Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1757/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə üçüncü şəxs qismində cəlbetmə barədə ərizəyə dair QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə üçüncü şəxs qismində cəlbetmə) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə üçüncü şəxs qismində cəlbetmə barədə ərizəyə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(107)-230/2021 nömrəli qərardadından ərizəçi İbrahimova Nərgiz Musa qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qəbələ Bələdiyyəsi tərəfindən 27.08.2007-ci il tarixli, 08 nömrəli qərarla ona ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Məhkəmənin 09.06.2017-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
3. Bundan sonra üçüncü şəxs X2 həmin qərardan apelyasiya şikayəti vermişdir.
4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.08.2017-ci il tarixli, 2-1(107)-271/2017 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
5. Daha sonra üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlu həmin qərardan kassasiya şikayəti vermişdir.
6. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu müddətdə X3 (bundan sonra mətndə-ərizəçi) Ali Məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə üçüncü şəxs qismin də cəlb olunmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 13.12.2017-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2017-ci il tarixli, 2-1(102)-1946/2017 nömrəli qərarı ilə üçüncü şəxs Qurbanov Gündüz Əlirza oğlunun kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 03.08.2017-ci il tarixli, 2-1(107)-271/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.
9. Bundan sonra X5 Məhkəməsinə 04.03.2020-ci il tarixli ərizə ilə müraciət edərək, yeni açılmış hallarla bağlı qeyd olunan iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 20.05.2020-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
11. Ərizəçi həmin qərardaddan apelyasiya şikayəti vermişdir.
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 20.07.2020-ci il tarixli, 21(107)-242/2020 saylı qərardadı ilə ərizəçinin аpelyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20.05.2020-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2020-ci il tarixli, 2-1(102)1916/20 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli. 2-1(107)-242/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Eyni zamanda həmin qərarda ərizəçiyə İPM-nin 28-ci maddəsinə uyğun olaraq istinad etdiyi sənədlə bağlı yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilməsi izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
15. X5 Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddiasına dair iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-15/2017 nömrəli 09.06.2017-ci il tarixli qərarının ləğv edil ərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli (sədrlik edən hakim Vüqar Musayev) qərardadı ilə ərizəçinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, Qutqaşen rayon XDS İK-nin 21.11.1990-cı il tarixli 22 nömrəli qərarına əsasən ərizəçi X1 ayrılmış 0.06 ha torpaq sahəsi ilə, Qəbələ Bələdiyyəsinin 27.08.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinin eyni ərazidə yerləşdiyi təsdiq edilmədiyindən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-15/2017 nömrəli iş üzrə 09.06.2017-ci il tarixli qərarı ərizəçinin qanunla qorunan maraqlarına və hüququna toxunmu r. Buna görə də, 2-1(84)-15/2017 nömrəli iş üzrə ərizəçinin üçüncü şəxs qismində cəlb edilməsi məhkəmə tərəfindən mümkün hesab edilmir.
18. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(107)-230/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Mahir Əsədli) qərardadı ilə ərizəçi tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(84)-15/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, ər izəçinin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Ərizəçi kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin həmin qərardadının ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
22. Ərizəçi kasasiya şikayətini onunla əsaslandırmışdır ki, təkcə işdə olan müvafiq rəy deyil, eyni zamanda AR ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsinin 09.10.2018-ci il tarixli **********36 nömrəli imtina məktubu da onun üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin əsaslı olduğunu sübut edir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi AR ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsinin 09.10.2018-ci il tarixli **********36 nömrəli imtina məktubuna hüquqi qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra belə, maraqlı şəxs işə cəlb olunması barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
23. Ərizəçi kassasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(107)-230/2021 saylı qərardadının ləğv edilməsini, üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2-1 (84)-15/2017 saylı qərarının ləğv edilməsini və həmin işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Madd ə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Konstitusiya Məhkəməsi Plenumunun Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxuna n şəxslərin kassasiya şikayətləri üzrə təqdimatın verilməsindən imtina edilməsi həmin şəxsləri öz hüquq və azadlıqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bu hüquq Konstitusiya ilə yanaşı, həmçinin Mülki Prosessual Məcəllənin məhkəmə aktlarının məcburiliyi adlanan 15.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu ha lda onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan h üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
33. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qəra rının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
34. Bu Qərarın 25-ci bəndində istinad olunmuş norma anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, ücüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının ( cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə ərizəçi mübahisə edilən hüquq münasibətində birbaşa iştirak etmədiyi, habelə inzibati məhkəmə icraatının tər əfləri və həmin ərizəçi barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdən hallar mövcud olmadığı üçün, o üçüncü şəxs qismində məhkəmə icraatına cəlb oluna bilməz.
36. Belə ki, iddiaçıya (İddiaçı) Qəbələ Bələdiyyəsi tərəfindən 27.08.2007-ci il tarixli, 08 nömrəli qərara əsasən 0.05 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması ilə bağlı hüquq münasibətinin tərəfləri iddiaçı və bələdiyyə, qeyd olunan torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı hüquq münasibətinin tərəfləri isə iddiaçı və həmin mübahisə üzrə cavabdehdir (Reyestr Xidməti). İddiaçıya torpaq sahəsi ayrılması barədə bələdiyyə aktı müvafiq hüququn qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir və onun qüvvədə olduğu müddətdə həmin şəxs hüququnun qeydiyyata alınması təl əbində haqlıdır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilməyənə, etibarsız sayılmayana qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlıdır. Şəxsin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasını tələb hüququ da məhz qüvvədə olan və hüquqi cəhətdən etibarlı olan həmin qərardan irəli gəlir. Bu mənada hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilməyənə və hüquqi qüvvəsini itirməyənə qədər şəxsin həmin hüquqmüəyyənedici sənəd əsaslanan tələb hüququ da legitim sayılmalı və təmin edilməlidir.
37. Bu zaman nəzərə almaq lazımdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi barədə qərar (inzibati akt) yalnız iddiaçıya münasibətdə hüquqi təsirə malikdir və onun üçün hüquqi nəticə (torpaq sahəsi üzərində hüquq) yaradır. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı ikili təsirə malik akt sayılmadığından ərizəçiyə və ya başqa şəxslərə münasibətdə hər hansı hüquqi təsirə malik deyildir.
38. Yuxarıda qeyd edilən səbəblərdən iddiaçıya torpaq sahəsi ayrılması barədə bələdiyyə aktı əsasında şəxsin hüququnun qeydiyyata alınması barədə məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına və hüququna toxunmur. Belə ki, həmin məhkəmə qərarı yalnız mübahisə edilən hüquq münasibətinin tərəflərinə, yəni iddiaçıya və cavabdehə münasibətdə hüquqi təsirə malikdir və onlar arasındakı mübahisənin həlli ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, qeyd edilən məhkəmə qərarı cavabdehin iddiaçı qarşısında qeydiyyata alma öhdəliyinin olduğunu və məhz bu səbəbdən qeydiyyatın aparılması öhdəliyini təs bit edir. Prinsip etibarı ilə, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi yalnız məhkəmə icraatı tərəflərinin hüquqi maraqları ilə əhatə olunur. Belə mübahisələr üzrə məhkəmə qərarı üçüncü şəxslərin qanunla qorunan maraqlarına hər hansı müdaxilə imkanına ümumiyyətlə malik olmur.
39. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan norma anlamında ərizəçinin məhkəmə icraatına cəlb olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarı eyni səbəblərdən hazırkı mübahisəyə şamil oluna bilməz.
40. Beləliklə, ərizəçinin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin olunmaması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 21(107)-230/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.