Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1757/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: prokurorluq işçisinə güzəştli şərtlərlə pensiya təyin etmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundandan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-845/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci ildə Zaqatala şəhərində doğulmuşdur
2. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif yerlərdə və vəzifələrdə, o cümlədən xx.xx.1986-xx.xx.2000-ci illərdə prokurorluq orqanlarında, xx.xx.2000-ci ildən xx.xx.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Vergilər Nazirliyində təhqiqat və istintaq idarəsində vergi cinayətlərinin ibtidai araşdırılması departamentində qulluq etmişdir.
3. İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, iddiaçının müraciəti cavablandırılmamışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. Cavabdehin bu hərəkətsizliyini imtina kimi qiymətləndirən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, X2 Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.4.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən, yəni 60 yaşı tamam olan gündən ona prokurorluq orqanlarının əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, “X2” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında q ulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 9.4.2-ci maddəsinin məzmunundakı “yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş” ifadəsi iddiaçının bu hüquqdan istifadə etməsinə maneə kimi qiymətləndirilə bilməz. Çünki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərindən göründüyü kimi prokurorluq orqanlarında qulluq etmənin yaş həddi 60 yaş kimi qeyd edilmişdir.Oxşar münasibət zərərli iş fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə tətbiq edilərkən məhkəmə təcrübəsindən aydın olur ki, ümumi və güzəştli iş stajı toplandıqdan sonra yaş həddi nəzərə alınır. Bu mövqedən çıxış etdikdə prokurorluq orqanlarının keçmiş əməkdaşı kimi iddiaçıya da münasibətdə eyni hüquqi mövqe tətbiq edil məli olduğu halda cavabdeh inzibati orqan tərəfindən fərqli mövqenin nümayiş etdirilməsini “İnzibati İcraat Haqqında” Qanunun 12-ci maddəsinə zidd olduğu aydın olur. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)5024/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, “X2” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 9.4.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixindən, yə ni 60 yaşı tamam olan gündən ona prokurorluq orqanlarının əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.4-cü maddələrində prokurorluq işçilərinin məzuniyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım alması nəzərdə tutulmuşdur. Göründüyü kimi, prokurorluq orqanının əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən bir sıra əlavələ rin də pensiyanın hesablanması zamanı nəzərə alınmalı olduğu qanunvericiliklə öz təsdiqini tapmışdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-5024/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-845/2020 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-5024/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılası qərara alınmışdır.
10. Məhkəmə kollegiyası “P rokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4 və 32.5-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, qanunvericilik aktlarında stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət ili tamam olmadan prokurorluq orqanlarından digər müvafiq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması nəzərdə tutulmamışdır.
11. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində, iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
12. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-845/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının nəticə hissəsində Konstitusiyanın, habelə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla, prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, digər orqanlar, o cümlədən məhkəmələr üçün icrası məcburi olan hansısa imperativ xarakterli qərar qəbul olunmamışdır. Qanunvericilikdə prokurorların və digər hüquq mühafizə orqanlarında, o cümlədən hakim, DİN, DTX, Əks-kəşfiyyat xidməti, FHN, Vergilər Nazirliyinin istintaq və təhqiqat orqanlarında işləmiş şəxslərin əmək stajlarının qarşılıqlı surətdə hesablanması nəzərdə tutulmuşdur.
14. Azərbaycan Respublikasının pensiya qanunvericiliyi pensiya hüququnun yaranmasını və şəxsin öz arzusu ilə pensiyanın seçilməsini vətəndaşın sonuncu iş yeri ilə şərtləndirmir. Bu baxımdan pensiya təyin etmək üçün sonuncu iş yerinin prokurorluq və ya digər hüquq mühafizə orqanı olmasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Əks halda isə bu, vətəndaşın pensiya hüququnun və pensiyanı seçmək hüququnun əhəmiyyətli şəkildə pozulmasına səbəb olmaqla, vətənd aşların hüquqlarının ləyaqətli surətdə təmin edilməsində diskriminasiyaya uğraması anlamına gəlir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “X2" Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pe nsiyası hüququ vardır. 19. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfındən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "R. Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2012-ci il tarixli qərarında o hüquqi mövqe vurğulanmışdır ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Eyni zamanda, daha sonra qüvvəyə minmiş "X2" Qanunun "Güzəştli şərtlərlə əmək pensiyası hüq uqu olan digər şəxslərə həsr edilən 9-cu maddəsi də prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququnu təsbit edir (maddə 9.4.1.).
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin əsasə dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi zamanı sonuncu iş yerinin prokurorluq və ya digər hüquq mühafizə orqanı olmasının heç bir hüquqi əhəmiyyəti yoxdur.
26. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası göstərilənlə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki,prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafıq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər.
27. Prokurorluq işçilərinin əmək pensiyası əldə etməsinin belə qaydası hazırkı qərarın 18-20-ci maddələrində göstərilən normalarla müəyyən edilmişdir. Həmin normalardan da göründüyü kimi, prokurorluq orqanlarından digər mü vafiq orqanlara işləməyə keçmiş şəxsin iddiaçının tələb etdiyi formada prokurorluq işçisi kimi güzəştli pensiya hüququnun əldə olunması həmin normalarda nəzərdə tutulmamışdır.
28. Beləliklə, iddiaçının tələbi əsassız olduğundan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
29. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də h əmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-845/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.