Məhkəmə qərarları › İş №2-1(102)-1756/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1756/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1756/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın üzərinə iddiaçıya veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-69/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının НЗ seriyalı ******* saylı hərbi biletinə əsasən, o, 24 avqust N-cü ildən N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17 sentyabr 2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1973-cü il təvəllüdlü İddiaçı Saatlı RHK-dan çağırılması,xx.xx.N-cü il tarixdə hərbi hissəyə daxil olması və Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmrinə əsasən hər bi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust N-cü il tarixli, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N7-ci il tarixdə N nömrəli nizami hissə üzrə əmr verilməmişdir.

3. İddiaçı ona veteran adı və vəsiqəsinin verilməsi barədə tələblə cavabdehə müraciət etmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 21 sentyabr 2018-ci il tarixli məktuba əsasən, Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/213957 nömrəli arayışı ilə N nömrəli hərbi hissədə hərbi xidməti hərbi hissə komandirinin əmrləri ilə təsdiqlənmədiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N-cü il avqust ayının 2-də “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun” 3.1 və 3.2 bəndlərinə əsasən, Saatlı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmət müddəti müharibə şəraitinə(dövrünə) təsadüf etdiyinə görə, xidmət müddəti xx.xx.N7-ci ilə qədər davam etmiş, xx.xx.N7-ci il tarixində hərbidən təxris olunaraq y aşayış ünvanına qayıtmış və Saatlı rayon Hərbi Komissarlığına müraciət edib hərbi qeydiyyata alınmışdır. Hesab edir ki, cavabdeh əsassız olaraq onun müraciətinin müsbət həllindən imtina etmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd olunur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin ödənilməsi inzibati orqan və nəticədə, yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:

1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.

2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zam an zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Mərkəzi Arxivin 16 fevral 2023-cü il tarixli arayışına əsasən, əlifba qeydiyyatı kitabında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli N nömrəli əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrlərində öz əksini tapmamışdır. Həmçinin, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində olan avqust-noyabr, iyul -dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

8. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 4/2-803 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.Ncü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmrinə əsasən, ehtiyata təxris olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə hərbi hissəni n şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba qeydiyyatı kitabında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmri N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrində öz əksini tapmamışdır. Mərkəzi Arxivdə olan avqust-noyabr, iyuldekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvariyun N4-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L. Mirzəyeva) xx.xx.2023-cü il tarixli, 21(118)-1416/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərk əzi Arxivinin 4/2-803 saylı, xx.xx.2023-cü il tarixli arayışındakı məlumatlara istinadən qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən arxiv sənədlərində texniki yanlışlığa yol verilərək iddiaçının təvəllüdü xx.xx.1974-cü il yerinə 1973-cü il kimi qeydə alınmışdır. Dövlət orqanı tərəfindən yol verilmiş bu yanlışlıq iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna bilməz. İddiaçıya məxsus olan НЗ-6555992 saylı hərbi biletin surətindən də görünür ki, iddiaçı N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Dövlət orqanı tərəfindən yol verilmiş bu yanlışlıq iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Hazırki işdə iddiaçı iddianın təmin edilməsi ilə bağlı zurəri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin ve rilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və G.İ.Cabbarova) xx.xx.2024cü il tarixli, 2-1(105)-69/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmə klə, hərbi xidmət etməsi və bununla əlaqədar hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə həmin tarixdən xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələbinə müvafiq olaraq hərbi biletin qeydləri, arxiv arayışı, o cümlədən, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışla da təsdiq edilir. İşdən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin avqust-noyabr N, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin əlifba qeydiyyatı kitabında yazılmış N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nöməli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tar ixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Bununla bağlı kollegiya qeyd etmişdir ki, müvafiq əmrin nizami hissə üzrə əmrlərdə öz əksini tapmaması iddiaçının təqsiri olmamaqla, sözügedən əmrin mötəbərliyini şübhə altına almağa əsas vermir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassator kassasiya şikayətində iddiaya etirazında və apellyasiya şikayətində qeyd edilən dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, hazırkı iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin 3, 48, 10-cu səhifəsində olan möhürlər sonradan vurulduğundan mötəbər hesab edilə bilməz. Belə ki, həmin qeydlərin aparıldığı dövrdə, yəni N-N7-ci illər intervalında möhürlərdəki yazı rus və azərbaycan dillərində (kiril qrafikası ilə) həkk olunurdu. Hazırkı hərbi biletin yuxarıda qeyd oluan səhifələrinə vurulan möhürdəki yazılar isə latın qrafikası ilə əks edildiyindən bu həmin möhrülərin sonradan, yəni 2000-ci ildən sonra möhürlərdə yazıların latın qrafikası ilə həkk edildiyi dövrə aid olduğunu və həmin qeydlərin mötəbər olmadığına dəlalət etmiş olur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin irəli sürdüyü dəlillər tamamilə əsassızdır və sadəcə, işin uzadılmasına yönəlmişdir. Belə ki, sənədləşmə zamanı aparılmış xətalara görə iddiaçı hər hansı məsuliyyət daşımır, həmçinin iddiaçının hərb i biletində aparılmış qeydlərin kiril qrafikasında aparılmasının əsas səbəbi müvafiq dövrlərdə kiril və latın qrafikasının paralel işlənməsi olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü u ğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları nın ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışla r, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, ş ikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

25. Bu qərarın 17-ci bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir.

26. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə (bu qərarın 18-19-cu bəndləri), müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda ) və ya əmrlərdən çıxarışlar əsasında verilir.

27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, arxivdə saxlanılan N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı Saatlı RHK-dan çağırılması,xx.xx.N-cü il tarixdə hərbi hissəyə daxil olması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır (N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N7-ci il tarixdə N nömrəli nizami hissə üzrə əmr verilməmişdir).

28. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması ba rədə əmrin əldə edilməsi istiqamətində hərtərəfli araşdırma aparmadan, belə bir əmrin mövcudluğu müəyyən edilmədən iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Başqa sözlə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş materialları ilə təsdiq edilmir, həmçinin bu barədə hər hansı əmr aşkar edilməmişdir.

29. Halbuki, formalaşmış məhkəmə təcrübəsinə əsasən nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olmasına dair hərbi biletdəki məlumatlara istinad, yuxarıda qeyd olunan normaların (bu qərarın 18-19-cu bəndləri) müddəaları baxımından, ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır.

30. Odur ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi arxiv arayışında istinad olunan Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrlərini əldə etmək istiqamətində müvafiq sorğular verməlidir. Eyni tarixli və nömrəli əmr aşkar edilməsə belə, həmin nömrəli əmrlər (N7-ci ilə aid Müdafiə nazirinin 1N nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri) tələb edilməli və məzmunu nəzərdən keçirilməli, iddiaçının adının olub-olmaması müəyyən edilməlidir.

31. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün yalnız qanuni əsasl arla tərxis edilmə faktı da kifayət deyildir. Əsas məsələ, şəxsin xidmət etdiyi hərbi hissənin və hərbi hissənin tərkibində şəxsin özünün döyüş əməliyyatlarında iştirakıdır.

32. İş materiallarında olan hərbi biletdəki məlumatlara əsasən iddiaçı avqust Navqust N7-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir.

33. Yuxarıda istinad olunan normaların (bu qərarın 18-19-cu bəndləri) dizpozisiya şərtləri baxımından, iddiaçının xidmət etdiyi iddia olunan hərbi hissənin (N nömrəli) avqust N-cü ildən (iddiaçı hərbi xidmətə çağırıldığı vaxtdan) N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi məsələsi də aydınlaşdırılmalıdır.

34. Nəzərə almaq lazımdır ki, iddiaçının döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsi qənaətinə gəlmək üçün onun xidmət etdiyi iddia olunan hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqan olduğu, eləcə də döyüş əməliyyatları aparan hərbi hissələrin müvafiq siyahısında olub-olmadığı müəyyən edilməlidir. Qeyd olunan hallar müəyyən edilmədən hazırkı iddiaya mahiyyəti üzrə baxılıb obyektiv qərar qəbul edilə bilməz. Odur ki, təkrar apelyasiya baxışında işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan bu halların müəyyən edilməsi istiqamətində tam və hərtərəfli araşdırma aparılması təmin edilməlidir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına əməl edilmədiyindən, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-69/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar