Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1759/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinə qarşı 25.12.2012-ci ildən 25.12.2015-ci ilədək müharibə veteranları üç ün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.10.2018-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 25.12.2015-ci il tarixli 031518 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və 25.12.2015-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinə t ödənilməyə başlamışdır. Bundan sonra iddiaçı 25.12.2012-ci ildən 25.12.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinə müraciət etmiş, lakin cavabdeh 09.01.2018-ci il tarixli 70/01 nömrəli məktubla bildirmişdir ki, müavinət almaq hüququ müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən yarandığına görə müavinət 25.12.2015-ci ildən təyin edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinə qarşı məhkəməyə müraciət edərək 25.12.2012-ci ildən 25.12.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tərəflərin dəlilləri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o veteran statusunu 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə iştirak etdiyinə görə almışdır. Habelə qanunvericilikdə müraciət edilmə tarixindən asılı olmayaraq hüququnun yarandığı vaxtdan əvvəlki 3 illik sosial müavinətin ödənilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, müavinət vətəndaşlara təqdim edilmiş vəsiqə əsasında təyin edildiyinə iddiaçıya daha əvvəlki tarixədn yəni 2012-ci ildən müavinət təyin edilməsi mümkün deyildir. M əhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 04 aprel 2018-ci il tarixli 21(84)-373/2018 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Ucar rayon şöbəsinin üzərinə İddiaçı 25.12.2012-ci ildən 25.12.2015-ci ilə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh DSMF-in Ucar rayon şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2-1(84)-373/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edil məmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2- 1(84)-373/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu və “Müharibəveteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının 11.07.2005- ci il tarixli, 257 nömrəli fərmanı ilə tənzimlənir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1ci maddəsinə əsasən, ən çoxu müraciət etməzdən əvvəlki, üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçı 25 dekabr 2012-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi almışdır. Lakin məhkəmə iddiaçıya hüququ yaranmadığı halda ona əvvəlki dövrlər üçün müavinət hesablamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təqdim edildikdə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər həyata keçirilir. Azərbaycan R espublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət etməzdən əvvəlki, üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından aslı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun şərhinə görə müavinət şəxsin müraciət etdiyi dövrd ə verilməlidir. Belə ki, Qanunun 9.1 maddəsinin müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki üç il üçün müavinət almaq hüququ iki müddətlə, bu qanun qəbul edildiyi günlə və hüququ yarandığı günlə məhdudlaşdırılır. Hüququn yarandığı gün Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, o zaman müavinət hüququ qanun qəbul edildiyi vaxtdan, yox əgər qanun qəbul edildikdən sonra yaranmışsa o zaman hüququ yarandığı andan müəyyən edilir. İddiaçının hüququ iş materiallarından göründüyü kimi, 25.12.2012-ci tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilməklə yaranmışdır. Beləliklə, onun müavinət almaq hüququ da o zamandan yaranmışdır. Buna görə də ona əvvəlki dövrlər üçün müavinət təyin edilməsi üçün heç bir əsas mövcud deyildir. Kassator Azərbaycan Respublikası İPM-nin 90.1, 96.5-ci mad dələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini m əhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 25.12.2015-ci il tarixli 031518 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və 25.12.2015-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra o, 25.12.2012-ci ildən 25.12.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi ilə bağlı DSMF-in Ucar rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu 09.01.2018-ci il tarixli 70/01 nömrəli məktubla bildirmişdir ki, müavinət almaq hüququ müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən yarandığına görə müavinət 25.12.2015-ci ildən təyin edilmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya 25.12.2015-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələn dirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələb lərinə uyğun olaraq verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir, və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırkı iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 25.12.2015-ci il tarixli 031518 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş, başqa sözlə iddiaçının onun veteran vəsiqəsinın almaq hüququ da həmin dövrdən yaranmışdır. Belə olan halda, qanunvericiliyə müvafiq olaraq, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rı düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-238/2018 saylı 30 may 2018-ci il
Məhkəmə qərarları › İş №2-1(102)-1759/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1759/2018
17.10.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver