Məhkəmə qərarları › İş №2-1(102)-1757/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1757/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1757/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bitirməsinə dair onun adına verilmiş 100524 ******* saylı, 24.06.2017-ci il tarixli diplomun Azərbaycan Respublikası ərazisində t anınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-285/19 saylı iş üzrə 23.01.2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxx 1965-ci il tarixdə anadan olmuşdur. Cavabdeh dövlət təhsil nazirliyi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universitetinin Hüquqşünaslıq ixtisasına daxil olmuş, 24.06.2017-ci ildə həmin Universiteti bitirmişdir. Yekunda isə ali təhsilini uğurla başa vurduqdan sonra, 100524 ******* saylı qeydiyyat nömrəli diplom verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən ona verilmiş diplomunun ölkə ərazisində tanınmasını və ekvivalentin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 12.06.2018-ci il tarixli saylı məktubu ilə ərizəni təmin etməyərək imtina məktubunda imtinaya əsas olan səbəblər tam və ətraflı göstərməyərək konkret olaraq hansı səbəblərə görə dəqiq şərhini izah etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təh sil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalırı”nda, imtina üçün heç bir əsaslı qeyd göstərilməyib. İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bitirməsinə dair onun adına verilmiş 100524 ******* saylı, 24.06.2017-ci il tarixli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 30.10.2018-ci il tarixli iş № 2-1(82)-3685/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia tələbinin rəd d edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.01.2019-cu il tarixli iş № 2-1(103)-285/19 (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 30.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçı, ali təhsilli İddiaçı ikinci ali təhsil almaq üçün 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Dövlət Pedoqoji Universitetinin Hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq 2017-ci ildə həmin Universiteti bitirmiş, yekunda da ona 24.06.2017-ci il tarixli 100524 ******* qeydiyyat nömrəli diplom verilmiş və həmin diplom 14.11.2017-ci ildə Mahaçqala şəhərində apostil edilmişdir. Sonra da iddiaçı cavabdehə müraciət edərək Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən ona verilmiş həmin diplomun ölkə ərazisində tanınmasını və ekvivalentin müəyyən olunmasını xahiş etmişdir, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 12.06.2018-ci il tarixli 23-04-500/ANİ N°-li məktubu ilə İddiaçı ərizəsinin təmin olunma sından imtina edilmiş və bunun əsası olaraq göstərilir ki, Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməsi qeyri-mümkündür və qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Beləliklə də birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qa ydaları”nın tələblərini pozmaqla verilmiş ekspertiza rəyi və Təhsil Nazirliyinin hazırda ləğv olunmuş Akkreditasiya və Nostrifikasiya İdarəsinin əsassız etiraz məktubuna əsaslanıb Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) tələblərinin pozmaqla qərar qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə heç bir araşdırma aparmadan cəmi 5 dəqiqə ərzində, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar elan etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qə rarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iş in faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı q eyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı, ali təhsilli İddiaçı ikinci ali təhsil almaq üçün 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Dövlət Pedoqoji Universitetinin Hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq 2017-ci ildə həmin Universiteti bitirmiş, yekunda da ona 24.06.2017-ci il tarixli 100524 ******* qeydiyyat nömrəli diplom verilmiş və həmin diplom 14.11.2017-ci ildə Mahaçqala şəhərində apostil edilmişdir. Sonra da iddiaçı cavabdehə müraciət edərək Rusiya Fede rasiyası Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən ona verilmiş həmin diplomun ölkə ərazisində tanınmasını və ekvivalentin müəyyən olunmasını xahiş etmişdir, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 12.06.2018ci il tarixli 23-04-500/ANİ nömrəli məktubu ilə İddiaçı ərizəsinin təmin olunmasından imtina edilmiş və bunun əsası olaraq göstərilir ki, Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməsi qeyri-mümkündür və qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən n ormativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Beləliklə də birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərini pozmaqla verilmiş ekspertiza rəyi və Təhsil Nazirliyinin hazırda ləğv olunmuş Akkreditasiya və Nostrifikisiya İdarəsinin əsassız etiraz məktubuna əsaslanıb Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) tələblərinin pozmaqla qərar qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə heç bir araşdırma aparmadan cəmi 5 dəqiqə ərzində, birinci instansiya məhkəməsinin qərarının d əyişdirilmədən qüvvədə saxlanması barədə qərar elan etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 6-cı maddəsinə əsasən “hər bir ha lda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisasların tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə ba xıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildi yi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda, bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır”. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyəti tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır” Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, laboratoriya işləri və.s) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyan ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Göründüyü kimi, bu qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şə hadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartl arı və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbay can Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndində göstərilmişdir ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda: - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (m əsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7ci bəndin geniş təfsirinə əsas verir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ek spertiza keçirmək hüququ “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmuşdur. İşdə olan iddiaçının təhsil sənədlərindən görünür ki, Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş 100524 ******* saylı, 24.06.2017-ci il tarixli diploma əsasən İddiaçı 44.03.01 “Pedoqoji Təhsil” hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmişdir və yekun dövlət attestasiyanı uğurla keçmişdir. Dövlət imtahan komissiyasının bakalavr dərəcəsi verilmişdir. Bakalavriat/mütəxəssis proqramının əyani təhsil forması üzrə mənimsənilmə müddəti 4 il qeyd edilmişdir. Diplom 14.11,2017-ci ildə Mahaçqala şəhərində 14.11.2017-ci ildə apostil edilmişdir. Bakalavr diplomuna 9515 nömrəli əl avədən görünür ki, əyani pillə üzrə 4 il müddətində 64 fənnin tədris edilməsi nəzərdə tutulmuş, təhsil proqramının ümumi tələbi 240 m.v saat, o cümlədən tələbələrin pedaqoqla əlaqəli iş həcmi 900 saat müəyyən edilmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 04.10.2018-ci il tarixli 33/3880 nömrəli məktuba əsasən İddiaçı 2012-2017-ci il illər ərzində dövlət sərhədindən hərəkəti qeyd olunmuş, həmin illər ərzində iddiaçı təxminən 2 ilə yaxın müddətdə həmin ölkədə olmuşdur ki, bu da mövcud qanunvericiliyə görə, “Pedaqoji təhsil” ixtisası üzrə “Hüquqşünas” istiqamətində kadr hazırlığı nəzərdə tutulmamışdır ki, bu da iddiaçının ixtisasının tanınmasını istisna edən haldır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.01.2019-cu il tarixli 21(103)-285/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar