Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-176/2019 22.01.2019 ALİ MƏHKƏMƏ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin nümayəndəsi X6, vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan, yəni 03.04.2015-cı il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1936/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.X il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əmək kitabçasına əsasən o, 01.09.1973-cü ildən 14.07.1975-ci ilə qədər 22 nömrəli Texniki Peşə Məktəbində oxuyub, 11.08.1975-ci ildən 08.04.1976-cı ilə qədər 12 nömrəli Xüsusi Tikinti İdarəsində elektroqaynaqçı, 29.04.1976-cı ildən 20.10.1976-cı ilə qədər “Xüsusiyoltresti” mexanizasiya və nəqliyyat idarəsində elektroqazqaynaqçısı işləmiş, 02.11.197 6-cı ildən 10.11.1978-ci ilə qədər hərbi xidmətdə olmuş, 19.01.1979-cu ildən 12.05.1980-ci ilə qədər “Xüsusiyoltresti” mexanizasiya və nəqliyyat idarəsində elektroqazqaynaqçısı işləmiş, 09.06.1980-ci ildən 11.08.1980-ci ilə qədər Bakı eksperimental təcrübə zavodunda elektroqaynaqçısı, 20.08.1980-ci ildən 20.02.1983-cü ilə qədər 1 nömrəli Xüsusi tikinti idarəsində elektroqaynaqçı, 09.03.1983-cü ildən 18.10.1984-cü ilə qədər Azərbaycan dəmiryolunun mülki qurğuların Bakı distansiyasında elektroqazqaynaqçısı, 05.11.1984-cü ildən 12.09.1991-ci ilə qədər Bakı mənzil idarəsinin xüsusi təmir tikinti idarəsində elektroqazqaynaqçısı, 03.02.1992-ci ildən 15.03.1993-cü ilə qədər İxtisaslaşdırılmış podrat təmir tikinti idarəsində qazelektroqaynaqçısı, 01.04.1993-cü ildən 04.10.1993-cü ilə qədər “Daş ko operativində” elektroqaynaqçı, 10.10.1995-ci ildən 29.10.1996-cı ilə qədər Mexaniki təmir zavodunda elektroqaynaqçı, 01.05.1997-ci ildən 01.08.1997-ci ilə qədər “Baştəmirtikinti” Xüsusitəmirtikinti idarəsində qaynaqçı, 15.08.1997-ci ildən 01.08.1999-cu ilə qədər “xxxx” MMC-də qaynaqçı, 02.08.1999-cu ildən 01.09.2010-cu ilə qədər “Ekstima Co LTD” müəssisəsində elektroqazqaynaqçısı işləyib, həmçinin 10.10.2013-cü il tarixdən hazırkı vaxta qədər “xxxx” ASC-nin 20 saylı X5 elektroqazqaynaqçısı peşəsində çalışır. Azərbaycan Respublikası “xxxx” ASC-nin 09.02.2018-ci il tarixli arayışında göstərilmişdir ki, “Verilir İddiaçı ondan ötrü ki, o, “xxxx”ASC, 20 saylı X2 servis xidmətinə əmək müqaviləsinə əsasən Cəmiyyətin 10.10.2013-cü il tarixli əmri ilə 10.10.2013-cü il tarixdən elektrik qaz qaynaq çısı peşəsinə qəbul edilmişdir və hal-hazırda da həmin peşədə çalışır. Elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 23200000-11620-elektrik qaz qaynaqçısı 4 il 4 ay. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 4 il 4 ay təşkil edir”. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada sənəd təqdim edilməməsi əsası ilə cavabdeh iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 05.04.2018-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrdə işləməsi barədə iş yerindən arayış təqdim etdikdən sonra iddiaçının pensiya hüququna baxıla bilər. İddiaçı 12 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə 57 yaşdan, yəni 03.04.2015-cı il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 26 ildən çox ümumi və güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi stajı vardır. Qeyd olunan staj ona məxsus olan əmək kitabçasında əksini tapmışdır. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Qanunveric iliyə əsasən onun güzəştli şərtlərlə pensiya hüququ vardır və pensiya təyin edilməsi üçün işlədiyi müəssisələrdən arayış tələb edilmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2406/2018 saylı iş) 12 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan, yəni 03.04.2015-cı il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə müraciətindən 19.03.2018-ci il tarixli qərarı ilə imtina etmişdir, lakin həmin qərarda, həmçinin 05.04.2018-ci il tarixli imtina məktubunda hansı səbəbdən iddiaçının əmək stajı, zərərli peşələrdə i şləməsini nəzərə almayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsini qeyd etməmişdir. İddia tələbi iş materialları ilə təsdiq edildiyindən təmin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X8 və X4, 2-1(103)-1936/2018 saylı iş) 12 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 9 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 2 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyalar ha qqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu halda şəxsin güzəştli işlərdə çalışdığı müəssisə tərəfindən ona həmin işlərdə tam iş günü ərzində çalışması barədə izahedici (aydınlaşdırıcı) arayış verilir. İslahatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısı üzrə qərarda göstərilən peşə sahəsində işlədiyi əlavələr güzəştli şərtlərlə işlədiyi iş saatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən arayış formasında təqdim edilməmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayət in təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul ol una bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı 57 yaşının tamam olduğu 3 aprel 2015-ci il tarixdən ona güzəştli şərtlə pensiya təyin edilməsini arzu etmişdir. Cavabdeh hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan qaydada 12 il 6 ay güzəştli iş stajı təsdiqini tapmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İş yerindən güzəştli şərtlərlə işləməyiniz barədə arayış təqdim edildikdən sonra pensiya hüququnuza baxıla bilər. İddiaçı 3 aprel X ildə doğulmuş, 3 aprel 2015-ci ildə 57 yaşı tamam olmuşdur. Cavabdeh mübahisə açmasa da, iddiaçının əmək kitabçasına görə onun ümumi sığorta stajı 25 ildən çoxdur. İddiaçıya məxsus əmək kitabçasında olan məlumata görə 11 avqust 1975-ci ildən 8 aprel 1976-cı ilə qədər 12 nömrəli xüsusi tikinti idarəsində elektroqaynaqçı, 29 aprel 1976cı ildən 20 oktyabr 1976-cı ilə qədər “Xüsusiyoltresti” mexanizasiya və nəqliyyat idarəsində elektroqazqaynaqçısı, hərbi xidmətdən sonra 19 yanvar 1979-cu ildən 12 may 1980-ci ilədək yenə həmin müəssisədə, həmin peşədə, 9 iyun 1980-ci ildən 11 avqust 1980-ci ilədək Bakı eksperimental təcrübə zavodunda elektroqaynaqçı, 20 avqust 1980-ci ildən 20 fevral 1983-cü ilə qədər 1 nömrəli xüsusi tikinti idarəsində elektroqaynaqçı, 9 mart 1983-cü ildən 18 oktyabr 1984-cü ilə qədər Azərbaycan dəmiryolunun mülki qurğuların Bakı distansiyasında elektroqazqaynaqçı, 5 noyabr 1984-cü ildən 12 sentyabr 1991-ci ilədək Bakı mənzil idarəsinin xüsusi təmir tikinti idarəsində elektroqazqaynaqçı, 3 fevral 1992-ci il dən 15 mart 1993-cü ilədək ixtisaslaşdırılmış podrat təmir tikinti idarəsində qazelektroqaynaqçı, 1 yanvar 1993-cü ildən 4 oktyabr 1993-cü ilə qədər “Daş” kooperativində elektroqaynaqçı, 10 oktyabr 1995-ci ildən 29 oktyabr 1996-cı ilədək mexanika təmir zavodunda elektroqaynaqçı, 1 may 1997-ci ildən 1 avqust 1997-ci ilədək Baştəmirtikinti idarəsində qaynaqçı, 15 avqust 1997-ci ildən 1 avqust 1999-cu ilə qədər “xxxx” MMC-də qaynaqçı, 2 avqust 1999-cu ildən 1 sentyabr 2010-cu ilə qədər “Ekstima Co LTD” müəssisəsində elektroqazqaynaqçısı işləmiş, 10 oktyabr 2013-cü ildən isə “xxxx” ASC-nin 20 saylı X3 elektroqazqaynaqçısı işləyir. Əmək kitabçasından göründüyü kimi, iddiaçı 57 yaşı tamam olan vaxta qədər 12 il 6 aydan çox elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Azər baycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (Ümumi peşələr) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları heyəti güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. İddiaçının işlədiyi peşə də qeyd edilən peşə ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 nömrəli qərarı ilə 21 noyabr 2011-ci il tarixdə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərili r ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanad ək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı 57 yaş tamam olana qədər el ektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı işləməklə ən azı 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərmişdir. Bəhs olunanlara əsasən iddiaçının 57 yaşı olarkən (3 aprel 2015-ci il) 25 ildən artıq ümumi stajı, onun da 12 il 6 aydan az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən xüsusi stajı olduğundan, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddiası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yarana n zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzu ladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1936/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-176/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-176/2019
22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver