Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1758/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 13 mart tarixli, 2-1(103)-1581/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1780 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən 128,99 manat əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyi nat üzrə Mərkəzi Filialına ünvanlanmış 9-3/21002/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və pa rtiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “X2” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göst ərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. 1983-1991-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Masallı Rayon Məlumat Hesablama Mərkəzində 1-ci dərəcəli iqtisadçı və baş iqtisadçı, eləcə də 1984-1991-ci illərdə Nizami Rayon Məlumat Hesablama Mərkəzində rəis müavini vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilibedilməməsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci İİ oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli 114 nömrəli Qərarın a əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti 'Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. Adıçəkilən Qərar “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli 41 4 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərda tutulan struktura malik olan dövlət təsisatıdır. 1983-1991-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Masallı Rayon Məlumat Hesablama Mərkəz i və 1984-1991cü illərdə Nizami Rayon Məlumat Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumlarda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. 1991-1998-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Masallı Rayon Məlumat Hesablama Mərkəzində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 noyabr 1995-ci il tarixli 234/T nömrəli əmrinə əsasən, şəhər, rayon statistika idarələri və şöbələrinin saxlanması xərcləri respublika büdcəsində mərkəzi dövlət idarəetmə orqanlarının saxlanması üçün ayrılan vəsait hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 17 yanvar 1996-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri və şöbələri haqqında Əsasnamə”nin 1 -ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuş və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Həmin Əsasnamənin 7-ci hissəsində yerli statistika orqanlarının vəsaiti Dövlət Statistika Komitəsinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada nəzərdə tutulan respublika büdcə vəsaiti hesabına formalaşmışdır. Adıçəkilən Siyahının 2.12-ci bəndinə (1991-ci ilin oktyabrın 18-dən 2003-cü ilin avqust 31-dək olan dövr) əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələr “İnzibat i və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatındakı dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Qeyd edilənlərə əsasən 1991-1998-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Masallı Rayon Statistika İdarəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-6645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı 529,43 manat pensiya məbləği hesablanmışdır. Əvvəlki pensiya məbləği 846,85 manat olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi və ona əvvəlki məbləğdə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-6645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdi rilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanılması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-7743/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-12111/2023 nömrəli qərarları ilə İddiaçı əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. İddiaçı Məhkəməyə müraciət edərək cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması və dayandırılması haqqında qərarlarının ləğv olunması, eləcə də əmək pensiyasının tam şəkildə ödənilməsi öhdəliyinin Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3128/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yuxarıda göstərilən hər 3 qərarı ləğv edilərək iddiaçının pensiya ödənişlərinin bərpa edilməsi qərara alınmışdır. Qərardan şikayət verilmədiyi üçün Bakı İnzibati Məhkəməsinin qərarı artıq qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarı ilə iddiaçıya ödənilən 761,55 manat müəyyən edilmiş, sonradan indeksasiya nəticəsində həmin məbləğ artırılaraq 2024-cü il tarixdən etibarən 846,85 manat müəyyən edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının əmək pensiyasının məbl əğinin müəyyən edilməsi zamanı orta aylıq əmək haqqı düzgün hesablanmamışdır və nəticədə iddiaçının əmək pensiyasının məbləğini öz mülahizəsi əsasında 2024-cü ilin may ayından etibarən 529.43 manata salmışdır. Hesab edirik ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq cavabdehin yenidən öz qanunsuz mülahizələri əsasında iddiaçının əmək pensiyasının məbləğini 529.43 manata salması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də cavabdehin İddiaçı əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilməli və ona əvvəlki məbləğdə pensiyanın ödənilməsi öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nizami rayon şöbəsi tərəfindən dekabr 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “X2” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məbləği yalnız (Mərkəzi Filiala 20 fevral 2023-cü il tarixində daxil olmuş ərizəyə əsasən) son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, 9 dekabr 2016-cı il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə əlavə 28,26 manat olmaqla orta aylıq əmək haqqı 323,26 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “X2” Qanunun 20.11,2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (323,26 manat) 47 faizi-151,93 manat məbləğində hesablanıb. İddiaçının 6 il 10 ay 12 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 22,78 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə əlavə 31,14 manat olmaqla orta ayl ıq əmək haqqı 356,14 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (323,26 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (356,14 manat) arasındakı fərq məbləğinin (32,88 manat) 22,78 faizi-7,49 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (151,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 159,42 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavə 46,94 manat olmaqla orta aylıq əmək haqqı 536,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (356,14 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (536,94 manat) arasındakı fərq məbləğinin (180,80 manat) 22,78 faizi-41,19 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (159,42 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 200,61 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9004,52 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının məbləğlərinin 1 yanvar 2022-ci il tarixindən artırılması ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 240,00 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 4363,08 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 302,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 770,03 manat artıq pul vəsaiti ödənilib. Mərkəzi Filiala iddiaçının əmək pensiyasının pensiya sığorta kapitalına əsasən yenidən hesablanması ilə bağlı 20 fevral 2023-cü il tarixində müraciəti olmuşdur. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalı “X2” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (6226,76:72=86,48 manat) qanuni əmək pensiyasının (302,81 manat) üzərinə əlavə edilərək pensiya məbləği 389,29 (302,81+86,48) manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu sə bəbdən də həmin dövr üzrə iddiaçıya 491,92 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 14629,55 (9004,52+4363,08+770,03+491,92) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Tərəfimizdən aparılan araşdırma zamanı iddiaçıya 20 fevral 2020- ci il tarixindən sonrakı dövr üzrə ümumi əsaslarla hesablanan pensiya məbləğinin dövlət qulluqçusu kimi qanunvericiliyə uyğun hesablanmış pensiya məbləğindən yüksək olduğu müəyyən edilib. Bununla əlaqədar iddiaçının əmək pensiyasının kateqoriyası ümumi əsaslarla müəyyən edilərək əmək pensiyası 20 fevral 2020-ci il tarixindən 280,44 manat, 1 yanvar 2021-ci il tarixindən 312,41 manat, 1 yanvar 2022-ci il tarixindən 323,03 manat, 1 yanvar 2023-cü il tarixindən isə 389,63 manat məbləğində müəyyə n edilib. Həmçinin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq pensiya məbləği 476,11 (389,63+86,48) manat müəyyən edilib. Eyni zamanda, iddiaçının artıq ödəməsi də 14629,55 manat məbləğində deyil, 11205,30 manat təşkil edir. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022- ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə ay lıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilib. Aparılan yenidən hesablama nəticəsində pensiya məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla ümumi əsaslarla müəyyən edilib. Bununla əlaqədar iddiaçıya maddi yardım üzrə 2022-ci il ərzində ödənilmiş ümumilikdə 724,31 manat artıqödəmə kimi müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə gös tərilməklə 1 may 2024-cü il tarixli məktub göndərilməklə 14 may 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. İddiaçı mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmiş və hər hansı bir mülahizə təqdim etməmişdir. Daha sonra iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası yenidən hesablanaraq 529,43 manat müəyyən edilmişdir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Almazova ) 2024-cü il 09 dekabr tarixli, 21(112)-11565/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində "Əmək pensiyasının yenidən hesabla nması haqqında" 3-17-1/3-7-6645/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının səbəbi cavabdeh qurum tərəfindən yol verilmiş hər hansı hesab və ya riyazi səhvin düzəldilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati araşdırma materiallarından da aydın göründüyü kimi, iddiaçının müvafiq illərdə və qurumlarda iş müddətinin dövlət qulluğunda qulluq stajına cavabdeh qurumun səhvi nəticəsində daxil edilməsi, eləcə də iddiaçının çalışdığı qurumların müəyyən illərdə fəaliyyətini təsərrüfat hesabına həyata keçirməsindən cavabdeh qurumun məlumatsız olması, məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbindən baş verməmişdir və iddiaçıya münasib ətdə əlverişli inzibati akt qeyd edilən əsasla ləğv edilə və ya dəyişdirilə bilməz.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) 2025-ci il 13 mart tarixli, 21(103)-1581/2025 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il 09 dekabr tarixli, 2-1(112)-11565/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə qeyd etm işdir ki, “X2” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir:
1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur. İş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, əmək pensiyasında baş verən azalmalardan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, azalmanın səbəbləri, artıqödəmə və iddiaçının alacağı pensiya məbləği barədə ətraflı məlumat verilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Bütün bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir.
13. Cavabdeh qeyd olunan qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 1
4. Kassasiya şikayəti mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münas ibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəm ə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
22. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “...Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir:
1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur. İş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, əmək pensiyasında baş verən azalmalardan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, azalmanın səbəbləri, artıqödəmə və iddiaçının alacağı pensiya məbləği bar ədə ətraflı məlumat verilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Bütün bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir”.
23. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyinə münasibətdə Kollegiya bildirir ki, cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-7-6645/2024 saylı xx.xx.2024cü il tarixli qərar əmək pensiyasının tutulması barədə qərar deyil, əmək pensiyasının yenidən hesablanması barədə olmuş, iddiaçı da məhz sözügedən qərarı mübahisələndirmişdir. Belə olan halda “X2” Qanunun 39.1-ci maddəsinə istinad edərək cavabdehin qərarının qanunsuz olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.
24. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqı nda” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, y eni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
25. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının yenidən hesablanmasına əsas olmuş hal iddiaçının dövlət qulluğundakı stajı i lə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 9-3/2-1002/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda 1983-1991-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Masallı Rayon Məlumat Hesablama Mərkəzi və 1984-1991cü illərdə Nizami Rayon Məlumat Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumlarda iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilmədiyi qeyd olunmuşdur.
26. Beləliklə, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi mübahisəli dövrlərin dövlət qulluğunda qulluq stajına daxil edilibedilməməli olması barədə ətraflı araşdırma aparılmalıdır.
27. Qeyd olunanlara əsasən iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət qismən təmin edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 13 mart tarixli, 21(103)-1581/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.