Məhkəmə qərarları › İş №2-1(102)-1758/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1758/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1758/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 Departamentinə qarşı iş üzrə QƏRAR Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 Departamentinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 oktyabr 2 018-ci il tarixli, 2-1(103)-63/18 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 Departamentinə qarşı cavabdeh 02.10.2015-ci il tarixli **********954181 saylı qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 20.06.2016-cı il tarixli iş № 2-1(82)370/2016, (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İd diaçı MMC barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında" 02.10.2015-ci il tarixli **********954181 saylı qərarına əsasən 2013-cü il üzrə 2234,78 manat mənfəət vergisi və ona hesablanmış 1117,49 manat maliyyə sanksiyası hissəsində qismən, yəni 1316,78 manat mənfəət vergisi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ona hesablanmış 658,39 manat maliyyə sanksiyasının ləğv edilməsi; 2013-2014-cü illər üzrə 63655,69 (12067,80 + 51587,89) manat ƏDV və ona hesablanmış 31827,85 (6033,90 + 25793,95) manat maliyyə sanksiyası hissəsində qismən, yəni 56088,8 manat ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ona hesablanmış 28.044,4 manat maliyyə sanksiyasının ləğv edilməsi; 2013-2014-cü illər üzrə 11.144 (1144,50+9999,50) mana t mədən vergisi və ona hesablanmış 5572 (572,25 + 4999,75) manat maliyyə sanksiyasının ləğv edilməsi; iddianın qalan hissədə, yəni 02.10.2015-ci il tarixli qərarın 918 manat mənfəət vergisi və 459 manat maliyyə sanksiyası, 7566,90 manat ƏDV və 3783,45 manat maliyyə sanksiyası; 6,16 manat MÖMV və ona hesablanmış 3,08 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20.06.2016-cı il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.11.2016-cı il tarixli iş № 2-1(103)-2383/16 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 20.06.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 24.11.2016-cı il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12.04.2017-ci il tarixli iş № 2-1(102)662/17 (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilm əsi, apelyasiya instansiyası məhkəməsinin 24.11.2016-cı il tarixli qərarının qismən, iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qismində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qalan hissədə qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 25.10.2018-ci il tarixli iş № 2-1(103)-63/18 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 2-1(82)-370/2016 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətinin təmin edilməsinin əsası kimi yalnız birinci instansiya məhkəməsinin sadaladığı əsassız dəlilləri təkrarlamaqla kifayətlənmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmçinin, məhkəmənin qərarında qeyd edilmişdir ki, iş üzrə əvvəlki 18 mart 2016-cı il tarixli və 04 dekabr 2015-ci il tarixli ekspert rəyləri arasında ziddiyyət olduğundan “təkrar məhkəmə tikinti-texniki və mühasibatlıq ekspertizası” keçirilmişdir. Həmin 21 oktyabr 2018-ci il tarixli “təkrar məhkəmə tikinti-texniki və mühasibatlıq ekspertizası” rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisənin 01 noyabr 2013-cü il tarixdən 31 noyabr 2014-cü il tarixədək aparılan əməliyyatlara görə ƏDV üzrə 7566,90 manat, MV üzrə - 5967,02 manat, MÖMV üzrə - 6,16 manat olmaqla, cəmi 135400,08 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və 548,80 manat məbləğində mədən vergisinin artıq hesablanması müəyyən edilmişdir. Bununla bağlı bildiririk ki, məhkəmənin əsas götürdüyü 17600/18732 nömrəli 21 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə razı olmadığımıza dair məhkəmə prosesi zamanı cavabdeh Departament tərəfindən müvafiq mülahizə də təqdim edilmişdir. Belə ki, İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlaması ilə bağlı inzibati işin materialları arasında vergi orqanının qərarlarına əsasən dəvət olunmuş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssis və ekspert tərəfindən verilmiş rəylərdən əlavə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsi və məhkəmələr tərəfindən təyin edilmiş ekspertizalar üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3 (üç) ekspert rəyi var. Bildiririk ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin qərarına əsasən təyin edilmiş ek spertiza üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23491 nömrəli 04 dekabr 2015-ci il tarixli ekspert rəyi ilə yoxlamanın nəticəsi üzrə əlavə hesablanmış vergilərin doğruluğu tam təsdiq olunmasına baxmayaraq, həmin mərkəzin ekspertləri tərəfindən eyni iş üzrə verilmiş 18 mart 2016-cı il və 21 sentyabr 2018-ci il tarixli ekspert rəyləri ilə hesablanmış vergilər qismən təsdiq edilmişdir. Göründüyü kimi eyni qurumun ekspertləri tərəfindən eyni iş üzrə verilmiş ekspert rəyləri arasında ziddiyyətlər var və həmin ziddiyyətli məqamlar İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmalı və sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Bakı Apelyasiya Məhkəməsinin qərardadına əsasən təyin edilmiş ekspertiz anın nəticəsi üzrə verilmiş 21 sentyabr 2018-ci il tarixli ekspert rəyində ekspertiza qarşısında qoyulan birinci, ikinci və üçüncü suallar üzrə rəyin tədqiqat və nəticə hissələrində göstərilənlər ilə əlaqədar bildiririk ki, eyni məzmunlu üç sualın bundan əvvəl keçirilmiş ekspertiza tədqiqatı zamanı araşdırılması və nəticəsi üzrə rəy verilməsi barədə inzibati işin materialları arasında 2005/06/07 nömrəli 18 mart 2016-cı il tarixli ekspert rəyi var, məhkəmə əsassız olaraq təkrarən həmin suallar üzrə ekspertizanın aparılması qərarına gəlmişdir. 21 sentyabr 2018-ci il tarixli ekspert rəyindən göründüyü kimi eyni məzmunlu üç sual üzrə sonuncu ekspertiza zamanı əlavə araşdırılma aparılmamış, bundan əvvəl verilmiş 2005/06/07 nömrəli 18 mart 2016-cı il tarixli ekspert rəyinin tədqiqat və nəticə hi ssəsində həmin suallar üzrə məlumatlar olduğu kimi sonuncu rəyə (21 sentyabr 2018-ci il tarixli) köçürülmüşdür. Eyni zamanda ekspert rəyində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 27 yanvar 2015-ci il tarixdə, Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X11 Dövlət Agentliyinin 26 fevral 2015-ci il tarixli birgə planına əsasən İddiaçı MMC üçün istismar itkisinin (brakın) 60% olması müəyyən edildiyi göstərilməsinə baxmayaraq, həmin təsdiqedici sənəd rəyə əlavə edilməmişdir. Bundan əlavə məhkəmənin 30 avqust 2017-ci il tarixli qərardadı ilə ekspertiza qarşısına qoyulmuş 4-cü - 10cu suallar (7 sualı) üzrə ekspertlərin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, ekspertiza qarşısında qoyulan həmin suallar ekspertlər tərəfindən araşdırılmamış, sualların məzmun və mahiyyətinə uyğun olmayan əsassız rəy verilmişdir. Bu da ekspertiza tədqiqatının qeyriobyektiv aparıldığını bir daha göstərir. Yoxlama ilə əlaqədar bildiririk ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********844395 nömrəli 25 dekabr 2014-cü il tarixli qərar ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama keçirilmiş, yoxlamanın nəticəsi 01 sentyabr 2015-ci il tarixli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********954181 nömrəli 02 oktyabr 2015-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlama za manı müəssisə tərəfindən mənfəət vergisinin 2013-cü il üzrə 2234,78 manat azaldılması, əlavə dəyər vergisinin 2013-cü il üzrə 12067,80 manat azaldılması, əlavə dəyər vergisinin 2014-cü il üzrə 51587,89 manat azaldılması, mədən vergisinin 2013-cü il üzrə 1144,50 manat azaldılması, mədən vergisi 2014-cü il üzrə 9999,50 manat azaldılması, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin 2014-cü il üzrə 6,16 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 57.1ci və 58.1-ci maddələrinə əsasən 38720,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergilərin sonuncu ekspert rəyinin nəticəsi ilə müqayisə edərək bildiririk ki, sonuncu ekspertiza tədqiqatı obyektiv aparılmamış, ekspert qarşısında qoyulmuş suallar tam və hərtərəfli araşdırılm adan işin hallarına uyğun olmayan, birtərəfli, qərəzli və əsassız rəy verilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-63/2018 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyas ı məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını AliMəhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 25.10.2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Azərbaycan Respublik asının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansi yası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-63/2018 saylı qərarla, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 21(82)-370/2016 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 67.14, 83.9, 104.1, 105.1, 173, 213, 214, 216.2, 217.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 6, 6.1.3-cü bəndlərinə, İnzibati Prosessual Məcəllənin 1.2, 58.7, 68.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad etməklə bel ə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 oktyabr 2018-ci il tarixli qərarı və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlilləri ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında sözügedən mübahisə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında cavabdehin kasasiya şikayəti üzrə artıq bir dəfə məhkəmə baxışı predmeti olmuş və bununla bağlı 12 aprel 2017-ci il tarixli, 2-1(102)-662/2017 saylı qərar qəbul edilməklə, cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 noyabr 2016-cı il tarixli qərarı qismən, iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qismində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2017-ci il tarixli qərarının “əsaslandırıcı hissəsində” göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərarında nəzərə almamışdır ki, vergi orqanının mübahisələndirilən səyyar vergi yoxlaması ilə əlaqədar, həmin yoxlamaya cəlb olunmuş ekspertin və mütəxəssisin rəylərindən başqa, həmçinin iddiaçı MMC-nin vəzifəli şəxsləri barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə istintaq orqanının 16 noyabr 2015-ci il tarixli qərarı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Həmin Mərkəzin 04 dekabr 2015-ci il tarixli 23491 saylı ekspertiza rəyi ilə MMC tərəfindən aparılmış əməliyyatlara görə, dövlət büdcəsinə 2234,78 manat məbləğində mənfəət vergisinin, 63655,69 manat ƏDV-nin, 11144,0 manat mədən vergisinin, 6,16 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 77040,63 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş və bununla da, cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının nəticələri, dolayısı ilə isə vergi orqanının həmin yoxlamaya cəlb etdiyi ekspertin və mütəxəssisin rəyləri təsdiq olunmuşdur. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2015-ci il tar ixli qərarla məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi qərarında eyni təşkilatın (Məhkəmə Ekspertiza Mərkəzinin), eyni səlahiyyətlərə malik olan ekspertlərin, eyni səyyar vergi yoxlamasının nəticələri haqqında verdikləri və biri-birinə zidd olan rəylərə müvafiq hüquqi qiymət verməmişdir. Bundan başqa, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasına cəlb olunmuş ekspert qarşısında yalnız iddiaçı MMC-nin daş karxanasında 01.11.2013 - 30.11.2014-cü il tarixlərdəki dövrdə istehsal olunmuş mişar daşının karxanadan satış qiymətinin nə qədər olması sualı qoyulmuş və ekspert həmin qiyməti 0,24 manat (ƏDV ilə birlikdə) məb ləğində müəyyən etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində də bu məbləğ təsdiq olunmuşdur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin qərarında vergi orqanı tərəfindən istinad edilən ekspert rəyinə söylənilən iradlar anlaşılmazdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin məğzi vergi orqanının mübahisələndirilən səyyar vergi yoxlaması aktının və qərarının düzgün olub-olmaması məsələsinin həllindən ibarətdir ki, bu da öz növbəsində başlıca olaraq, iddiaçı MMC-nin vergiyə cəlb olunmalı gəlirlərinin düzgün müəyyən edilməsində asılıdır. Sözügedən gəlirlərin müəyyən edilməsi üçün iddiaçı MMC-də mühasibatlıq sənədlərinin olmaması səbəbindən (bu faktı hər iki tərəf və işə baxan məhkəmələr də təsdiq etmişlər) müvafiq eksper tizaların keçirilməsi zərurəti yaranmışdır. Məlumdur ki, iddiaçı MMC-nin gəlirlərinin müəyyən edilməsi üçün bu gəlirlərə birbaşa təsir edən bir neçə faktorun müəyyən edilməsi vacibdir ki, bunlardan istehsal olunmuş məhsulun (daşın) və müvafiq itkilərin miqdarı ekspertlər (vergi orqanı tərəfindən isə cəlb olunmuş mütəxəssis) tərəfindən müəyyən edilməli idi. Eyni zamanda, ekspertlər tərəfindən məhsulun formalaşdırılmasına dolayısı təsir edən faktorlar da, o cümlədən karxananın və istismar edilən avadanlığın məhsuldarlığı müəyyən edilməli idi. Apelyasiya instansiyası məhkəməsi bu məsələlərin müəyyən edilməsində məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın 18 mart 2016-cı il tarixli rəyinə üstünük versə də, həmin rəy bir çox qüsurlara malikdir. Belə ki sözügedən rəyin məzmunundan bəlli olu r ki, ekspert, rəyini ehtimal və təxminlik üzərində qurmuş, hətta iddiaçı MMC tərəfindən istehsal olunmuş daşın miqdarını təxmini müəyyən etmişdir. Bundan başqa, qeyd edilən ekspertiza rəyində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspert İdarəsinin 27 yanvar 2015-ci il tarixli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X11 Dövlət Agentliyinin 26 fevral 2015-ci il tarixli birgə planlarına əsasən iddiaçı MMC üçün istismar itkisinin 60% müəyyən edilməsi göstərilsə də, bu rəqəm istehsal və rentabellik normativləri baxımından əsaslı hesab edilə bilməz, həmçinin ona görə ki, adları çəkilən sənədlər 2015-ci ildə tərtib edilmiş, səyyar vergi yoxlaması dövrü isə dekabr 2013 - noyabr 2014-cü illəri əhatə etmişdir; bundan əlavə məhkəmə eksper tlərinin yoxlayıcının iştirakı ilə aparılmış müşahidə zamanı da, hasil edilmiş mişar daşının itkisi təxminən 12–15% ətrafında (vergi orqanının əldə etdiyi mütəxəssis rəyində göstərilən miqdardır) olmuşdur. Ekspert, rəyində iddiaçı MMC-nin karxanasında olduğu zaman istehsalatda məşğul olan hər bir maşının ayrılıqda enerji sərfiyyatını müəyyən etdiyini qeyd etsə də, faktiki istehsal brakının miqdarının müəyyən edilməsi ilə bağlı eksperiment aparmamışdır. Halbuki, belə eksperiment istehsal itkilərinin təxmini deyil (rəydə 60% göstərilmişdir), dəqiq müəyyən edilməsində köməklik göstərmiş ola bilərdi. Yuxarıda sözügedən ekspertiza rəyindən fərqli olaraq, vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş dövlə t standartlarına uyğun olaraq istehsal həcminə təsir göstərən itkilərə və aparılmış dağ açılışı işlərinə görə, 15% çıxdaş nəzərə alınaraq iddiaçı MMC tərəfindən istehsal edilmiş daşın miqdarı dəqiq müəyyən edilmişdir. Bu zaman mütəxəssis kəsilən süxurların nisbətən möhkəmlik hədlərində olması ilə əlaqədar karxana üzrə DKM-in məhsuldarlığı təyin edilməsi üçün texnoloji layihələndirmə normalarına (BCH28-114-72); DÜİST-4001-84 “Dağ süxurlarından divar daşları” Texniki şərtlərinin (AZS 476-2011) tələblərinə cavab verən daşların texniki-natur xarakteristikasına əsasən 1,0 kub metr həcmində mişar daşı sayının 72 ədəd olduğunu nəzərə almaqla, hasil olunmuş məhsulun çıxdaşsız miqdarını: 72 ədəd x 42394 kub metr = ******* ədəd müəyyən etmişdir. Bundan başqa, ekspertiza rəyində iddiaçı MMC-nin istis mar etdiyi karxanada istehsal həcminin 25898,5 kub metr olması müəyyən edilsə də, bu zaman istifadə olunan düsturda 1 saatda kəsilən daşın həcminin 4,8 kub metrə bərabər olması izah edilməmiş, bu da ekspert tərəfindən aparılmış hesablamaları şübhə altına alır. Eyni zamanda, ekspert öz rəyində karxanada qeyri-istehsal təyinatlı məişət avadanlıqlarının (3 ədəd televizor, kondisioner, 6 ədəd elektrik qızdırıcı, soyuducu və s.) nəzəri və təxmini hesablama yolu ilə 19319,04 kV/saat elektrik enerjisinin sərf etdiyini qeyd etsə də, həmin avandanlıqların həqiqətən istehsalat sahəsində olduğunu və günün 8 saatı ərzində həqiqətən istifadə olunduğunu sübut edən hər hansı sənədi rəyinə əlavə etməmişdir. Bundan başqa, ekspertiza rəyində bir iş günündə 4 ədəd daşkəsən maşının istifadə etdiyi elektrik en erjisinin miqdarı 1843.2 kV/saat (57,6 x 4 ədəd x 8 saat), 2 ədəd şırımaçan maşının istifadə etdiyi elektrik enerjisinin miqdarı 1100,8 kV/saat (68,8 x 2 ədəd x 8 saat), ümumilikdə 2944 kV/saat olduğu göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarında ekspertin karxanada baxış keçirdiyi zaman 4 daşkəsən kombaynın və 2 şırımaçan maşının gördüyü, lakin onlardan 1 ədədinin işləmədiyi, digər maşınların isə dayanmış olduğu qeyd olunsa da, qeyd edilənlər işin hallarına uyğun gəlmir. Belə ki, mişar daşının hasilatı prosesində vaxt etibarı ilə ən çox istifadə olunan daşkəsən maşın olduğundan, şırımaçan maşının isə şırım açdıqdan sonra işini başa vurduğundan, 8 saatlıq iş günün bütün vaxtına görə, şırımaçan maşına görə, 8 saatlıq enerji sərfiyyatı hesablanması doğru deyildir. Bu isə g ün ərzində daş süxurunun emal edilməsi həcminin aşağı salınmasına səbəb olur. Daş süxurunun emal edilməsi həcminin aşağı düşməsi mişar daşı hasilatının azalmasına səbəb olur. Göründüyü kimi, bu müəyyən edilməli olan məsələlərin bu hissəsində də, rəydə ekspertlər tərəfindən düzgün qiymət verilməmişdir. Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə riayət etməklə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq verilmiş bütün məcburi göstərişləri tam şəkildə icra etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmişdir ki, cavabdeh vergi orqanının kasasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyini əsas götürməsini mübahisələndirən və həmin rəyin Mərkəzin 04 dekabr 2015-ci il tarixli rəyi, habelə “Azərekspertiza” Birliyinin rəyi ilə ziddiyyət təşkil etməsini vurğulayan dəlilləri əsassızdır. Belə ki, məhkəmənin qərarından və məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən rəy verən ekspertlər X1 və X5), habelə “Azərekspertiza” Birliyinin rəy verən əməkdaşı X6 məhkəmə iclasında dindirilmişdir. Belə ki, ekspert F.Vəliməmmədov ifadəsində bildirmişdir ki, 23 noyabr 2015-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza ilə bağlı tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəl i əraziyə baxış keçirilmiş, ərazidə 4 daşkəsən və 2 şırımaçan maşın görmüş, onların enerji sərfiyyatını müəyyən etmişlər. Oradakı bütün elektrik avadanlıqlarının siyahısı tərtib edilmiş, itki faizi ilə çıxdaş etmiş, 60 faiz itki nəzərə alınaraq müvafiq rəy tərtib etmişlər. Mərkəzin 18 mart 2016-cı il tarixli rəyi yerində araşdırma aparılmaqla və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentinin mütəxəssisinin və tərəflərin nümayəndələrinin iştirakı ilə ətraflı araşdırma aparılmaqla tərtib edilmişdir. İddiaçı tərəfindən daş istehsalı üzrə istifadə olunan bütün avadanlıqlar elektrik enerjisi ilə işlədiyinə görə, əsasən iddiaçı tərəfindən istehlak olunan elektrik enerjisinin ümumi sərfiyyatı və elektrik enerjisi ilə. işləyən avadanlıqların sərfiyyatı vergi orqanı tərəfindən nəzərə alı nmalı idi. Məhkəmə Ekspertiza Mərkəzinin 04 dekabr 2015-ci il tarixli 23491 saylı ekspert rəyi ilə əlaqədar isə ekspert F.Vəliməmmədov bildirmişdir ki, həmin ekspert rəyi ekspertiza qarşısında qoyulan suallara əsasən ekspertiza aparmadan təqdim edilmiş sənədlər üzrə, yəni səyyar vergi yoxlaması aktının “Azərekspertiza” birliyinin mövcud rəyləri ilə uyğunluğuna qiymət verməklə tərtib edilmişdir. Eyni zamanda, ekspert İ.Xudiyev ifadəsində göstərmişdir ki, təyin edilmiş kompleks məhkəmə tikinti-texniki və mühasibatlıq ekspertizasının icrası ilə bağlı tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş, enerji itkisinə əsasən hesablama aparmış, maşınları işə saldıqdan sonra enerji sərfiyyatını hesablamış və həmin sərfiyyata uyğun rəy vermişlər. “Azərekspertiza” Birliyinin rəyləri verən ə məkdaşı N.Kərimov isə birinci instansiya məhkəməsində verdiyi şahid ifadəsində göstərmişdir ki, onun tərəfindən iddiaçının daş istehsalının həcmi müəyyən edilmiş, daşkəsən maşının məhsuldarlığını müəyyən etmiş, baxış zamanı 4 daşkəsən kombayn və 2 şırımaçan maşın görmüş, lakin onlardan 1 ədədi işləmiş, digər maşınlar isə dayanmışdı. MMC-nin qanuni nümayəndəsi ilə söhbət zamanı maşınların 4-nün də işlək vəziyyətində olmasını demiş, iş günlərinin sayını müəyyən etmişdir. Həmin daşkəsən maşınlar elektrik enerjisi ilə işləmiş, həmin vaxt elektrik sərfiyyatını yoxlamamışdır. Bundan əlavə, yoxlama dövrü üzrə mişar daşının karxanadan satış qiyməti 0,24 manat (ƏDV ilə birlikdə) məbləğində müəyyən edilmişdir. Lakin N.Kərimov məhkəməyə “Azərekspertiza” birliyinin əməkdaşlarının ekspertiza fəaliyyəti ilə məşğul olmaq üçün onun ekspert kimi fəaliyyətini tənzimləyən hər hansı sənəd-sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə aparılan ekspertiza ekspertlər tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə və yerində müayinə ilə həyata keçirildiyi halda, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi 04 dekabr 2015-ci il tarixli 23491 saylı rəyin verildiyi ekspertiza yalnız təqdim edilmiş sənədlərə əsasən aparılmışdır. Cavabdehin istinad etdiyi “Azərekspertiza” Birliyinin əməkdaşı N.Kərimovun mütəxəssis (və ekspert) rəyləri ilə əlaqədar verdiyi ifadəsindən isə göründüyü kimi, onun tərəfindən həmin vaxt elektrik sərfiyyati yoxlanılmamışdır. Onun verdiyi işləməsinə 812544 kv.saat (276 x 2944 kv.saat) elektrik enerjisi tələb (pulu ödənilmiş enerjidən 296837 kv.saat artıq) ol unardı ki, bu da real hesab olunmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzin 18 mart 2016-cı il tarixli, 23491 saylı ekspert rəyində mübahisələndirilən məsələlər Mərkəzin 21 sentyabr 2018-ci il tarixli 17600/18732 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisədə Vergi Məcəlləsinin 3.8-ci maddəsinin müddəalarının tətbiqi və həmin maddənin nəzərə alınması çox böyük əhəmiyyət kəsb edir. Belə ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən q aydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Başqa sözlə elektrik enerji xərclərinə əlavə vergi hesablana bilməz. Bu ancaq Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq mümkündür, lakin hazırkı mübahisədə belə hal mövcud deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzi bati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-63/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar