisas dərəcəsinin əmək kitabçasında qeyd olunmadığını əsas gətirməklə ona tutduğu vəzifəyə müvafiq olaraq 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsindən irəli gələn sosial təminatlardan istifadə etmək hüququnu şamil etmişdir. Lakin dövlət qulluqçusuna ixtisas dərəcəsi qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində işlədiyi dövlət orqanı tərəfindən verilir. Birinci instansiya məkəməsi iddiaçıya ixtisas dərəcəsinin verilməsi barədə q ərar qəbul etməklə maddi hüquq normalarını pozmuşdur. Odur ki, həmin hissədə qərar ləğv edilməli, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il, iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1061/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə baxışı zamanı iddiaçı tərəfindən nə ona hakimiyyət səlahiyyətlərinin icrasın a görə əlavə haqqın verilməsinə dair, nə də dövlət məvacibinin tərkibində mükafatlar və maddi yardımlar barədə iddiaçının çalışdığı orqanlar tərəfindən hər hansı bir arayış təqdim edilməmiş, iddiaçının həmin vəsaitləri işlədiyi müddət zamanı alması sübuta yetirilməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-12-ci maddələrinin tələblərinə zidd olaraq qərar qəbul etmişdir. Belə ki, iddiaçının işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan vəsaitlər, həmçinin sonradan onun almadığı vəsaitlərə edilən əlavələr pensiya hesablanarkən nəzərə alına bilməz.
15. Qanunvericiliyin tələblərinə gö rə dövlət qulluqçusuna verilən ödənişlərdən ona pensiya hesablanması üçün əsas şərt həmin ödənişlərin dövlət sosial sığortasına cəlb edilməsi, yəni şəxsin dövlət qulluqçusu vəzifəsində işləyərkən aldığı ödənişlərdən dövlət sosial sığorta ödənişləri etməsidir. Dövlət qulluqçusunun almadığı və sosial sığortaya cəlb edilməyən ödənişlər onun dövlət məvacibinə daxil edilə bilməz.
16. İddiaçının işlədiyi dövrdə almadığı məcburi dövlət sosial sığortasına cəlb olunmayan vəsaitlərin pensiya hesablanmasında nəzərə alınması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə də ziddir. d) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlməyəcəyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
21. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
22. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etm ək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməl idir.
25. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 26. “Əmək pensiyaları haqqında” Qanunu 20.1.7-ci maddəsinə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxti lə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan vəsaitlərə edilən əlavələrin pensiya hesablanarkən nəzərə alınmasını tələb edir ki, hazırkı qanunvericilik bu halı qadağan edir.
32. Cavabdeh öz apelyasiya şikayətində də bu mövqedən çıxış etsə də, apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə heç bir münasibət bildirməmiş, bununla da İPM-in 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
33. Cavabdehin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
34. Görü ndüyü kimi, sözügedən əlavələrin pensiya hesablanarkən nəzərə alınması iddiaçının işlədiyi dövrdə bu əlavələri alıb-almamasından asılıdır. İddiaçı həmin əlavələrin pensiya hesablanarkən nəzərə alınmasını iddia edirsə, bu əlavələri işlədiyi dövrdə aldığını sübut etməlidir.
35. Belə ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
36. Göründüyü kimi, mübahisənin düzgün həlli üçün apelyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi dövrdə sözügedən əlavələri alıb-almadığını müəyyən etməlidi idi. Lakin apelyasiya instansi yası məhkəməsi işin hallarını Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımından qiymətləndirməmiş, bununla da həm prosessual hüquq normalarının tələblərini pozmuş, həm də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
38. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğuna görə kassasiya şikayəti “iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi” hissəsində təmin edilə bilməz.
39. Beləliklə, cavabdehin kassasiya şikayəti qi smən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi iddia tələbini Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarı baxımından qiymətləndirməli, iddiaçının sözügedən əlavələri işlədiyi dövrdə alıb-almadığını müəyyən etməli, nəticədən asılı olaraq əsaslı qərar qəbul etməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1061/2020 nömrəli qərarı mübahisələndirilən hissədə ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Mə hkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.