Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-176/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.01.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(105)-436/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletə əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci ilə tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü ilə tarixədək texniki peşə məktəbində təhsil almışdır.
3. İddiaçıya məxsus əmək kitabçasında onun 23 aprel 1973-cü ildən 21 may 1975-ci ilədək Qusar rayon Qazıməmməd sovxozunda, 10 aprel 1977-ci ildən 13 iyul 1993-cü ilədək Ləcət kolxozunda, 14 iyul 1993-cü ildən 06 noyabr 1996-cı ilədək, 07 noyabr 1996-cı ildən 27 yanvar 1999-cu ilədək “Ləcət” İstehsalat kooperativində işlədiyi qeyd edilmişdir.
4. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 27 may 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək p ensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2019-cu ildən sonra əlavə edilmiş 22-1.1.-ci maddəyə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri təsbit olunmuşdur. Həmin dəyişikliyə əsasən Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il və onların fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (qeydə alınmış pensiya kapitalının məbləğindən asılı olmayaraq) həyata keçirilir. Onun əmək kitabçası, arxiv arayışı nəzərə alınmaqla 25 il sığorta stajı olmadığına görə təqdim edilən xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiya təyin etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli 218 saylı arxiv arayışında və adına tərtib edilmiş əmək kitabçasında göstərilən xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi Qusar rayonunun “Ləcət” kolxozunda və “Ləcət” kənd X1 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Daha sonra, iddiaçı tələbini dəqiqləşdirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1973-cü ildə başlamış, həmin ildə adına əmək kitabçası tərtib edilmişdir. Əmək kitabçasında 23 aprel 1973-cü il tarixdən 27 yanvar 1999-cu ilə kimi əmək fəaliyyəti əks olunmuşdur. 30 may 1975-ci il tarixdən 09 iyun 1977-ci il tarixə kimi ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 10 sentyabr 1977-ci ildən 13 iyul 1993-cü il tarixə kimi Qusar rayonun Qazıməmməd adlı sovxozda işləmiş, həmin tarixli 101 saylı əmrə əsasən, sovxozun bazasında “Ləcət ” kolxozu yaradılması ilə əlaqədar sovxozda işdən azad olunmuşdur. 14 iyul 1993-cü il tarixdə 04 saylı sərəncama əsasən Qusar rayonunun “Ləcət ” kolxozuna üzv qəbul olunmuş, kolxozun fəaliyyəti dayandırıldığı üçün 06 sentyabr 1996-cı il tarixli 114 saylı sərəncama əsasən kolxoz üzvlüyündən azad olunmuşdur. 8. 07 noyabr 1996-cı il tarixdə 3 saylı sərəncama əsasən “Ləcət ” X4 Kooperativinə üzv qəbul olunmuş, torpaq islahatı ilə əlaqədar kooperativ ləğv edildiyi üçün 27 yanvar 1999-cu il tarixdə 06 saylı sərəncama əsasən kooperativin üzvlüyündən azad olunmuşdur. Yuxarıda şərh olunan əmək fəaliyyəti adına tərtib olunmuş əmək kitabçasında əks olunmuşdur. 1993-cü ildən 1999-cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləcət” kolxozunda daha sonra isə “Ləcət” X4 Kooperativində işlədiyi dövr əlavə olaraq Qusar rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli 218 saylı əmək haqqı ödənişi barədə Arxiv arayışı ilə də təsdiqlənir.
9. Cavabdeh şərh olunan Arxiv arayışında əmək haqlarının əks olunmadığı ayları əmək stajına daxil etməmişd ir. Bu barədə cavabdeh 27 may 2021-ci il tarixli **********7 saylı məktubla yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdehin 27 may 2021-ci il tarixli **********7 saylı Qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, sovxozlardan fərqli olaraq kolxozlarda və X2 əmək haqqı aybaay ödənilmir, əmək fəaliyyətinin nəticələrindən asılı olaraq il ərzində bir neçə dəfə ödənilir. Həmin xüsusat 218 saylı 25 iyun 2021-ci il tarixli Arxiv arayışında əksini tapmışdır. 1996-cı ilin noyabr ayına kimi “Ləcət” kolxozunda hesablanmış əmək haqqı cədvəlindən aydın olur ki, 1993-cü ilin noyabr və dekabr, 1995-ci ilin isə oktyabr və noyabr aylarında müvafiq olaraq 7000,00 manat, 9000,00 manat, 85417,00 manat, 85417,00 manat, yəni digər aylardan xeyli artıq məbləğdə əmək haqqı hesablanmış, həmin əmək haqları arayışda boş göstərilən aylara şamil olunur. 1998-ci ildə isə “Ləcət” Kooperativində icarədar olmaqla X3 istehsal etmiş, həmin məhsula görə iyul ayında ona 275000,00 manat əmək haqqı hesablanmışdır. Cavabdehin etirazları:
10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. Sosial sığorta stajının yaşa görə pensiya təmin edilməsi üçün mümkün olmaması, əmək kitabçası və “Ləçət” kolxozunun şəxsi hesab kitablarında olan pozuntulardır. Əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məluma tlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir. Həmin Qaydaların 3.11-ci bəndinə əsas ən Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
11. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixinə qədər olan, xx.xx.1993-cü ildən xx.xx.1996 tarixinə qədər olan əmək fəaliyyəti işəgötürənin möhürü ilə təsdiq olunmamışdır. Həmçinin əmək kitabçasında qeyd olunan xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmət illəri, xx.xx.1977-ci ildən xx.xx.1993 il tarixinə qədər əmək fəaliyyəti haqqında qeydlər kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Sadalanan hallar əmək kitabçasının mötəbərliyini şübhə altına qoyur.
12. Bunlarla yanaşı, “Ləçət” kolxozunun şəxsi hesab kitabları araşdırılarkən, 1993-cü ilin sentyabr ayında əmək haqqı karandaşla qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəs ində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasna mənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajının sübutu kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
13. Beləliklə, iddiaçının iddia ərizəsində 1993-cü ildən 1999-cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləçət” kolxozunda, daha sonra isə “Ləçət” X4 Kooperativində işləməyə davam etdiyini bildirsə də, əmək kitabçası və arxiv arayışı nəzərə alınmaqla 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapital ının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X5 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X6 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(118)-160/2022 nömrəli qərarı ilə (L.Mirzəyeva) iddia təmin edilərək iddiaçıya yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İnzibati orqan tərəfindən iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, eyni zamanda əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pens iyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022ci il tarixli, 2-1(105)-436/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov- sədrlik edən və məruzəçi, F.Məmmədov və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta s tajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 24. “İnzibati icraat h aqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İddiaçının hərbi xidmət və təhsil müddətinin sığorta stajına daxil edilməsi işin mübahisələndirilməyən hallarına aid olduğundan və işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə təsdiqləndiyindən, məhkəmə kollegiyası bu hissədə əlavə qiymətləndirmənin aparılmasına zərurət görmür.
34. İddiaçının kolxozdakı əmək fəaliyyəti dövrünə gəldikdə, həmin dövr iddiaçının əmək kitabçasında qeyd olunmuş, habelə Qusar rayon Dövlət Arxivi tərəfindən apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq verilmiş arxiv çıxarışında da iddiaçının əmək kitabçasında qeyd edilmiş bütün dövrlər üzrə əmək fəaliyyətinə dair işlədiyi müəssisələr tərəfindən verilmiş əmrlər, habelə 1973-cü ildən 1993-cü ilədək işlədiyi dövrlərə aid aldığı əmək haqqı barədə məlumatlar öz əksini tapmışdır.
35. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnziba ti icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
36. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(105)-436/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.