Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1756/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Prezident təqaüdünün təyin edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021ci il tarixindən Azərbaycan Respublikasının Prezi denti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-516/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1975-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1979cu ildə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə tam kursu bitirmişdir (xx.xx.1979-cu ildə verilmiş П seriyalı 730459 nömrəli diplom).
2. Abşeron rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 27(1)-27(6)164/18 №-li arayışa əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim vəzifə sində işləmişdir.
3. İddiaçının adına açılmış əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək “26 Bakı Komissarları adına Tipoqrafiyada” korrektor, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Elmi Tədqiqat X2 Azərbaycan dilinin tədrisi metodikası bölməsində laborant, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində kiçik elmi işçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək həmin şöbədə böyük elmi işçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" fırmasının nəzdində Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda müəllim işləmişdir.
4. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli (protokol №4) qərarı ilə iddiaçıya pedaq oji elmlər namizədi alimlik dərəcəsi verilmişdir. (Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli, 01943 №-li X3).
5. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə müddətsiz əmək pensiyası təyin edilmişdir (xx.xx.2021-ci il tarixli, 154363 №-li pensiya işi). Pensiya təyin edilərkən iddiaçının sığorta stajı 24 il 1 ay 24 gün müəyyən edilmiş, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdir.
6. Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 27(1)27(6)-164/18 №-li arayışa əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim vəzifəsində işləmişdir.
7. X1 Business (bundan sonra - "xxxx" Firması) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, iddiaçı əmək kitabçasında qeyd olunan İİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda xx.xx.2000-ci il tarixində müəllim olaraq işə qəbul olunmuş və işləmiş, xx.xx.2006-cı il tarixdə işdən öz xahişi ilə azad edilmişdir. İddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər əmək haqqı olaraq maaş verilmiş, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər dövrdə əvəzləmədə gözlədiyi üçün maaş verilməmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasından çıxarışa əsasən, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam edilmişdir.
9. İddiaçı elmi dərəcəsinə uyğun olar aq ona Prezident təqaüdünün təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 7 yanvar 2022-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
10. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən əmək kitabçasına əsasən iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı 19 il 1 ay olmaqla, qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona Prezident təqaüdünün təyin edilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasın ın Prezidenti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı 27 il 4 ay təşkil edir. İddiaçı ona Prezident təqaüdünün təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 7 yanvar 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
13. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu verərək, "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun “Azərbaycan R espublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanında nəzərdə tutulmuş elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisələrinə aid olub olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Həmin sorğuya cavab olaraq Təhsil Nazirliyi xx.xx.2022-ci il tarixli, 05-11-25/12 №-li məktubunda bildirmişdir ki, "xxxx" Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun dövlət qeydiyyatına alınmış Nizamnamə və ya Əsasnaməsində onun elm və elmi-texniki fəaliyyətlə məşğul olması, elmlə təhsilin vəhdətini təmin etməsi, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirməsi və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verməsi barədə bəndlər olduğu halda bu institut elmi müəssisə və təşkilat və ya təhsil müəssisəsi sayıla bilər.
15. Məhkəmənin so rğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş 12.04.202-ci il tarixli, **********031500 №-li məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına görə "xxxx" fırmasının fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeyd edilmişdir.
16. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" fırması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa görə Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu ali məktəb deyil və yalnız qısamüddətli təlim ilə məşğul olur. "xxxx" fırmasının Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu struktur bölməsi haqqında xx.xx.1998-ci il tarixli Əsasnaməyə əsasən, BİBİ təlim-tədris xarakteri daşıyır, qısamüddətli kurslarda tədris i həyata keçirir, bazar iqtisadiyyatının ən mühüm peşələrinə yiyələnməkdə əhaliyə köməklik göstərir.
17. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(112)-5460/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, iddiaçıya 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə müəyyən edilmiş təqaüdün təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən-xx.xx.2006-cı il tarixədək müəllim olaraq işlədiyi "xxxx" fırması təhsil sahəsində yardımçı fəaliyyət göstərməklə tədris və pedaqoji fəaliyyətlə məşğul olduğundan iddiaçının həmin müəssisədə işlədiyi dövr onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrindəki ümumi stajına daxildir.
19. Bununla da, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı 25 ildən artıq (25 il 4 ay 18 gün) olduğundan, pedaqoji elmlər namizədi alimlik dərəcəsi olduğundan, xx.xx.2021-ci il tarixdən işləmədiyindən və əmək pensiyaçısı olduğundan ona “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanının tətbiq edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş məktuba əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. “İİB” firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu barədə isə Nazirlikdə hər hansı məlumat aşkar edilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-516/2023 nömrəli qərarı (h akimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(112)-5460/2022 nömrəli qərarı ləğv edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" fırmasının Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu struktur bölməsi haqqında Əsasnaməsində onun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum (təhsil müəssisəsi) olması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Əksinə, vergi orqanının sorğuya cavabına əsasən "xxxx" firmasının fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeydə alınmışdı r. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu təhsil müəssisəsi olmadığından qeyd olunan dövrlər iddiaçının təhsil müəssisəsində işlədiyi müddət kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçı tərəfindən ona Prezident təqaüdünün təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən onun iddiası əsassızdır və təmin oluna bilməz.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
25. İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş məktubla təhsil "xxxx" Firmasının fəaliyyət növünün təhsil sahəsində yardımçı fəaliyyət olduğu təsdiqlənir. Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə "xxxx" Firması arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqavilədə Təhsil Nazirliyi bu firmanı təhsil sahəsində fəaliyyət göstərən müəssisə kimi tanımış və psixologiya üzrə kurslar təşkil etməyi həvalə etmişdir. Bu səbəbdən, "xxxx" fırmasının nəzdində Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu təhsil müəssisəsi kimi qiymətləndirilməli və bu müəssisədə işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər olan dövr onun iş st ajına aid edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.22. elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs;... 28. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;... 29. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensi yası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 nömrəli Fərmanı Həmin Fərmanın 1-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmanının 2.1-ci hissəsinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Həmin Fərmanının 2.2-ci hissəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Həmin Fərmanının 4-cü hissəsinə əsasən bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. 30. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 1494 nömrəli Fərmanı ilə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanu nvericilik Toplusu, 2020, № 12 (İ kitab), maddə 1491) 1-ci hissəsində “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilmiş, Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
31. İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Bu baxımdan kassasiya şikayətinin məzmun və mahiyyətcə iddia ərizəsi ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Hazırkı işin hallarından görünür ki, iddiaçının hüquqi marağı ona 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsinə yönəlmişdir.
39. İddiaçı eyni məzmunlu tələb ilə cavabdehə müraciət etmiş, cavabdeh onun elmi müə ssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajının 19 il 1 ay olmaqla, qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu əsası ilə müraciətin icrasından imtina etmişdir.
40. İş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə münasibətdə hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin ədalətli həlli və ətraflı araşdırılması məqsədi ilə işin apellyasiya baxışı zamanı iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun təhsil sahəsində yardımçı fəaliyyət göstərməsinin onun təhsil müəssisəsinin olub-olmamasına əsas verib-verməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliy inə məhkəmə sorğusu göndərilmişdir.
41. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi-müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. İİİB firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu barədə Nazirlikdə hər hansı məlumat aşkar edilməmişdir.
42. İddiaçının xx.xx.2000-ci il ta rixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu özünün verdiyi arayışlardan və Əsasnaməsindən də göründüyü kimi, ali məktəb deyil, qısamüddətli təlim ilə məşğul olur, əhaliyə qırxdan artıq müxtəlif kurslar təklif edir. Həmin müəssisənin Əsasnaməsində onun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi və “Təhsil haqqında” Qanunun 1.0.47-ci maddəsinə əsasən müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum (təhsil müəssisəsi) olması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Əksinə, vergi orqanının sorğuya cavabına əsasən "xxxx" fırmasının fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeydə alınmışdır.
43. Belə ola n halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu təhsil müəssisəsi olmadığından qeyd olunan dövrlər iddiaçının təhsil müəssisəsində işlədiyi müddət kimi nəzərə alına bilməz.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkə mənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-516/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.