Məhkəmə qərarları › İş №2-1(102)-1758/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1758/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1758/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüququn olmaması; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X4 və X2 cəlb edilməklə) “səlahiyyətli olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati dairəsi üzrə nümayəndəliyinin qəbul etdi yi 30 mart 1995-cü il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(105)-231/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının anası X5 məxsus 0,24 ha həyətyanı torpaq sahəsi Şamaxı RİH başçısının Kirovka kəndi (hazırda Nağaraxana kəndi) üzrə nümayəndəliyinin xx.xx.1995-ci il tarixli, 04 saylı əmrinə əsasən X3 adına keçirilmişdir.

2. Kirovka (hazırda Nağaraxana) X21 Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı protokol qərarı ilə 0,24 ha torpaq sahəsi X6 ayrılmış, həmin protokol Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx. xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş və X6 JN 210 nömrəli şəhadətnamə verilmişdir.

3. İddiaçının anası Sənubər Xəlilova xx.xx.2000-ci ildə, qardaşı Ağahəsən Xəlilov xx.xx.2021-ci ildə vəfat etmişdir.

4. İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin ləğv edilməsini xahiş etmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: X11) 12 may 2022-ci il tarixli, 2-1(118)955/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmri ilə ləğv edilmişdir.

6. X4 və X2 vəsatət verərək üçüncü şəxs kimi cəlb edilmələrini, Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-955/2022 nömrəli qərarının ləğv edilməsini, iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-995/2022 nömrəli qərardadı ilə X4 və X1 “onları zəruri cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı icraatın təzələnməsi haqqında” ərizəsi təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-955/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tari xli, 2-1(118)-2901/2023 nömrəli qərardadı ilə X4 və X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilmişlər.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız sayılmasını xahiş etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: X11) 14 noyabr 2023-cü il tarixli, 21(118)-2901/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın (hakimlər: X14, X10 və X7) 7 mart 2024-cü il tarixli, 2-1(105)-231/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbi bir neçə dəfə dəyişdirilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmiş son tələb səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi barədə olmuşdur. İş materialları ilə müəyyən olunur ki, X15 rayon filialı tərəfindən təqdim edilmiş Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) X21 komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokoluna əsasən həmin kən ddə olan subyektlərə torpaq sahələrinin paylanması qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin vəkilinə təqdim edilən **********669 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, JN-210 saylı 41011018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X8 adına işlənilmiş və şəhadətnaməyə əsas olmuş hüquqi akt Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) X21 komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokolu olmuşdur. İddiaçı tərəfindən 04 saylı 30 mart 1995-ci il tarixli əmrin mübahisələndirilməsinə səbəb mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı DT XK tərəfində n JN 210 kod 41011018 nömrəli şəhadətnamə verilməsi və həmin şəhadətnamə əsasında torpaq sahəsi üzərində mərhum qardaşı Ağahəsən Xəlilovun mülkiyyət hüququnun yaranması olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN 210 kod 41011018 nömrəli şəhadətnamənin verilməsi üçün əsas X21 Komissiyasının 20 aprel 1998-ci il tarixli 14 saylı protokolu olmuşdur. Yəni, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edi r ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

16. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual M əcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

17. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya inst ansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2024-cü il tarixli, 2-1(102)-37/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 21(102)-47/2024 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2094/2023 nömrəli; xx.xx.2023cü il tarixli, 2-1(102)- 86/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1796/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunverici liklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ə rzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də iddiaçı hazırkı işdə kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olması iş materialları ilə öz təsdiqini tapmamış, cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğunu təsdiq edə biləcək hər hansı sübut təqdim olunmamış, beləliklə, hazırkı iş üzrə iddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquq i bağlılığı sübuta yetirilmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Odur ki, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayı t Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(105)-231/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar