Məhkəmə qərarları › İş №2-1(102)-1759/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1759/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1759/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın hərarca çıxarılması barədə sərəncamın və hərracın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs: X6) qarşı “qeyri-yaşayış sahəsinin hərraaca çıxarılması barədə sərəncam ın, keçirilən hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-553/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X4 “Bibiheybət” NeftQazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncamına əsasən Sovet Ordusu küçəsi, 4 nömrəli evin 2 nömrəli mənzilinin altında yerləşən sahəsi 67,75 kv.m olan yarımzirzəmi yardımçı təsərrüfat məqsədi üçün iddiaçının istifadəsinə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adın a Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4, 2 saylı mənzillə bağlı tərtib edilmiş xx.xx.1995-ci il tarixli texniki pasporta əsasən 67.75 kv.metr qeyri-yaşayış sahəsi “anbar” sahəsi kimi (47.75 kv.metr + 20,0 kv.metr olmaqla) göstərilmişdir.

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4, 2 saylı mənzil iddiaçının adına xx.xx.1995-ci il tarixdə 30/59661 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 4. 1 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.1995-ci il tarixli aktına əsasən zirzəmi və zirzəminin açarı iddiaçıya təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 125 nömrəli sərəncamının 2-ci bəndinə əsasən, bu sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində göstərilən müəssisələrin (o byektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikasının şəhər və rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilməsi qərara alınmışdır. İddiaçının mübahisə açdığı qeyri-yaşayış sahəsi həmin siyahıda qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2018-ci tarixli, 14/01 nömrəli hərrac protokolu ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 saylı, 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi - 99,1 kv.metr qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən 18750 manata üçüncü şəxs Səlimov Çingiz İlyaz oğluna satı lmışdır.

7. Cavabdeh ilə X6 arasında müqavilənin predmeti ünvan 1 ünvanında yerləşən 99,1 kv.m qeyri-yaşayış sahəsi olmaqla xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanındakı 99.1 kv.m ölçüdə qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Səlimov Çingiz İlyaz oğlunun adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilən hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətçisi olduğu mənzilin altında yerləşən zirzəmidən iddiaçı uzun illərdir ki istifadə etməkdədir və zirzəmi onun faktiki sahibliyində və istifadəsindədir, həmçinin iddiaçı zirzəmidə istifadə olunan komunalların əvəzini də ödəmişdir. İddiaçı bildirir ki, uzun illərdir onun sahiblik və istifadəsində olan zirzəminin hərrac nəticələri qanunvericiliyin tələbləri pozulduğundan etibarsız hesab edilməlidir. Belə ki, iddiaçı qeyd edir ki, hərrac keçirilərkən bu barədə ilk olaraq iddiaçıy a məlumatın verilməli və obyekti uzun illər istifadə edənə üstünlüyün tanınmalı olduğu halda iddiaçıya bu barədə məlumat verilməmiş və hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12147/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iddiada qeyd edildiyi kimi ünvan 2 ünvanında yerləşən mənzilə dair hər hansı hərrac keçirilməmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının istinad etdiyi ARDNŞ-nin Quruda Neft və X3 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin xx.xx.1994-cü il ta rixli, 338 nömrəli sərəncamı həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri pozulmaqla verildiyinə görə qanunsuz olmuş və məhkəmə tərəfindən həmin sərəncam mötəbər sübut kimi qəbul edilə bilməz. 338 nömrəli sərəncam qanunvericiliyin normaları pozulduğundan mötəbər sübut kimi hesab edilə bilməz. Cavabdeh bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında heç bir icarə müqaviləsi bağlanmadığından və həmin əmlak üzərində iddiaçının hər hansı hüququ rəsmi reyestrdə qeydə alınmadığından mübahisəli əmlak özəlləşdirilərkən iddiaçının həmin əmlakla bağlı üstünlük hüququ olmamışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisə predmeti olan obyektin hərraca çıxarılması barədə qərar qəbul edildikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi inte rnet saytında və www.privatization.az özəlləşdirmə portalında bu barədə elan verildiyindən və cavabdehin hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımadığından hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmişdir.

13. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında Əmlak Məsələləri Dövlət Komitəsinin 26 may 2017-ci il tarixli, 125 nömrəli sərəncamının və hərrac nəticələrinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğu əsasında göndərilən məktuba əlavə edilmiş sənədlərə əsasən m əhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olması ilə bağlı Daşınmaz əmlakın registrində hər hansı məlumat aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş “Hərraca çıxarılan istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin siyahısı”na əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən qeyri- yaşayış sahəsi (beş mərtəbəli binanın zirzəmisinin bir hissəsi) Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla ümumi faydalı sahəsi 99.1 kv.metrdir.

15. Məhkəmənin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə ünvanladığı sorğuya verilən cavab əsasında məhkəmə müəyyən etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26/6 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, ünvan 5 ünvanda yerləşən yaşayış binası ünvan 6inatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansında olan, ünvan 7 ünvanda yerləşən bina Səbail rayon MKTB-yə təhvil verilərkən sözügedən yarımzirzəminin iddiaçının istifadəsində olması barədə məlumat aşkar olunmamışdır. Qeyd edilən səbəbdən ünvan 9 ünvanında yerləşən bina balansa qəbul edildikdən sonra həmin binanın 2 nömrəli mənzilin altında yerləşən sahəsi 67,75 kv.metr olan zirzəmi hissəsinin iddiaçı istifadəsinə verilməsi ilə bağlı icarə m üqaviləsi mövcud olmamış, hər il Əmlak Məsələləri Dövlət Xidmətinə əmlakın hərəkətinə dair balans surəti təqdim edilərkən həmin zirzəmi hissəsinin iddiaçının istifadəsində olması bağlı məlumatlar göndərilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-3647/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir.

17. Məhkəmə bildirmişdir ki, iddiaçıya sözügedən zirzəmi hissə təsərrüfat məqsədi ilə həmin vaxt balansaxlayıcı olmuş idarə fondu tərəfindən verilsə də, sonradan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişmiş, dövlət fonduna aid edilməklə artıq balansaxlayıcı qismində Səbail rayon MKTB çıxış etmişdir. Bu halda sözügedən qeyriyaşayış sahəsi dövlət mənzil fondunun qeyri-yaşayış sahəsi statusunda olduğundan qanunvericiliyin tələblərinə uyğun ol araq balansaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında dövlət əmlakının registrinə daxil edilmişdir. Dövlətin balansına keçmiş yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinə dair dövlət əmlakının idarəedicisi ilə icarə müqaviləsinin bağlanması tələb olunduğu halda iddiaçı belə bir icarə müqaviləsi bağlamamışdır. Eyni zamanda MKTB tərəfindən hər il Əmlak Məsələləri Dövlət Xidmətinə əmlakın hərəkətinə dair balans surəti təqdim edilərkən 67,75 kv.metr olan zirzəmi hissəsinin iddiaçının istifadəsində olması ilə bağlı məlumatlar göndərilməmiş, qeyri-yaşayış sahəsinin istifadədə olması ilə bağlı registrdə qeydlər aparılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin sahəyə texniki pasportunun olması texniki pasportun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üç ün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən müvafiq texniki sənəd olması, onun bilavasitə əmlaka əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində çıxış etməməsi səbəbi ilə iddiaçının həmin sahəyə üstünlük hüququnun yaranmasına əsas vermir. Məhkəmə hesab etmişdir ki, sözügedən əmlaka dair keçiriləcək hərrac barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qabaqcadan kütləvi informasiya vasitələrində məlumat dərc olunmuşdur və hazırkı iş üzrə cavabdeh tərəfindən hərracın keçirilməsi qaydalarının pozulma halları müəyyən olunmamışdır.

18. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelly asiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-553/2023 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi /sədrlik edən və məruzəçi/, K.Əkbərov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-3647/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşmışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ a. Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayətində təkrarlamışdır. iddia ərizəsində qeyd etdiyi halları b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Qanun: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmü ş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayə t məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 25. təlvöD“ əmlakının özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıl arın mülkiyyətinə verilməsidir. Maddə 1.0.2. Dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır. Maddə 1.0.3. Özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 26. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 1.6. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzilkommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. 3.9.6. Dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçir ir. 7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. 27. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”

1. Bu Qaydalar təlvöD“ əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dö vlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.

2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri. 4.2. Qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikası nın Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur: b) fiziki şəxslər üçün: şəxsiyyəti təsdiq edən sənəd; qeyri-yaşayış sahəsinin texniki pasportu. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təlvöD“ əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir.

6. Qeyri-yaşayış sahələrinin alıcısı qismində təlvöD“ əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər.

7. Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

28. İnzibati Prosessual Məcəllə. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında ver ilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmamışdır.

32. İddiaçı dədiqləşdirilmiş iddia ərizəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında Əmlak Məsələləri Dövlət Komitəsinin 26 may 2017-ci il tarixli, 125 nömrəli sərəncamının və hərrac nəticələrini n etibarsız hesab edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 125 nömrəli sərəncamının 2-ci bəndinə əsasən, bu sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikasının şəhər və rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilməsi qərara alınmışdır. Sərəncamın 4-cü bəndinə əsasən bu sərəncama 2 və 3 nömrəli əlavələrdə göstərilən obyektlər 100 faiz dəyəri ilə hərraca çıxarılmışdır. Sərəncama 2 nömrəli əlavə ilə hərraca çıxarılan istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin siyahısında -

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan ümumi faydalı sahəsi 99.1 kv.m olan qeyri-yaşayış sahəsi göstərilmişdir.

34. İddiaçı 99.1, kv.m qeyri-yaşayış sahəsinin onun istifadəsində olmasını bildirib sərəncamın etibarsız hesab edilməsini xahiş etmişdir.

35. Bundan başqa, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2018-ci tarixli, 14/01 nömrəli hərrac protokolunun surətindən görünür ki, ünvan 7, 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi - 99,1 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18750 manata X1.

36. İş materiallarında olan “Satıcı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Alıcı” X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3952 nömrəli müəssisənin (obyektin) alqı-satqı müaviləsinin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 14/01 №-li protokola əsasən satın aldığı 99,1 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. 1.2-ci maddəsinə əsasən “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 1 ünvanında yerləşən 99,1 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 18750.00 – on səkkiz min yeddi yüz əlli manata satın alır. 1.3-cü maddəsinə əsasən hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır.

37. İddiaçı eyni əsasla hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. 38. “İnzibati icraat haqqında” Qanunun normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, həmin normaların mahiyyəti baxımından inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Bu baxımdan inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, l əğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

39. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində etibarsız inzibati aktların dairəsi müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rə smi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 40. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs İPM-in 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər.

41. Mə hkəmə kollegiyası xüsusilə qeyd edir ki, etibarsız inzibati aktların ləğv edilməsinə dair “mübahisələndirmə haqqında” iddia qaldırılması istisna olunur. Belə ki, yuxarıda istinad olunan normalara görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Əslində həmin inzibati aktlara hüquqi təsir baxımından sanki mövcud olmamış və ya olmayan inzibati akt kimi baxılmalıdır. Nəzərə almaq lazımdır ki, belə hallarda iddia predmeti mövcud olmadığı üçün mübahisələndirmə haqqında iddianın məqsədləri baxımından iddiaçının həmin etibarsız, yəni mövcud olmayan, yararsız inzibati aktdan məhkəmə qaydasında müdafiəsinə ehtiyac da mövcud olmur.

42. Hazırkı mübahisəyə münasibətdə iddiaçı cavabdehin sərəncamının etibarsız hesab edilməsini xahiş ed ir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri iş üzrə mövcud olmamışdır.

43. İddiaçı dəqiqləşdirilmiş ərizəsində, habelə apelyasiya və kasasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit olunan halların hər hansı birinə istinad etməmişdir.

44. Odur ki, iddianın təmin olunmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

45. İddiaçının mübahisə açdığı hərracın nəticələri cavabdehin 26 may 2017-ci il tarixli, 125 nömrəli sərəncamının icrası əsasında qəbul edildiyindən və sərəncam qüvvədə olmaqla etibarsız sayılmadığından, onun nəticələrinin etibarsız sayılması barədə iddia da əsaslı sayıla bilməz.

46. İPM-in 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qər arının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan iddiaçının kasasiya şikayəti təmin edilə bilməz.

48. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023- cü il tarixli 21(103)-553/2023 nömrəli qərarı dəyişdirimədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar