Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1757/2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-1757/2018) Bakı şəhəri 27 noyabr 2018-ci il 27.11.2018 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı pensiyanın ye nidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya, 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəqdaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə və 01.01.2010-cu ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən; və 1976-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyini nəzərə alaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “İqtisadi X1” üzrə mədənçıxarma sənayesinin 2005-ci ilin yekunlarına görə 507,30 manat nominal əmək haqqı ilə təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov; iş № 2-1(84)-424/2018) iddianın təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçının 1976-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “İqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqı Cədvəli”nə əsasən işçilərin orta aylıq mədənçıxarma sən ayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması öhdəliynin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2018-ci il tarixli qərarı ilə(sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev və E.Hüseynov; iş № 21(107)-295/2018) Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, ape llyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının məlumatlandırılmalarına baxmayaraq, vaxtı və yeri barədə lazimi qaydada hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki; -iddiaçı 05.10.1956-cı il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur; -iddiaçının ərizəsinə dair işə baxmış Ağdam rayon Məhkəməsinin hazırda qüvvədə olan 26.05.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının 1976-cı ilin dekabr ayından 1988-ci ilin noyabr ayına kimi Ermənistanda Qızıl mədənində dağ-mədən sahəsində yeraltı işlərlə məşğul olan fəhlə, 1988-ci i lin noyabr ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu Civə zavodunda dağ-mədən sahəsində yeraltı işlərlə məşğul olan fəhlə və 12.05.1993-cü ildən 29.11.2005-ci ilə kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Xanlar Mexaniki Zavodunda çilingər işləməsi barədə sosial sığorta stajı faktının müəyyən edilməsi qət edilmişdir; -Dövlət Statistika Komitəsinin təsdiq etdiyi İqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqı cədvəlində, 2005-ci il üzrə mədənçıxarma sənayesi üzrə orta aylıq nominal əmək haqqı 507,3 manat olmuşdur; -cavabdeh şöbənin Pensiya təyin edən Komissiyasının 30.05.2017-ci il tarixli 1690 №-li qərarına əsasən, iddiaçıya 30 il ümumi və 18 il güzəştli iş stajı ilə 52 yaşının tamam olduğu 05.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edi lmişdir; -iddiaçı yuxarıda eyd edilən hallara istinad etməklə cavabdeh şöbəyə müvafiq ərizə ilə müraciət etmişdir ki, onun 1976-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq, Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “İqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqı Cədvəli”nə əsasən işçilərin orta aylıq nominal əmək haqqı mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla, pensiyası yenidən hesablansın; -lakin cavabdeh şöbənn iddiaçıya göndərdiyi 30.01.2018-ci il tarixli 57/207 nömrəli cavab məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və buna əsas kimi, 01.01.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əmək pensiyalarının əmək haqqı ilə və y a Dövlət Statistika Komitəsinin təsdiq etdiyi iqtisadi X1 üzrə hesablanmasının nəzərdə tutulmaması qeyd olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki: -mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, qaçqın və məcburi köçkünlərin əlilliyə görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır. -"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsin in 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiyasına müvafiq olaraq bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. -həmin maddənin yeni redaksiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ-hüquqi akt olmadığından, iddiaçıya münasibətdə geriyə şamil olunmur; -belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəzi yyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir; -odur ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuzdur; eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi “Vətəndaşların pensiya təmina tı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi qaçqın və məcburi köçkünlərin əlilliyə görə pensiyalarından bəhs olunur, lakin iddiaçı əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh şöbəyə müraciət etməmiş, ona əlilliyə görə deyil, yaşa görə pensiya təyin edilmişdir, hazırkı mübahisə isə yaşa görə təyin edilən pensiyanın orta aylıq əmək haqqına uyğun hesablanması ilə bağlıdır. Odur ki, apellyasiya instansiya məhkəməsi yuxarıda adı çəkilən maddi hüquq normasına istinad etməsi düzün olmamışdır. Bundan başqa, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə uyğun olaraq, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır; pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Həmin Qanunun 17-ci maddəsinin ikinci bəndinə əsasən, qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Burada qeyd olunmalıdır ki, qanun qaçqın və məcburi köçkün üçün pensiya təyin edərkən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanmasını nəzərdə tutmuşdur. Göründyü kimi, qanunda pensiya təyin edilərkən 1 i lin deyil, (iddiaçı tələbində 2005-ci ili nəzərdə tutmuşdur) ya son 24 ayın (2 ilin), ya da hər hansı ardıcıl gələn 60 ayın (5 ilin) əmək haqqına uyğun pensiyanın hesablanması nəzərəd tutulmuşdur. Lakin araşdırılan qərardan aydın olur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda sözügedən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi öz qərarı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi İqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqı cədvəlinə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla, iddiaçının pensiyasının yenidən hesablanması barədə cavabdeh şöbənin üzərinə vəzifə qoyan 1-ci instansiya məhkəməsinin müvafiq qərarı ilə razıl aşsa da, bu zaman iddiaçının iddia ərizəsində qeyd etdiyi 12.05.1993 – 29.11.2005-ci il tarixləri əhatə edən dövrdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Xanlar Mexaniki Zavodunda çilingər işləməsi haqqında məlumata lazımi diqqət yetirməmişdir. Yəni apellyasiya instansiya məhkəməsi iddiaçının yuxarıda qeyd edilən dövrdə Azərbaycanda zavodda çilingər işlədiyi halda, onun 2005-ci ildə aldığı əmək haqqına deyil, mədənçıxarma sənayesi üzrə nominal əmək haqqının 507,30 manat olmasına münasibət bildirmişdir. Halbuki, apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunu etməyib, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1757/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1757/2018
27.11.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver