Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1758/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyini, 55+2 yaş, “qazan avadanlıqlarının təmiri üzrə çilingər” peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1798/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-ci il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan 27.10.1980-cı ildən 11.12.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir.
2. Zərdab rayon İcra Hakimiyyəti Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.05.2020-ci il tarixli arxiv arayışına əsasən Zərdab rayonu, sabiq Engels adına kolxozun üzvü olmuş iddiaçı həmin kolxozun Zərdab rayon Dövlət Arxivində saxlanılan arxiv sənədlərinə əsasən 1979-cu ildə, 31 adam gününə, 41 rubl əmək haqqı məbləğinə, 1980ci ildə 31 adam gününə, 205....əmək haqqı məbləğinə çalışmışdır.
3. İddiaçı əmək kitabçasına əsasən 11.01.1983-cü ildə Zərdab Avtonəqliyyat müəssisəsinə İİİ dərəcəli sürücü götürülmüş, 18.061985-ci ildə öz ərizəsinə əsasən sürücü vəzifəsindən azad edilmiş, 01.07.1985-ci ildə “VP-500 kV DRES Abşeron” tikintisinə yüksək gərginlikli hava xətl ərinin montajı üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, 20.12.1985-ci ildə işdən azad edilmiş, 03.02.1986-cı il tarixdən, 01.09.2001ci il tarixədək “Azərbaycan DRES-Mərkəzi Təmir sexi”də 3,4,5,6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 05.01.2009-cu il tarixdə "xxxx" MMC-də X4 təmir və Sazlama İdarəsinin Q və KAT sexinə 6-cı dərəcəli çilingər qəbul edilmiş, 05.01.2010-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 30.12.2012-ci il tarixdə X9 Qazan Təmiri sexinin X1 təmiri sahəs inə 6-cı dərəcəli çilingər peşəsinə təyin edilmiş, 02.02.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 21.02.2015-ci il tarixdə "xxxx" MMC-də Qazan və Köməkçi Avadanlıqların təmiri sexinə “Alçaq və yüksək təzyiqli armatur və boru kəmərlərinin təmiri briqadalarına” 6-cı dərəcəli qazanxana sex avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda işləməkdə davam edir. 4. "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 06.09.2019-cu il tarixli “İşin xarakteri haqqında arayış”-a əsasən iddiaçı 03.02.1986-cı il tarixdən 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES Mərkəzi Təmir sexi”-də 3, 4, 5, 6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 21.05.2015-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin “Alçaq və yüksək təzyiqli armatur və boru kəmərlərinin təmiri briqadasında” qazanxana sexi avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsində işləyir. İş şəraitində 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3, təhlükəsizlik sinfi 3-4, səs-küy, havanın cərəyan surəti, iş yerindən havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçıya 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.0 2.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçıya 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.05.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarının 24cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. 5. “Azərbaycan DRES” və "xxxx" MMC tərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrindən görünür ki, böyük usta, usta, təmirçi çilingərlər, usta və çilingərlər, qazan və köməkçi avadanlıqların təmiri sexində yüksək, orta təzyiqli armaturların təmiri br iqadasında ustalara əmək şəraitinə görə 12 % güzəştlər tətbiq olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.06.2020-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi 30 yanvar 1984-cü il tarixli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 21 dekabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiql əşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya verilmiş cavab məktubu 09.06.2020-ci ildə ünvanlanmışdır. İddiaçının iddia ərizəsi məhkəməyə 21.12.2020-ci il tarixdə verilməklə İdarənin vermiş olduğu imtina cavabından 6 ay 12 gün sonra verilmişdir. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməs indən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı cavabdehin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkünlük şərtlərinə uyğun olaraq verilmiş hesab edilsə belə, iddiaçıya 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında “ Qanun tətbiq edilə bilməz. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş 6 sentyabr 2019-cu il tarixli arayışda onun işlədiyi peşələrin hal-hazırda qüvvədə olan 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a” bəndində olan peşələrə uyğun olması göstərilmi şdir. Qeyd edilən peşələr “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı bölmədə yerləşər. Həmin bölmə hal-hazırda qüvvədən düşən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə təsdiq edilmiş 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda 21400000 kodu altında yerləşən peşələrə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunve riciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.2-ci bəndinə əsasən müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edilir. 2 saylı əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsi ilə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. İddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun tətbiq edilə bilməz. Qanun 9.1-ci maddəsinə görə, axırıncı iş yerind ən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdeh orqana müraciət etdik də onun 58 yaşı olmuş, hal-hazırda isə 59 yaşı var. Bu da qanunda göstərilən 60 yaşdan azdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3282/2021 saylı iş) 1 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə (25.01.2019-cu il tarixdən) əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” 9.8, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli Qanunla edilmiş dəyişikliyi, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməs i və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarını, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı 1979-1980-ci illərdə Zərdab rayonu, sabiq Engels adına kolxozda işləyərək, əmək haqqı almışdır, həmin dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. İddiaçı öz tələbinin əsası kimi məhkəməyə onun kolxozdakı əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. Həmin arayışdakı məlumatların mötəbərliyini şübhə altına alan sübut işdə yoxdur. İddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğund an, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X7 və X8, 2-1(103)-1798/2021 saylı iş) 1 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 17 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 30 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməs i barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 14. bəndinə) Şikayətin dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynidir. (bax bu qərarın 8-ci b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pe nsiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu m üddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hü ququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddə tin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvv ədən düşmüşdür) əsasında müəyyən edilir. 21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim e tdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübah isə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
26. İddiaçı xx xxxxxx xxx-ci ildə anadan olmuşdur. Qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işlədiyini, həmin peşənin Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
27. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı İPM-in 33.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Güzəştli arayışda 23 yanvar 2007-ci il tarixli Siyahıya istinad edildiyinə görə mübahisəyə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbləri tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlə pensiya hüququ 60 yaşdan yaranır, iddiaçının 60 yaşı tamam olmamışdır.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır və İPM-də bu növ iddialara iddia müddətinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi İPM-in 33.1-ci maddəsində isə məcburetmə haqqında iddiadan bəhs olunur.
30. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
31. İşdə olan sənədlərə əsasən iddiaçı 1979-cu ildə, 31 adam gününə, 41 rubl əmək haqqı məbləğinə, 1980-ci ildə 31 adam gününə, 205..... əmək haqqı məbləğinə çalışmış, 27.10.1980-ci il tarixdən 11.12.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 11.01.1983-cü ildə Zərdab Avtonəqliyyat müəssisəsinə İİİ dərəcəli sürücü götürülmüş, 18.06.1985-ci ildə öz ərizəsinə əsasən sürücü vəzifəsindən azad edilmiş, 01.07.1985-ci ildə “VP-500 kV DRES Abşeron” tikintisinə yüksək gərginlikli hava xətlərinin montajı üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, 20.12.1985-ci ildə işdən azad edilmiş, 03.02.1986-cı il tarixdən, 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES-Mərkəzi Təmir sexi”-də 3,4,5,6-cı dərəcəli qazan avadanlıqlarının təm iri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmişdir.
32. İddiaçının 1 yanvar 2006-cı il tarixə ümumi stajı azı 25 il təşkil edir. 33. "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 06.09.2019-cu il tarixli “İşin xarakteri haqqında arayış”-dan görünür ki, iddiaçı 03.02.1986-cı il tarixdən 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES Mərkəzi Təmir sexi”ndə 3, 4, 5, 6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexdə çilingər vəzifəsində işləmişdir. İş şərait ində 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3, təhlükəsizlik sinfi 3-4, səs-küy, havanın cərəyan surəti, iş yerindən havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçıya 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.02.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.05.2015-ci il tarixdən halhazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə t əqaüdə çıxmaq hüququ verir.
34. Arayışa və əmək kitabçasına görə iddiaçı 03.02.1986-cı il tarixdən 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES Mərkəzi Təmir sexi”ndə 3, 4, 5, 6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexdə çilingər vəzifəsində işləmişdir.
35. İş yerindən verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahıya istinad edilmişdir. İddiaçının işləmiş olduğu peşə həmin Siyahıda mövcud olmuşdur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işləmiş olduğu qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsi Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda da mövcud olmuşdur. 37. 2 nömrəli Siyahıda “Elektrik stansiyaları, elektrik enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a-18455 kodu ilə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri...üzrə çilingərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçı da qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləmişdir.
38. Odur ki, iddiaçının işlədiyi qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsi 03.02.1986-cı il tarixdən 01.09.2001-ci il tarixədək və 01.09.2001-ci il tarixdən 01.01.2006cı il tarixədək olan dövrü əhatə etməklə 1 yanvar 2006-cı il tarixədək azı 12 il 6 ay təşkil etmişdir.
39. İddiaçının iş yerindən verilmiş arayışlarda onun işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir. 40. 25 yanvar 2019-cu il tarixdə iddiaçının 57 yaşı olarkən 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
41. Mübahisəyə baxılarkən haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq olunduğundan, həmin Qanunun 9.1-ci maddəsi tətbiq edilməklə yaşa görə pensiya hüququnun 60 yaşdan yaranması barədə şikayətin dəlilləri əsaslı olmamışdır.
42. Apelyasiya məhkə məsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
43. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1798/2021 saylı, 1 iyul 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.