Məhkəmə qərarları › İş №2-1(102)-1759/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1759/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1759/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( əlilliyin bərpa edilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili İntiqam Hacıyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə) qarşı ona 19.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1136/2021 nömrəli iş üzrə 06.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06.05.2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və üç üncü şəxs “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinə qarşı ona 19.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. 19.05.2017-ci il tarixd ə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, 19.05.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində “Şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatışmamazlığı, QDÇ İİ d. ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. Diabetik polineyropatiya. Aşağı ətrafların sağalmayan trofik yaraları” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonra dan ona məlum olmuşdur ki, DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan X4” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən qiymətləndirməyə əsas verən 44005003AAB6G göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin “Əlillik” alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan əlilliyin etibarsız hesab edilməsi üçün “Azərbaycan X4” QSC tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl lə ğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Göründüyü kimi Xidmət tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqlarını məhdudlaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-3044/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 19.05.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi hə min nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 istinad etməklə belə hesab etmişdir ki, həmin dövr qüvvədə olan yuxarıda qeyd edilən Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edil məsi əsası ilə əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-3044/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 06.05.2021-ci il tarixli, 2-1(103)-1136/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)3044/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qə rarın qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə istinadən belə hesab etmişdir ki, iddiaçının əlillik məlumatlarının əlillik altsistemində etibarsız hesab edilməsi əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə faktiki olaraq qanunsuzluq etmiş inzibati orqanın hərəkətlərinə hüquqi don geyindirərək onu haqlı hesab etmişdir. Halbuki iş materiallarına nəzər yetirdikdə iddiaçıya təyin edilmiş əlilliyin etibarsız, hesab edilməsi üçün hər hansı bir halın mövcud olmadığı müəyyən edilir. Bütün yuxarıda sadalanan hallara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarına və qanunvericiliyin müddəalarına düzgün hüquqi qiymət verməmiş və nəticə etibarı ilə qanunla qorunan hüquq və maraqlarının pozulması barədə qərar qəbul etmişdir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(103)-1136/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.05.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cava bdehin vəkili İ.Haciyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.05.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında təmsil edilmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikay əti qalan hissədə təmin edilməməlidir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəy yən edilib-edilməməsini də yoxlamalıdır.

19. İddiaçı kasasiya şikayətində dəlil olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə faktiki olaraq qanunsuzluq etmiş inzibati orqanın hərəkətlərinə hüquqi don geyindirərək onu haqlı hesab etmişdir. Halbuki iş materiallarına nəzər yetirdikdə iddiaçıya təyin edilmiş əlilliyin etibarsız, hesab edilməsi üçün hər hansı bir halın mövcud olmadığı müəyyən edilir. Bütün yuxarıda sadalanan hallara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarına və qanunvericiliyin müddəalarına düzgün hüquqi qiymət verməmiş və nəticə etibarı ilə qanunla qorunan hüquq və maraqlarının pozulması barədə qərar qəbul etmişdir.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasas iya şikayətindəki qeyd etdiyi həmin dəlilləri əsaslıdır.

21. İşdə olan iddiaçıya “X5” ASC Əhmədli tibbi sanitar hissəsi tərəfindən rəsmiləşdirilmiş 4405003AABPX saylı forma 088 saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik “Azərbaycan X4” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyindən, Əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

22. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 23.09.2019-cu il tarixli imtina məktubunda qeyd e dilmişdir ki, əlillik vəziyyəti “X4” QSC Sosial İnkişaf İdarəsi MDX X6 hissəsinin 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4405003AAB6G saylı göndəriş “X4” QSC-i Sosial inkişaf idarəsi tərəfindən əsassız hesab edildiyinə görə əlillik məlumatları Əlillik altsistemində etibarsız edilmişdir. O, yaşayış yeri üzrə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir.

23. İşdə olan “X5” ASC-nin Əhmədli tibbi sanitar hissəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 4405003AABPX saylı forma 088 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı insulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə Şəkərli diabet tip ikinci orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə əsas diaqnozu ilə, ümumi xəstəlik əsası ilə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 13.05.2017-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir.

24. İşdə olan “Azərbaycan X4” QSC-i tərəfindən göndərilmiş 24.02.2020-ci il tarixli MC 02/02-118 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında ASCO tərəfindən verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən, nöqsanlar aşkar edilmiş göndərişlərin etibarsız hesab edilməsi uyğun görülmüşdür.

25. İşdə olan cavabdeh tərəfindən 3-cü şəxsə ünvanlanan məktubda qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası “X4” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan tibb müəsisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 25 nəfərə (əlavə olunur) əlillik təyinatları aparılmışdır. Göstərilənləri nəzərə alaraq, əlavə edilmiş siyahıda adları qeyd olunmuş şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə Əmək və Əhalinin sos ial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda 7-ci sırada İddiaçı adı qeyd edilmişdir.

26. İşdə olan Azərbaycan “X4” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 29.01.2019-cu il tarixli MC 02/02-45 saylı məktubda qeyd edilmişdir ki, təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfimizdən uyğun hesab olunur.

27. İşdə olan yuxarıda göstərilmiş sənədlərin mətnini yazmaqla onlara istinad edən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının əlillik məlumatlarının əlillik altsistemində etibarsı z hesab edilməsi əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərini pozaraq, işin hallarının araşdırmasına formal və səthi yanaşmış, onları tam və hərtərəfli təhqiq etməmişdir.

29. Halbuki İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar m əhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

33. Məlum olduğu kimi, iddiaçıya X5 ASC Əhmədli tibbi sanita r hissəsi tərəfindən rəsmiləşdirilmiş 4405003AABPX saylı forma 088 saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik “Azərbaycan X4” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən verilmiş sözügedən göndəriş əsassız hesab edildiyindən, əlillik altsistemində etibarsız hesab edilmişdir.

34. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxs tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 29.01.2019-cu il tarixli, MC02/02-45 saylı məktubda yazılmışdır ki, “təqdim etdiyiniz sıyahılarda adları göstərilən şəxslərə dair (iddiaçı da həmin siyahıdadır-qeyd Ali Məhkəmə) rəsmiləşdirilmişdir göndərişlərin əsaslığına şübhələr olduğu üçün sözügedən məktublarınıza ə sasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfinizdən uyğun hesab olunmur”.

35. Beləliklə iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz üçüncü şəxsin sözügedən məktubu olmuşdur.

36. Halbuki həmin məktubda hər hansı bir maddi hüquq normasına istinad edilmədən sadəcə olaraq göstərilir ki, əlillik təyinatlarının ləğv edilməsinin uyğun hesab olunmasının yeganə səbəbi, “rəsmiləşdirilmiş göndərişlərin əsaslığına şübhələr olduğu üçün”dür.

37. Beləliklə üçüncü şəxsdə bu məsələ ilə bağlı konkret və mötəbər faktlar yoxdur, ancaq göndərişlərin əsaslılığına şübhələr var ki, həmin şübhələrin nədən ibarət olması və nə üçün yaranması isə ümumiyyətlə göstərilməmişdir.

38. Lakin apelyasiya instansiyası məhkəməsi işin həm in əhəmiyyətli halını nəzərə almamış və onun araşdırmamışdır.

39. Digər tərəfdən və bu xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur.

40. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsinin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

41. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial eksper t komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür.

42. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

43. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir.

44. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlil liyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

45. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imti naya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

46. Həmin Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.

47. Həmin Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin ö zü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.

48. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.

49. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

50. Həmin Qa ydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

51. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

52. Lakin apelyasiya məhkəməsi cavabdehin və üçüncü şəxsin, iddiaçının hazırkı tələbi üzrə yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış, iddiaçıya 19.05.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamış, nəticə etibarı ilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul etmişdir.

53. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə gö ndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli, 21(103)-1136/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar