Məhkəmə qərarları › İş №2-1(102)-1757/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1757/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1757/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1757/2022) (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1019/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxx 1961-ci ildə doğulmuş, 15 may 1980-ci il tarixdən 18 may 1982-ci il tarixədək hərbi xidmət keçmişdir. 2. 08 iyul 1982-ci il tarixli, İТ-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildə Füzuli rayonu Füzuli adına Şərab Sovxozuna fəhlə kimi qəbul edilm işdir. xx.xx.1980-cı ildə Sovet Ordusu sıralarına çağırıldığı üçün vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə Füzuli adına Şərab Sovxozuna fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə təhsilini artırmaq üçün Saratov şəhərinə getdiyinə görə vəzifəsindən azad edilmişdir. xx.xx.1986-cı ildə Füzuli adına sovxoza fəhlə qəbul edilmişdir. xx.xx.1986-cı ildə başqa təşkilata keçdiyi üçün işdən azad edilmişdir. xx.xx.1986-cı ildə balıqçılıq birliyinə anbar müdiri təyin edilmişdir. xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə 4 N-li üzüm emalı zavodunun Füzuli rayon məntəqəsində fəhlə təyin edilmişdir. xx.xx.1993-cü ildə 4 Nli üzüm emalı zavodu Ermənistan işğalı ilə əlaqədar iş fəaliyyətinə son verilmişdir. xx.xx.2002-ci ildə "xxxx" QSC “Azəriqaznəql” İB Avtomobil və Mexanizasiya Nəql İdarəsi Avtonəqliyyat sahəsinə 2-ci dərəcəli gözətçi qəbul edilmişdir. xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü ildə Poladəritmə sexinə “odadavamlı materiallar bənnası” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu ildə Poladəritmə sexinə “odadavamlı materiallar bənnası” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2012-ci ildə Poladəritmə sexinə böyük “odadavamlı materiallar bənnası” keçirilmişdir. xx.xx.2018-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.xx.xx.2018-ci ildə “X4 and Foundry Company” MMC-yə odadavamlı materiallar sahəsinə “çalovçu” peşəsinə işə qəbul edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********7 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şərait inə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarım və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -c i maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “X3” MMCnin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 a ydan az (2 il 5 ay 13 gün (xx.xx.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına "Asan 5" Xidmət vasitəsi ilə xx.xx.2021-ci il tarixində müraciət edərək, ona xüsusi ilə zərərli və ağır olan əmək şəraitində çalışdığı üçün qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********7 saylı cavab məktubu ilə müraciətə imtina edərək, bildirmişdir ki, "... Mərkəz filiala təqdim edilən sənədlərində xx.xx.2004-xx.xx.2018 il tarixləri arasındakı dövr ərzində "X3" MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (xx.xx.2018-ci il tarixindən bügunədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və ona görə aşağıda qeyd olunan əsaslar nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.-ci maddəsinə əsasən "Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsə nətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixində tamamlanmışdır. İş materialların a əlavə edilmiş əmək kitabçalarından göründüyü kimi, o, 25 ildən artıq ümumi sığorta stajına malikdir (ümumi stajı 29 il), bu müddətin 16 il 9 ayını metallurgiya istehsalatı sahəsində işləmiş və fərdi hesabının sığorta hissəsində 43000 manat pensiya kapitalı vardır. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dai r iş yerinin arayışı olmalıdır. Qanunvericiliyin qeyd olunan tələbinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə müvafiq arayışlar təqdim edilmiş, lakin sonuncu tərəfindən həmin arayışlar nəzərə alınmamış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, "X3" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli 234/A saylı arayışla onun xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışdığı qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs ı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2. yarımbölməsində isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər kimi öz əksini tapdığı bildirilmişdir. 38/L saylı xx.xx.2021-ci il tarixli arayışla onun xx.xx.2009-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası; xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində böyük odadavamlı materiallar bənnası peşələrində çalışdığı qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü “Metallu rgiya istehsalatı” bölməsinin 3.2. yarımbölməsində isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər kimi öz əksini tapdığı bildirilmişdir. "X4 and Foundry Company" MMC tərəfindən verilən 055/1- 21-G/BNFFC saylı xx.xx.2021-ci il tarixli arayışla, onun xx.xx.2018-ci il tarixində odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul olunduğu və hal hazırda həmin peşədə işlədiyi qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən "çalovçular" şifrəsinə uyğ un olduğu bildirilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilən "güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına" dair iş yerindən arayışlara əsasən onun xx.xx.2004-cü ildən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı və həmin işlər üzrə stajı 16 il 9 ay olduğu aşkardır. Lakin, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına yetərli sübutlar təqdim edilməsinə baxmayaraq, sonuncunun imtinası əsassız olmuşdur.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr v ə sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2004-xx.xx.2018ci il tarixləri arasındakı dövr ərzində “X3” MMC-nin Poladəritmə sexində işlədiyi “odadavamlı materiallar bənnası” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (xx.xx.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7996/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim F.Mədətli ) iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Siyahının 3.2-ci bəndində qeyd olunan “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsi isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyən müxtəlif növ fəhlələri, o cümlədən bənnaları nəzərdə tutulduğundan iddiaçının xx.xx.2021-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1019/2022 nömrəli qərarı ilə (sədrlik edən – H.Ü.Həmidov, hakimlər – A.V.Tanrıverdiyev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7996/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Cavabdeh kassasiya şika yəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1019/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar, işin halları və iddia tələbinə etirazın dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını it irdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (xx.xx.2006-cı ilədək) qüvvədə olmuş. Maddə 67 Hə rbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Maddə 69 İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 70 Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir.

19. Azərbaycan Respublika sı Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. M əhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kass asiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini tələb edir.

30. Məhkəmə ko llegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək "X3" MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsinin güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin “Polad və ferroərintilər istehsalatı” adlı 3.2 yarımbölməsində güzəştli iş stajı verən isti işlərdə məşğul olan “Polad və ferroərintilər isteh salatı” bölməsinin “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 14 il 07 ay 24 gün təşkil edir.

31. Belə ki, X4 and Foundry Company” MMC tərəfindən verilmiş 055/1-21G/BNFFC nömrəli xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixində “X4 and Foundry Company” MMC-nin Odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul edilmişdir (xx.xx.2018-ci il tarixli 133-BNFFC №-li Əmək müqaviləsi) və hal hazırda həmin peşədə işləyir. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12-saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı sı” nın 3-cü Metallurgiya istehsalı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalı yarımbölməsində qeyd edilən “çalovçular” şifrəsinə uyğundur.

32. Bundan başqa “X3” MMC-nin xx.xx.2021-ci il tarixli №234/A saylı arxiv arayışından görünür ki, iddiaçı 15 sentyabr 2004-cü il tarixindən 15 sentyabr 2009-cu il tarixinədək Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərlə məşğul olan odadavamlı materialla işləyən kimi öz əksini tapmışdır.

33. Eyni zamanda “X3” MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli №38/L saylı arxiv arayışına əsasən müəyyən edilir ki, iddiaçı 15 sentyabr 2009-cu il tarixindən 03 sentyabr 2012-ci il tarixinədək Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. 03 sentyabr 2012-ci il tarixindən 11 dekabr 2018-ci il tarixinədək Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərlə məşğul olan odadavamlı materialla işləyən kimi öz əksini tapmışdır.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş (yuxarıda adı çəkilən) müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir.

35. Kollegiya hesab edir ki, iddiaçının 15 sentyabr 2009-cu il tarixdən 03 sentyabr 2012-ci il tarixədək işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin “Polad və ferroərintilər istehsalatı” adlı 3.2 yarımbölməsində güzəştli iş stajı verən isti işlərdə məşğul olan “Polad və ferroərintilər istehsalatı” bölməsinin “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsi kimi nəzərdə tutulmuşdur.

36. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğun dan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1019/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar