Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-176/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-176/2024) (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN: QZW7PNK) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2-1(103)-632/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı hərb qulluqçu olmuş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarına əsasən onun döyüş zonasında hərbi xidmət keçərkən aldığı, müayinə və müalicə olunduğu xəstəlik – “Böyrək ağrısı...” (Ağdam RHK-nın xx.xx.2009-cu il tarixli 4/30 nömrəli göndərişi və həmin tarixli 4/12 nömrəli arayışı, Müdafiə Nazirliyi Hərbi Klinik Hospitalı ndan verilmiş xx.xx.2009-cu il tarixli 541 nömrəli arayışı ilə təsdiq edilir) - “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti ilkin olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişinə əsasən qiymətləndirilərək, ona “İki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə, simptomatik hipertoniya, asteno-nevrotik sindrom xr BÇ İİ dər” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi əlaqəsi göstərilməklə ikinci dərəcə əlillik təyin olunmuşdur. Sonrakı (2014, 2015, 2016) müayinələri və qiymətləndirilmələri zamanı da, eyni səbəb əlaqəsi və xəstəlik diaqnozu təkrarlanmaqla, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur.
3. Lakin Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişinə əsasən cavabdeh tərəfindən aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən “Üzvi dissosiativ pozuntusu. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polinevropatiya. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.S“ diaqnozu ilə “ümumi xəstəlik” səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən təyin edilmiş üçüncü dərəcə ümumi xəstə liklə əlaqədar müddətsiz əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi və xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu ildə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. xx.xx.2011-ci ildən ikinci qrup əlildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qanununa müvafiq olaraq xx.xx.2021-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) cavabdehə göndərilmişdir ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin. Lakin ona qanunsuz olaraq üçüncü dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyün ün müdafiəsi ilə əlaqədar əlilliyi olan zaman onun göndərişi “iki tərəfli xr pielonefrit tez-tez kəskinləşmələrlə simptomatik hipertoniya, asteno-nevrotik sindirom xr BÇİldər” diaqnozu ilə qiymətləndirilmiş, lakin iddiaçının sonuncu göndərişi “Üzvi dissosiativ pozuntusu. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə). Diabetik polinevropatiya. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ F.S” diaqnozu ilə Agentlikdə qiymətləndirilmiş və ümumi xəstəliklə müddətsiz İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçının sonuncu göndərişində olan diaqnoz “ümumi xəstəlik” ilə əlillik dərəcəsi verilməsi üçün əsas olmuşdur. Odur ki, iddiaçı “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əl illik dərəcəsi almaq istəyəcəyi təqdirdə, ona yenidən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilə biləcək diaqnoz ilə yeni göndərişlə müraciət etməsi məsləhət görülür.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 05 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8749/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi (əlilliyin səbəbinin dəyişdirilməsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Ti bbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılmalı olduğunu və belə bir göndərişlə cavabdeh inzibati orqana müraciət olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. İşin araşdırılan hallarından da göründüyü kimi iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə cavabdeh inzibati orqana qanunla müəyyən edilmiş qaydada göndəriş göndərilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdehin təşəbbüsü ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023cü il tarixli aralıq qərardadı ilə iddiaçının əlilliyinin səbəbinin Tibbi Sosial Ekspert Komissiyasında 20 gün müddətində əyani müayinə edilməklə, yenidən qiymətləndirilməsinin aparılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi öhdəliyi cavabdehə həvalə olunmuş, lakin sonuncu məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlilik təyini barədə qərar qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T415/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan Müdafiə Nazirliyi nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarında (i.v. 9) təsbit olunan – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ehtiva olunan, “Böyrək ağrısı” diaqnozu müstəqil xəstəlik olmayıb, sidik yollarının və böyrəklərin bir çox patologiyasını müşayiət edən ağrı sindromudur. Bu zaman böyrək qismən və ya tamamilə tutulur, sidiyin ləng çıxması baş verir. Böyrək ağrısının səbəbləri müxtəlif böyrək xəstəlikləridir, onlardan biri də böyrək infeksiyası olduğu üçün çox böyük ehtimalla onda həmin vaxt “İkitərəfli xr.pielonefrit teztez kəskinləşmələrlə, xr.BÇ İİ dərəcə” xəstəliyi böyrək ağrıları ilə başlamış, həmin xəstəliklə əlaqədar ona TSEK tərəfindən 2011-2021-ci illər ərzində 10 il İİ dərəcə əlillik verilmişdir. Odur ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir və sonuncu Forma88-də də xəstəliyin ağırlaşmaları qrafasında qeyd edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədov) 27 iyul 2023cü il tarixli, 2-1(103)-632/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş, müddətsiz üçüncü dərəcə əlilliyinin “Ümumi xəstəlik” səbəbinin “Azərb aycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyindən göründüyü kimi, 2011-2021-ci illər ərzində TSEK tərəfindən iddiaçının əlilliyinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olmaqla, onun böyrək ağrıları ilə bağlı olan xəstəlikləri hal-hazırda da davam etməkdədir. İşə əlavə olunmuş Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişinin “Xəstəliyin adı” bölməsindən görünür ki, onda böyrək ağrılarının ehtiva olunduğu ağırlaşmaların mövcudluğu qeyd olunmuşdur Beləliklə də, məhkəmə kollegiyası eksp ert rəyində və tibbi göstərişdə təsbit olunan həmin məlumatları həqiqi və mötəbər məlumatlar kimi qiymətləndirir. Cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmuş, iddiaçının xeyrinə olan hallar əsassız olaraq nəzərə alınmamışdır. Göstərilən nəticələr onu deməyə əsas verir ki, iddiaçı, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bütün bunların nəticəsi olaraq da, məhkəmə, iddianın rədd olunması barədə səhv nəticəyə gəlmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sonuncu göndərişdə göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas olmuşdur. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsinə əsas olacaq tibbi göndəriş cavabdehə qanunla müəyyən edilmiş qaydada göndərilməmişdir. Həmçinin əlilliyin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir. Məhkəmə faktiki olaraq səlahiyyətli dövlət orqanı olan cavabdehin əvəzinə hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçının əlilliyinin səbəbini dəyişdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının əlil olduğu dövrdə qüvvədə olan redaksiyada) Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edi r. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərd ən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik;... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat ver ilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab e dilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz üçüncü də rəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə, yəni “Ümumi xəstəlik” səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsinə nail olmaqdan ibarətdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçınin əlilliyinin “Ümumi xəstəlik” səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı hərb qulluqçu olmuş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarına əsasən onun döyüş zonasında hərbi xidmət keçərkən aldığı, müayinə və müalicə olunduğu xəstəlik – “Böyrək ağrısı...” – “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti ilkin olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişinə əsasən qiymətləndirilərək, ona “İki tərəfli xr pielonefrit tez-tez kə skinləşmələrlə, simptomatik hipertoniya, asteno-nevrotik sindrom xr BÇ İİ dər” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi əlaqəsi göstərilməklə ikinci dərəcə əlillik təyin olunmuşdur. Sonrakı (2014, 2015, 2016) müayinələri və qiymətləndirilmələri zamanı da, eyni səbəb əlaqəsi və xəstəlik diaqnozu təkrarlanmaqla, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. Lakin Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişinə əsasən cavabdeh tərəfindən aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən “Üzvi dissosiativ pozuntusu. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polinevropatiya. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.S“ diaqnozu ilə “ümumi xəstəlik” səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir.
29. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertin rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarında (i.v. 9) təsbit olunan – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ehtiva olunan, “Böyrək ağrısı” diaqnozu müstəqil xəstəlik olmayıb, sidik yollarının və böyrəklərin bir çox patologiyasını müşayiət edən ağrı sindromudur. Bu zaman böyrək qismən və ya tamamilə tutulur, sidi yin ləng çıxması baş verir. Böyrək ağrısının səbəbləri müxtəlif böyrək xəstəlikləridir, onlardan biri də böyrək infeksiyası olduğu üçün çox böyük ehtimalla onda həmin vaxt “İkitərəfli xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.BÇ İİ dərəcə” xəstəliyi böyrək ağrıları ilə başlamış, həmin xəstəliklə əlaqədar ona TSEK tərəfindən 2011-2021-ci illər ərzində 10 il İİ dərəcə əlillik verilmişdir. Odur ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir və sonuncu Forma-88-də də xəstəliyin ağırlaşmaları qrafasında qeyd edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iş üzrə verilmiş ekspert rəyindən göründüyü kimi, 2011-2021-ci illər ərzində TSEK tərəfindən iddiaçının əlilliyinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olmaqla, onun böyrək ağrıları ilə bağlı olan xəstəlikləri hal-hazırda da davam etməkdədir. İşə əlavə olunmuş Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişinin “Xəstəliyin adı” bölməsindən görünür ki, onda böyrək ağrılarının ehtiva olunduğu ağırlaşmaların mövcudluğu qeyd olunmuşdur Beləliklə də, ekspert rəyində və tibbi göstərişdə təsbit olunan həmin məlumatlar həqiqi və mötəbər məlumatlar kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmuş, iddiaçının xeyrinə olan hallar əsassız olaraq nəzərə alınmamışdır. Göstərilən nəticələr onu deməyə əsas verir ki, iddiaçı, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə haqlıdır.
31. Əlilliy in müəyyən edilməsinin cavabdehin diskresion səlahiyyəti olması barədə cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
32. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmas ını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətl əndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən, eləcə də səbəb əlaqəsinin dəyişdirilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
34. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
35. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-632/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.