Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-176/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə X2; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə X2” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyul tarixli, 2-1(103)-1641/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2020-ci il 24 aprel tarixdə E.Sosial.az-dan göndərilmiş SMS-dən müəyyən olunur ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6ndən götürülmüş elektron məlumatdan müəyyən olunur ki, İddiaçı 2020-ci il 14 aprel tarixdə 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu verilmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2020-ci il 21 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə 2020-ci il 14 aprel tarixindən onu işsiz kimi qeydiyyata aldırmaq haqqında inzibati aktın qəbul edilməsini və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manatlıq birdəfəlik ödəniş 2020-ci ilin aprel-may ayları üçün olmaqla cəmi 380 manat məbləğində cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödəniş 2020-ci ilin aprel-may ayları üçün olmaqla cəmi 380 manat məbləğin cavabdehdən tutularaq, ona ödənilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 17 fevral tarixli, 2-1(112)-1258/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il 8 aprel tarixdə https6://asanlogin.my.gov.az/auth/with-pin saytı vasitəsilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işsiz kimi qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “X6”-də qeydiyyata alınaraq, 2020-ci il 14 aprel tarixdə işsiz statusu almışdır. Lakin c avabdehdən şəxsi istifadəsində olan nömrəsinə daxil olan 2020-ci il 24 aprel tarixdə SMS-də qeyd edilmişdir ki, “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinin 1-ci bəndini rəhbər tutaraq onu işsiz kimi qeydiyyata almaqdan imtina etmişdirlər. Bu səbəblə o, Nazirlər Kabinetinin qərarı əsasında cavabdeh tərəfindən pandemiya dövründə ödənilən aylıq 190 manatlıq birdəfəlik ödənişdən məhrum olmuşdur. “X6”-də işsiz statusu hazırki vaxtadək dəyişilməz olaraq qalmaqdadır. Hesab edilməlidir ki, şəxsi istifadəsində olan nömrəsinə 2020-ci il 24 aprel tarixində göndərilən imtina SMS-i əsassızdır. Bununla bağlı 2020-ci il 11 may tarixdə cavabdehə etiraz məktubu yazaraq ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel, tarixli 127 nömrəli Qərarı ilə “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmələrin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) X2, bu ödəmənin iki (aprel, may) ay həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Qanuna əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş həmin Qaydaya uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, iddiaçı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğundan birdəfəlik (190 manat) ödəmənin verilməsindən imtina olunmuşdur. Bununla yanaşı iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxs qismində 2020-ci il 1 iyul tarixdə (VÖEN-1********) qeydiyyatdan keçmişdir. Daha sonra 2020-ci il 8 sentyabr tarixdə 18 saylı vəkil bürosunda vəkil vəzifəsində işə başlamışdır. Hal-hazırda orada əmək fəaliyyətini davam etdirməkdədir. Həmçinin işaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli, 327 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 şəhər, rayon məşğulluq mərkəzləri və “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 17 fevral tarixli, 2-1(112)-1258/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin 2020-ci ilin aprel-may ayları üçün olmaqla cəmi 380 manat ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. İddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyul tarixli, 2-1(103)-1641/2021 nömrəli qərarı ilə Bakı İnziba ti Məhkəməsinin 2021-ci il 17 fevral tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxs olmadığından cavabdehin X2ndən imtinası əsaslı olmuşdur.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS -da işsiz kimi qeydiyyata alınmış şəxs olmadığından cavabdehin X2ndən imtinası əsaslı olmuşdur. Qeyd edilməlidir ki, məhkəmənin bu yanaşması Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli qərarına ziddir. Bu qaydalar uyğun olaraq iddiaçı xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə “MAS”-dan qeydiyyatdan keçmiş və ona 2020-ci il 14 aprel tarixdə işsizlik statusu verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən “Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 2020-ci il 24 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi tətbiq edilmiş və bu xüsusi karantin rejimi dəfələrlə uzadılmışdır. Beləliklə, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli qərarının “X2 şərtlərinin” 2.2.2-ci bəndi iddiaçıya şamil olunmalı və ona aprel-may ayları üçün ödənilməli olan 380 manat məbləğində birdəfəlik müavinət ona ödənilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X4 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, SMS-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və ak tiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Qanunun 1.1.6cı maddəsinə, habelə X3 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, MAS-da işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göstərilənlərdən belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X4 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə SMS-lər göndərilir. Fərdi məş ğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Beləliklə, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmış, işin həlli üçün zəruri olan bütün halları müəyyən edərək qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə- İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçıla rının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki hallar ı) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə ape llyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxs olmadığından cavabdehin X2ndən imtinası əsaslı olmuşdur.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7, 68.2 və 82-ci maddələrinin tələblərinə uy ğun hesab etmir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə X2 şərtləri və qaydası»nın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.
22. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pan demiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.
23. İşin materiallarında olan, X5 səhifəsindən 2020-ci il 10 iyul tarixdə çap olunmuş, iddiaçıya aid “Müraciət vərəqəsi”nə görə, iddiaçı 2020-ci il 8 aprel tarixdən MAS-da işsiz kimi qeydiyyata alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxs qismində 2020-ci il 1 iyul tarixində (VÖEN1********) qeydiyyatdan keçmiş, 2020-ci il 8 sentyabr tarixində 18 saylı Vəkil Bürosunda vəkil vəzifəsində işə başlamışdır.
25. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə (iddia olunan aprel və may aylarında) MAS-da işsiz kimi qeydiyyata alınmış ş əxs olmadığı nəticəsinə gəldiyini, “Müraciət vərəqəsi”nə görə iddiaçının 2020-ci il 8 aprel tarixdən MAS-da işsiz kimi qeydiyyata alındığına dair məlumatı iddiaçının tələbinin əsası kimi nə üçün qəbul etmədiyini qərarında əsaslandırmamışdır.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, birdəfəlik ödəmənin təyin olunması və ödənilməsinin digər şərti, - iddiaçının yuxarıda istinad edilən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olub-olmadığı, - onun “Məşğulluq haqqında” Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alındığının təsdiq edildiyi halda yoxlanılmalıdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 68.2 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin tə min olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyul tarixli, 21(103)-1641/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.