Məhkəmə qərarları › İş №2-1(102)-1759/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1759/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1759/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə pensiya hüququ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-279/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxx 1969-cu ildə doğulmuşdur. İddiaçının valideynlə ri X1 və X3r. Səbail rayon Qeydiyyat Şöbəsinin 6 dekabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X6 6 dekabr 2013-cü il tarixdə vəfat etmişdir. Vəfat etmiş ailə başçısı X6 yaşa görə əmək pensiyaçısı olmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının 7 iyul 1987-ci il tarixli arayışına əsasən, iddiaçı uşaqlıqdan İİ qrup əlil olmuşdur. 21.09.1988-ci il, 22.11.1989-cu il, 15.11.1990-cı il, 05.12.1991-ci il, 16.04.1996-cı il, 17.09.1998-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinə aktlarında iddiaçının uşaqlıqdan müddətsiz əlil olduğu qeyd olunmuşdur. İddiaçı ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 13 aprel 2018-ci il tarixli məktubda imtinasını onunla əsaslandırmışdır ki, sosial müavinət işindəki s ənədlərə baxış keçirilərkən iddiaçının X25 Komissiyası tərəfindən verilmiş 2-ci qrup uşaqlıqdan əlilliyə görə tibbi arayışının 18 yaşı tamam olduqdan sonra verildiyi müəyyən olunduğuna görə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı cavabdehə qarşı 24 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona uşaqlıqdan əlil olduğu nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Mülki Məcəllənin 7.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 14, 21.2.6, 37.7-ci maddələrinə istinad edi lərək əsaslandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-2906/2018 saylı iş) 7 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya uşaqlıqdan əlil olduğu nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik olaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Mülki Məcəllənin 7.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 14, 37.7-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdehin imtinası qanuni olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X8 və X12,2-1(103)-2284/2018 saylı iş) 27 avqust 2018-ci il tarixli qərardadı ilə apellyasi ya şikayəti qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-sədrlik edən və məruzəçi, X9, X2 ibarət tərkibdə) 2-1(102)-2279/18 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2284/18 saylı, 27 avqust 2018-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X10-məruzəçi, X15 və X13,2-1(103)-279/2019 saylı iş) 30 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 iyun 2018-ci il tarixli qərarını dəyişdir mədən saxlamışdır. Cavabdeh 21 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 19 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İnzibati orqanın vətəndaşın pensiya təyin edilməsi ilə bağlı müraciətindən imtina olunmasının əsas səbəbi mövcud əmək pensiyaları haqqında qanunvericiliyə əsaslanmışdır və tam qanunidir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən 18 yaşından yuxarı övladlara o zaman ailə başçısını itirməyə görə pensiya təyin olunur ki, onların 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunsun və həmin şəxslər hazırda əlilliyi olan şəxs olsunlar. İddiaçı hazırda 2-ci qrup əlildir, lakin ona əlillik 18 yaşından sonra təyin edilmiş və buna gö rə də o, bu maddənin tətbiq dairəsinə düşmür. Məhkəmə şəxsə əlilliyin 18 yaşdan sonra təyin edilməsini yalnız formallıq hesab etmiş, bunu müraciətlə əlaqələndirmiş, onun əlilliyinə səbəb verən halların uşaqlıqdan yarandığını bildirmişdir. Məhkəmənin qanunvericiliyi bir kənara qoyaraq öz mülahizəsi əsasında belə bir qərar qəbul etməsi əsassızdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da ba xılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. İddiaçı ailə başçısını itirməyə görə ona əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun 17-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günə dək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçı uşaqlıqdan sağlamlığı məhdud olan şəxs olduğunu bildirib ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 2-ci qrup uşaqlıqdan əlilliyə görə tibbi arayışı 18 yaşı tamam olduqdan sonra verildiyindən, o, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sırasına daxil deyildir. İddiaçı 1969-cu ildə doğulmuş, anası N.Hənifəyeva 1991-ci ildən əmək pensiyaçısı olmuş, 2013-cü ildə vəfat etmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş iddiaçının sosial müavinət almasına dair işdə olan sənədlərdə iddiaçının uşaqlıqdan əlil olması qeyd edilmişdir. Əvvəllər qüvvədə olmuş “Əlil liyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilirdi ki, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Həmin Qanunun 2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq-orqanizminin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bunda sonra sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həm əvvəllər qüvvədə olmuş, həm də hazırda qüvvədə olan normalara görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İddiaçıya aid 18 yaşınadək olan sənədlərdə “əlil” sözünün yazılması vacib deyil və bu qanunvericilikdə də nəzərdə tutulmamışdır. İddiaçıya aid sənədlərdə onun sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq yazılması, onun uşaqlıqdan əlil olması üçün kifayət edir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlə rinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Qanunverici vəfat etmiş şəxslərin o övladlarının ailə başçısını itirməyə görə pensiya almaq hüququnu müəyyən etmişdir ki, onlar ya 18 yaşına çatmamış olmalıdırlar, ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmalıdırlar, yaxud da təhsil müəssisələrinin əyani şöbəsində təhsil almaqla, 23 yaşına çatmam alıdırlar. Hazırkı, işdə iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmasına (Qanunun 14.1.1.2-ci maddəsi) istinad edərək ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş edir. Cavabdeh iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmamasına dair məhkəmələrə mötəbər sübut təqdim etməmişdir. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, anası vəfat edərkən əmək pensiyaçısı olduğundan onun vəfat etmiş ailə başçısının öhdəsində olan şəxs kimi pensiya almaq hüququ olmuşdur. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-279/19 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar