Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1759/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə q arşı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-852/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur, xx.xx.1980-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır, hal-hazıradək əmək fəaliyyətini davam etdirir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosia l İnnovasiyalar üzrə X1 regional “Asanxidmət” mərkəzinə müraciət etmiş, ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Qeyd edilən inzibati orqandan ona ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pen siya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Eyni zamanda işlədiyi “Socar”ın Mefanol zavodunun xx.xx.2019-cu il tarixli, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 288 nömrəli, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 5/59 nömrəli və “Socar”ın Metanol zavodunun xx.xx.2019-cu il tarixli arayışlarını da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmiş, lakin ona naməlum səbəbdən güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Yuxarıda qeyd edilən bütün sənədlərin təsdiq edilmiş surətlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmiş, lakin həmin orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-4142/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Kamil Valid oğluOsmanova hüququnun yarandığı tarixdən (xx.xx.2018-ci ildən) ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə mümkün sayılmaması barədə qərardadınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-852/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin2-1(81)-4142/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, qərarın nə ticə hissəsində “xx.xx.2018-ci ildən” sözləri “xx xxx 2019-cu il tarixdən” sözləri ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya təyini üçün zəruri olan sənədlərin əsllərini tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmış və məhkəmə də iddianı təmin etmişdir. Halbuki məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalı idi. Qanunvericiliyə əsasən cavabdeh İdarənin iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh İdarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Apelyasiya məhkəm əsi “İnzibati icraat haqqında” Qanunun 15.2 və 19.1-ci maddələrinə istinad edərək hesab edib ki, cavabdeh inzibati orqan formal tələblərdən sui-istifadə edib. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinin tətbiqindən yalnız o halda söhbət gedə bilərdi ki, cavabdeh İdarə heç bir qanuni əsas olmadan iddiaçıdan əlavə sənəd tələb etmiş olsun. Lakin kifayət qədər açıqdır ki, İdarə “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsaslanmaqla zəruri sənədlərin əsillərini tələb edir, yəni davranışı tam qanunidir. Göründüyü kimi, maddədə təqdim edilmiş sənədlərin mötəbərliyi ilə bağlı şübhələrin aradan qaldırılmasından söhbət gedir. Məsələ ondadır ki, iddiaçı ümumiyyətlə, lazımi sənədləri tam şəkildə və əsllərini təqdim etməyib. Yalnız bundan sonra həmin sənədlərin mötəb ərliyi ilə bağlı hal ortaya çıxsaydı, “İnzibati icraat haqqında” Qanunun 19cu maddəsinin tətbiqi müzakirə predmetini təşkil edə bilərdi. Hazırkı işdə isə belə bir hal ortaya çıxmayıb. Beləliklə, işə baxan apelyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq iddianın mümkünlük şərtlərini yoxlamadan iş üzrə qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-852/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçı pensiya təyini üçün zəruri olan sənədlərin əsllərini tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmış və məhkəmə də iddianı təmin etmişdir. Halbuki məhkəmə ilk növbədə iddianın mümkünlü k şərtlərini yoxlamalı idi. Qanunvericiliyə əsasən cavabdeh İdarənin iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh İdarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Apelyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 15.2 və 19.1-ci maddələrinə istinad edərək hesab edib ki, cavabdeh inzibati orqan formal tələblərdən sui-istifadə edib. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinin tətbiqindən yalnız o halda söhbət gedə bilərdi ki, cavabdeh İdarə heç bir qanuni əsas olmadan iddiaçıdan əlavə sənəd tələb etmiş olsun. Lakin kifayət qədər açıqdır ki, İdarə “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsaslanmaqla zəruri sənədlə rin əsillərini tələb edir, yəni davranışı tam qanunidir. Göründüyü kimi, maddədə təqdim edilmiş sənədlərin mötəbərliyi ilə bağlı şübhələrin aradan qaldırılmasından söhbət gedir. Məsələ ondadır ki, iddiaçı ümumiyyətlə, lazımi sənədləri tam şəkildə və əsllərini təqdim etməyib. Yalnız bundan sonra həmin sənədlərin mötəbərliyi ilə bağlı hal ortaya çıxsaydı, “İnzibati icraat haqqında” Qanunun 19cu maddəsinin tətbiqi müzakirə predmetini təşkil edə bilərdi. Hazırkı işdə isə belə bir hal ortaya çıxmayıb. Beləliklə, işə baxan apelyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq iddianın mümkünlük şərtlərini yoxlamadan iş üzrə qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsa ssızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh cavab məktubu ilə iddiaçının müraciətini əsassız olaraq təmin etməkdən imtina etmişdir. İddiaçı ona hüququnun yarandığı gündən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçası, “xxxx” QSC Yük daşımaları departamenti X3 xx.xx.2019-cu il tarixli 05/59 nömrəli arayışı, “xxxx” QSC X2 xx.xx.2019-cu il tarixli ***-**-** nömrəli arayışı və HZ ******* nömrəli hərbi biletindən görünür ki, idd iaçı xx.xx.2006-cı il tarixə, 2 il 10 ay texniki peşə məktəbində təhsil aldığı və 2 il hərbi xidmət müddətləri də daxil olmaqla, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il Qərarında göstərilir ki, digər sosial hüquqlarla yanaşı, Konstitusiyanın 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş dig ər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun «Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər» adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1-ci Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2-ci Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-i bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7.9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvv ədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqav iləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeral tı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, və zifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Həmin qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yanması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1). 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2). ümumi iş stajı minimum 25 il olmalı; 3). xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının çalışdığı elektrovoz maşinistinin köməkçisi, teplovoz maşinistinin köməkçisi və teplovoz maşinisti peşələri (23001000-14241) 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid edilmişdir. Cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-852/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1759/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1759/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver