Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-176/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, peşələrin uyğunluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1692/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh xx.xx.2020-ci il tarixli **********0 saylı imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və a ğır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı məhkəməyə müraciət edərək ona güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, müxtəlif işlərdə işləmişdir, hazırda təqaüd yaşındadır. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq DSMF-yə ərizə ilə müraciət etmişdir. Cavabdeh təşkilat xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərmişdir ki, təqdim etdiyi sənədlərə əsasən xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün pensiya təyin olunmasından imtina olunmuşdur.
4. Cavabdehin hesablamasına görə onun 24 il 10 ay 23 gün əmək stajı vardır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, bu hesablamalarda onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər sürücülük məktəbində oxumağı nəzərə alınmamışdır. 5.Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(1132)-4158/2020 nömrəli qərarı (hakim – N.İ.Abıyev) ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. 6.Birinci instansiya məhkəm əsinin qənaətinə görə iddiaçının 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.
7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 8.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1692/2020 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112 )-4158/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 9.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 10.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 11.Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının 25 il ümumi iş stajı tamam olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı ilə tarixinə qədərki iş stajı 22 il 10 ay 19 gündür. Hərbi xidmət dövrünü (xx.xx.1980-xx.xx.1982) də üstünə gəldikdə bu müddət 24 il 10 ay 23 gün edir. 12.Məhkəmə İddiaçının ümumi stajına x x.xx.1979-xx.xx.1980-ci illərdə nəqliyyat vasitələrinin “C” kateqoriyalı sürücü proqramı üzrə təlim müddətini də daxil etmişdir. 13.Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsində iş stajına daxil edilən fəaliyyət növlərinə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti aid edilmişdir. Göründüyü kimi, sürücülük vəsiqəsinin alınması üçün təlim keçilməsi müddəti buraya daxil edilməmişdir. 14.Bundan əlavə, iddiaçı güzəştli iş stajını təsdiq edən arayış da təqdim etməmişdir. 15.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. 16.Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS- a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. 17.İddiaçının təqdim etdiyi yeganə arayış “xxxx” MMC tərəfindən ona xx.xx.2000dən sonrakı dövr üçün verilən arayışdır ki, orada da heç bir koda istinad olunmadığından müvafiq siyahılarla uyğunlaşdırma aparmaq mümkün deyil. 18.Məhkəmələr tərəfindən də arayış olmadığı üçün və iddiaçının əmək kitabçasındakı peşələrin adı siyahıdakılara uyğun gəlmədiyi üçün konkret bir koda deyil, iki fərqli koda (23200000—11620 və 23200000—19906) ümumi uyğunlaşdırma aparılmış, iddiaçının hansı dövrlərdəki fəaliyyətinin məhz hansı koda uyğun gəldiyi müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.İddiaçının vəkili kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı dair ümumi iş stajına dair əmək kitabçasında və hərbi biletdəki müddətlər düzgün hesablamamışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ümumi iş stajı 22 il 10 ay 10 ay 19 gün kimi göstərilmiş, sonra dan iddiaçının hərbi xidmətdə olduğu müddət də daxil edilməklə, ümumi iş stajı 24 il 10 ay 23 gün kimi hesablanmışdır. Özləri qeyd etdiyi kimi 22 il 10 ay 19gün + 2 il 12 gün ( özləri qeyd etdiyi hərbi xidmət müddəti xx.xx.1980-xx.xx.1982)= 24 il 11 ay təşkil edəcək, lakin bunun əvəzinə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ümumi iş stajı 24 il 10 ay 23 gün göstərmişdir. 20.Bundan başqa, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı hərbi biletdəki müddəti xx.xx.1980-ci il tarixdən hesablamışdır, bu da düzgün hesablama deyil. Hesablama xx xxxxx 1980-ci il tarixindən aparılmalı idi, çünki hərbi xidmətdə 40 gün “karantin” dövrünə təsadüf edir və həmin 40 gündə ümumi iş stajına daxildir. Əgər bu 40 günü də hesablanmış olsa, onda iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixinədə k 25 ildən artıq olur. 21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı bəndində qeyd edilmişdir ki, a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: çağırışçılar üçün - hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün həqiqi hərbi xidmətin başlanğıc günü sayılır. 22.Eləcə də, Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 37-ci maddəsinin 37.1.1-ci bəndinə əsasən çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıc günü sayılır.
23. Cavabdeh kassasiya şikayətinin dəlilərində 2-ci arqument kimi göstərmişdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən arayış da təqdim etməmişdir.
24. İddiaçının vəkilinin etiraza əlavə etdiyi “xxxx” MMC-nin arayışından görünür ki, İddiaçı xx xxxx 2000-ci il tarixdən xx xxxxx 2009-cu il tarixədək “xxxx” MMC-də (sonradan adı dəyişdirilərək “xxxx” MMC olmuşdur) xx xxx 2009-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixədək 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən (kod 23200000-19906) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aiddir.
25. Etiraza əlavə etdiyi Nizami rayon YTTS-nin arayışından görünür ki, İddiaçı xx xxxx 1996-cı il tarixdən xx xxxxxx 1999-cu il tarixədək Bakı şəhəri, Nizami rayonu YTTSdə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Həmin vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən kod 23200000-19906 müəyyən olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aiddir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
27. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğundan qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
29. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx xxxx 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 2130000 – XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000 –19906 kodu - əl ilə qaynaq aparan elektrik qaynaqçıları.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":
35. Ümumi peşələr - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. 33. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd
16. Əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: çağırışçılar üçün - hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarəl ərinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün həqiqi hərbi xidmətin başlanğıc günü sayılır. 34. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 37.1.1 həqiqi hərbi xidmətin başlanğıcı çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün sayılır.
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajı və 12,5 il güzəştli iş stajı tələb olunur. 40. Сavabdehin kassasiya dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi stajı yoxdur.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1980-xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş (02 il 01 ay 17 gün), xx.xx.1982-ci ild ən xx.xx.1984-cü ilədək Az.SSR Sənaye Nazirliyi Mənzil-kommunal kontorunda (01 il 09 ay 21 gün), xx.xx.1984cü ildən xx.xx.1985-ci ilədək Bakı şəhəri MKK yanında təsərrüfat hesablı təmir-tikinti sahəsində (07 ay 26 gün), xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək Təsərrüfat hesablı təmir-tikinti sahəsində (09 il 09 ay 16 gün), xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 3 saylı Mənzil İstismar Sahəsində (01 il 03 ya 01 gün), xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Nizami rayon t/h UTTS-də (03 il 06 ay 20 gün), xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək “xxxx” MMC-də (xx.xx.2006-cı ilədək – 05 il 10 ay 01 gün) işləmişdir.
42. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının 25 il ümumi stajının olması qənaətinə gəlsə də, ümumi stajın tərkibində onun xx.xx.1979-xx.xx.1980-ci illərdə nəqliyyat vasitələrinin “C” kateqoriyalı sürücü proqramı üzrə təlim müddətini də daxil etmişdir.
43. Kollegiya bununla razılaşmayaraq bildirir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndində sürücülük məktəbindəki təhsil müddətinin staja daxil edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsi əsassız olaraq həmin müddəti staja daxil etmişdir.
44. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının hərbi xidmət müddəti kimi xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək olan dövr götürülmüş, bu zaman xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək olan dövr, yəni karantində olduğu dövr hərbi xidmət dövrünə daxil edilməmişdir.
45. Bununla razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək olan dövr yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə görə hərbi xidmət dövrünə daxil edilməlidir. Belə olan halda, iddiaçının 25 ildən artıq ümumi stajı yaranır.
46. Cavabdehin kassasiya şikayətinin digər dəlili onunla bağlıdır ki, iddiaçı iş yerindən arayış təqdim etməmişdir.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasındakı məlumatlara əsasən o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Az.SSR Sənaye Nazirliyi Mənzil-kommunal kontorunda qaz qaynaqçısı, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Təsərrüfat hesablı təmir-tikinti sahəsində və 3 saylı Mənzil İstismar Sahəsində qaynaqçı, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilədək Nizami rayon t/h UTTS-də qaynaqçı, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək “xxxx” MMC-də qaynaqçı işləmişdir.
48. Bundan əlavə, iddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi Nizami rayon YTTS və “xxxxS” MMC tərəfindən verilmiş arayışlarda iddiaçının müvafiq olaraq xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilədək və xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək “xxxx” MMC-də “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” işlədiyi qeyd edilmişdir.
49. Yuxarıda qeyd olunan peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında “Ümumi peşələr bölməsində” nəzərdə tutulmuşdur.
50. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi 12 il 06 ay isə güzəştli iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya hüququ vardır.
51. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1692/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.