Məhkəmə qərarları › İş №2-1(102)-1757/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1757/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1757/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (doğum tarixi: xx.xx.1962, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-1491/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına və 5234 №-li attestatına əsasən, iddiaçı xx.xx.1979-cu ildə Azərbaycan SSR Xaçmaz rayon 97 №-li kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə təhsil müddəti bir il olan həmin məktəbi traktorçu maşınçı peşəsi üzrə bitirmiş, xx.xx.1980-xx.xx.1981-ci illərdə Xaçmaz rayonu “Bakı” sovxozunun 2 №-li təsərrüfat briqadasına fəhlə vəzifəsində çalışmış, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildə 1 №-li “Azkəndtikinti” trestinin 10 №li təmir tikinti trestinə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1984-cü ildə elektrik qaynaqçısı vəzifəsinə bərpa edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında armatur sexinə əl ilə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2005-ci il “Açıq söz” qəzeti redaksiyasında kuryer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2017-ci ildə gözətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu ildə işdən azad olunmuş, xx.xx.2020ci ildə “Xətai 5” məhdud məsuliyyətli müştərək cəmiyyətində fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci ildə işdən az ad edilmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/02 №-li, xx.xx.2019-cu il tarixli məktub ilə müəyyən olunmuşdur ki, X1 Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında 13 iyun 1985-ci il tarixindən armatur sexinə əl ilə elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, 1 aprel 1988-ci il tarixindən armatur sexində əl ilə elektrik qaynaqçısı keçirilmiş, 1 noyabr 1990-cı il tarixindən armatur sexində əl ilə elektrik qaynaqçısı keçirilmiş, 30 dekabr 2004-cü il tarixdə işdən azad edilmişdir. Göstərilən dövrdə İddiaçı armatur sexində əl ilə elektrik qaynaqçısı işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 2 saylı güzəştli siyahının 232000000-19906 indeksi üzrə öz əksini tapmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə 16 mart 2022-ci tarixdə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 22 aprel 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992 - xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiy ası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrü onun iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (13 il 10 ay 10 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 2017-2021 -ci illər üzrə cəmi 2 il, 7 ay)) təşkil edir. Eyni zamanda onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 18 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11087,71 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona pensiya hüququ yarandığı, yəni 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh onun əmək stajını düz hesablamamışdır. O, xx.xx.1992xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də çalışmışdır. Əgər müəssisə sosial sığorta üçün tutmaları həyata keçirməmişdirsə bu onun günahı deyil. "xxxx" ASC-dən əmək stajı haqda arayışı var. O, faktiki olaraq əmək stajına malikdir, o cümlədən zərərli işlərdə çalışdığı müddət ona güzəştli pensiya təyin olunması üçün kifayət edir. Lakin ona imtina edilmişdir. Cavabdehin bu imtina cavabı onun hüquqlarını pozur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddi açı xx.xx.1992- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işləmişdir. Qeyd edilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatı üzrə araşdırma aparılarkən həmin müəssisənin DSMF-də sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) edilən dövr iddiaçının iş stajına daxil etmək mümkün deyil və məhz bu səbəbdən onun ümumi iş stajı 25 ildən azdır. Həmçinin iddiaçının güzəştli iş stajı da qanunvericilikdə nəzərdə tutulmuş (06 il 06 ay 18) gündən azdır. Həmçinin iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48720,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 11087,71 manatdır.

8. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(112)-9784/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) xx.xx.2019-ci il tarixdə çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qanunvericiliyin qeyd olunan tələblərinə görə hazırkı halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır. İddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2022-ci ilin mart ayının 16-da müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya təyin olunacaq pensiya 16 mart 2019-cu il tarixdən hesablanıb ona ödənilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-1491/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şi kayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş MT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1992xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "Bakı İnşaat- 1” ASC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 10 ay 10 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 2017-2021 -ci illər üzrə cəmi 2 il, 7 ay)) təşkil edir. Eyni zamanda, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 18 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixdə qüvvəd ə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Res publikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 23200000 XXXİİİ. Üm umi peşələr. 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN 2

0. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasi ya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik təl əblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Hazırkı qərarın 1 və 2-ci bəndlərində qeyd edilənlərə əsasən, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həm ümumi (25 il), həm də 23200000 XXXİİİ. Ümumi peşələr üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları üzrə xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.

26. Beləliklə, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyindən onun hazırkı məzmunda tələb hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-1491/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar