Məhkəmə qərarları › İş №2-1(102)-1759/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1759/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1759/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaraj sahəsinə texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraj sahəsinə texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2024 nömrəli, 16 fevral 2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ:

1. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 617 saylı sərəncamından və həmin sərəncama əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, həmin sərəncama əsasən 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı əlavə edilmiş cizgi əsasında 6,0x3,0 m ölçüdə qaraj yeri ayrılmışdır.

2. Binəqədi rayon MKTB 1 saylı Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 679 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan və qarajla bağlı fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 19, mənzil 73-də yaşayan İddiaçı 8-ci mkr, 19 saylı binanın qarşısınd a yerləşən daşdan tikilmiş fərdi avtomobil qarajı 1994-cü ildən istifadəsindədir.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək olmur. Bu səbəbədən, texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır.

4. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 617 saylı sərəncamından və həmin sərəncama əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı əlavə edilmiş cizgi əsasında 6,0x3,0 m ölçüdə q araj yeri ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Binəqədi Rayon İHB-na ünvanladığı xx.xx.1994-cü il tarixli məktubundan görünür ki, 8-ci mikrorayon, 19 nömrəli binada, 73-cü mənzildə yaşayan vətəndaş İddiaçı üçün yaşadığı binanın yanında qaraj qurulması ilə əlaqədar rayon təşkilatlarının rəyi ilə təqdim edilmiş sxem razılaşdırılmışdır. Razılaşdırılmış sxem sərəncama əlavə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən qaraj sahəsinə texniki pasportun verilməs i öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixdən istifadəsində olan qaraj sahəsinə texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh imtina məktubu verərək yerləşmə cizgisinə istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin müəyyənləşdirmək mümkün olmadığından texniki pasportun tərtib olunmasının mümkün olmamasını bildirmişdir. Bildirir ki, xx.xx.1994-cü il tarixdən həmin qaraj sahəsi hazırkı dövrə qədər istifadəsindədir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 617 saylı sərəncamı ilə onun istifadəsinə qaraj sahəsi verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsinin razılığı ilə qeyd edilən qarajın qurulması ilə bağlı yerləşmənin sxemi razılaşdırılmışdır. Həmin qarajın yerləşməsi ilə bağlı sxem Binəqədi Rayon İHB-nin müavini və baş memarı ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi qeyd edilən dövrə dair sənədlərin doğruluğunu təsdiq etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi 19 saylı binanın qarşısında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir.

8. Cаvаbdеh iddiaya dair yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixində İdarəyə müra ciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək olmur. Bu səbəbədən, ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, qaraj yaşayış binasının önündə, yaşıllıq ağacları olan ərazidə yerləşir. Bundan başqa iddiaçının adına qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

9. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.20 23-cü il tarixli, 10/4010 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 617 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə 8-ci mkr, 19 nömrəli binanın 73cü mənzilində yaşayan İddiaçı ayrılmış qaraj yerinin faktiki ümumi sahəsinin 34,46 kv.m (5.53 x 6.23 m), tikinti altı sahəsinin isə 44,5 kv.m (6.33 x 7.03 m) olduğu müəyyən edildi.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin olunaraq İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi 19 saylı binanın qarşısında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının istifadəsində olan texniki pasport verilməsini tələb etdiyi qaraj ona qanuni əsaslarla ayrılmış və bununla bağlı hüquqmüəyyənedici sənədlərin bir nüsxəsi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Eləcə də, cavabdeh imtina məktubunda sözügedən qarajın yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyinə və yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmamasına istinad etsə də, məhkəmə araşdırması zamanı sözügedən qarajın razılaşdırılmış cizgi əsasında 1994-cü ildən iddiaçının yaşadığı Binəqədi rayonu, 8-ci mkr N.Nərimanov küçəsi 19 saylı bina nın qarşısında yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı sözügedən qaraja dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə hüquqmüəyyənedici sənədləri təqdim etmişdir ki, həmin sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının qeyd olunan qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayəti imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının tikinti altı sahəsi sənəd üzrə 18 kv.m təşkil etsə də, faktiki sahəsi 44.1 kv.m təşkil edir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı (hakimlər: M.N.Tağızadə (sədrlik edən və məruzəçi), E.C.Kazımov və K.H.Əkbərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddia tələbi təmin olunmamışdır.

15. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçıya ayrılmış qeyri-yaşayış binasının tikinti altı sahəsi sənəd üzrə 18 kv.m olsa da, faktiki olaraq 44,5 kv.m-dir. Eyni zamanda qaraj yerinin faktiki ümumi sahəsi 34,46 kv.m-dir. İddiaçının texniki pasportun verilməsini tələb etdiyi faktiki ölçüsü 34,46 kv.m olan tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığından, cavabdeh haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

16. Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən qaraj sahəsi vahid obyekt olduğundan, həmin obyektin bir hissəsinə, yəni 18 kv.m. hissəsinə texniki pasportun tərtib edilməsi də mümkün deyil.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslanmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi cavabdehin imtinasından kənara çıxaraq araşdırma aparmış və qərəzli olaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatı na alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd verm iş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız h üquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 617 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı ayrılmış qaraj yerinin faktiki ümumi sahəsinin 34,46 kv.m (5.53 x 6.23 m), tikinti altı sahəsinin isə 44,5 kv.m (6.33 x 7.03 m) olduğu müəyyən edilmişdir.

28. Halbuki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 617 saylı sərəncamından və həmin sərəncama əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, həmin sərəncama əsasən 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı əlavə edilmiş cizgi əsasında 6,0x3,0m ölçüdə qaraj yeri ayrılmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının texniki pasportun verilməsini tələb etdiyi faktiki ölçüsü 34,46 kv.m olan tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd olmamışdır. Qaraj sahəsi vahid obyekt olduğundan isə həmin obyektin bir hissəsinə, yəni 18 kv.m. hissəsinə texniki pasportun tərtib edilməsi mümkün deyil. Buna görə də, cavabdeh haqlı olaraq iddiaçı nın müraciətini təmin etməkdən imtina etmişdir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin “apellyasiya məhkəməsi cavabdehin imtinasından kənara çıxaraq araşdırma aparmaqla qərəzli qərar qəbul etməsi” ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi “imtinadan kənara çıxaraq qərəzli araşdırma” kimi deyil, mübahisəli qeyri-yaşayış binasının təqdim edilmiş hüquqmüəyyənedici sənəd əsasında qeydə alınması üçün qanuni əsasın mövcud olub-olmamasının araşdırılması kimi başa düşülməlidir.

31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar