Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-176/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin səbəbinin düzəliş edilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq qeyd edilməsi; faktiki sağlamlıq vəziyyəti ilə şəhadətnamədə qeyd olunan xəsarətlərin səbəbli əlaqəsinin təsdiqini tapmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ag entliyinə qarşı “üçüncü dərəcə əlillik səbəbinin dəyişdirilməklə, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(107)-275/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçı barəsində xx.xx.2018-ci il tarixli 322 nömrəli qərarında “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyəsində bir ədəd, başın orta təpə nahiyəsində bir ədəd, başın arxa aşağı ənsə nahiyəsində bir ədəd, başın sol al ın qabarında bir ədəd, döş qəfəsinin sağ ön səthində bir ədəd, sol dirsək oynağının arxa səthində bir ədəd, sol əlin arxa səthində bir ədəd köhnə çapıq toxumaları'' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü dərəcə əlillik səbəbinin dəyişdirilməklə, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağrılaraq xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş və döyüş zonasında hərbi xidmət edərkən 1992-ci ilin avqust ayında yaralanmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2018-ci il tarixli 106 saylı rəyi ilə alığı xəsarətin hərbi travma olmaqla, Azərbaycan Respublikasının mü dafiəsi zamanı alınması qeyd edilmişdir. İddiaçı Agentliyə müraciət edərək, aldığı hərbi travma ilə əlaqədar əlilliyin qiymətləndirilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli məktubla ona bildirilmişdir ki, barəsində xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə, yəni xx.xx.2026-ci ilədək üçüncü dərəcə əlillik təyin olunmasına dair qərar qəbul edilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, tibbi sənədlərdə qeyd olunan diaqnoz əyani göstərilən səbəb və diaqnozla öz təsdiqini tapmamışdır. Bu səbəbdən, ümumi xəstəlik üzrə 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən əlilliyin səbəbinin dəyişdirlməsindən imtina edilmişdir.
5. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 322 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyəsində bir ədəd, başın orta təpə nahiyəsində bir ədəd, başın arxa aşağı ənsə nahiyəsində bir ədəd, başın sol alın qabarında bir ədəd, döş qəfəsinin sağ ön səthində bir ədəd, sol dirsək oynağının arxa səthində bir ədəd, sol əlin arxa səthində bir ədəd köhnə çapıq toxumaları'' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bədənin müxtəlif na hiyələrində köhnə çapıq toxumaları müşahidə olunmuşdur. Sol əlin İİ barmağında hərəki məhdudiyyət qeyd olunmuşdur. Dediyinə görə, “tutmalar” ancaq gecə vaxtı olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2021-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Hər iki hemisferdə alın və təpə paylarında 3-4 ədəd keçirilmiş hadisəyə bağlı 2-3 mm ölçülü qliotik-angiopatik ocaqlar. Arxa kəllə çuxurunda ekstra aksial likvor məsafələrində orta xətdə 25x60x16 mm ölçülü genişlənmə izlənildi (subaraxnoidal kist)" kimi və xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Tez-tez paroksizmal aktivlik və spayk ləng dalğa kompleksləri izlənildi. Tipik paroksizmal aktivlik və epifokus izlənildi” kimi müəyyənləşdirilmişdir. Milli Məclisin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidməti ləğv edilmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəliklə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Çiyin nahiyələrində çapıq toxuma, qarının ön divarında *10-11 sm ölçüdə göbəkdən yuxarı və aşağını əhatə edən orta orta laporotomiya kəsiyinə və *6-7 sm ölçüdə pararektal kəsiklərə müvafiq çapıq toxumalar izlənilmişdir. Təqdim olunmuş EEQ müayinəsinin nəticəsi (dalğalar) təqdim edilməmiş, həmçini n xx.xx.2021-ci il tarixində təqdim etdiyi hərbi qərarda kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamışdır. Vətəndaşın ailəsində çoxsaylı itkilər (şəhid) baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır. 5 saylı şəhər Klinik Xəstəxanasının xx.xx.2020 - xx.xx.2020-ci il tarixli 6969/383 nömrəli çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya və tez-tez təkrarlanan qıcolmalarla (ayda 8-9 dəfə)" kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 781 nömrəli tibbi rəyində diaqnoz “Keçirilmiş (1992-ci il) başın sol təpə, orta təpə, arxa aşağı ənsə, sol alın nahiyələrində qəlpə yaralanmasından sonrakı vəziyyət' kim i qeyd olunmuşdur. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 62059 nömrəli protokol beyin KT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası" kimi qeyd edilmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Xəstəyə 1 saatlıq EEQ çəkilib. Çəkiliş boyu tez-tez paroksizmal aktivlik və spayk ləng dalğa kompleksləri izləndi. Tipik paroksizmal aktivlik" kimi qeyd edilmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 62059 nömrəli protokol beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Hər iki hemisferdə alın və təpə paylarında 3-4 ədəd keçirilmiş hadisəyə bağlı 2-3 mm ölçülü qliotik-anqiopatik ocaqlar. Arxa kəllə çuxurunda ekstra aksial likvor məsafələrində orta xətdə - 25x60x16 mm ölçülü g enişlənmə izlənildi (subaraxnoidal kist)" kimi qeyd edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4 bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
6. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 28 fevral 2024-cü il tarixli 21(116)-616/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sənədlərin qarşılıqlı müqayisəsi və təhlili zamanı iddiaçıya əlilliyin təyin olunmasına əsas verən diaqnoz ilə Azərbaycan Respublikası Müdaf iə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona verilmiş şəhadətnamədə göstərilən diaqnozun eyni olmadığı müəyyən edilmişdir. Həmçinin, şəhadətləndirmə aparılarkən əsas götürülən iddiaçı barəsində “Bədən xəsarətlərinin təyininə dair” aktda qeyd olunan xəsarətlər nəzərdən keçirilmişdir. Cavabdeh iddiaçıya əlillik təyin edərkən onu əyani müayinəyə cəlb etmiş, şəhadətnamədə göstərilən xəsarətləri aşkar etmişdir. Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı əlilliyin səbəbi kimi həmin xəsarətlərin deyil, iddiaçının ailəsində çoxsaylı itkilər baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır. Nəticə etibarı ilə, iddiaçının sağlamlıq vəziyyəti ilə şəhadətnamədə qeyd olunan xəsarətlərin səbəbli əlaqəsi öz təsdiqini tapmamışdır.
8. İddiaçı həmin qərardan apel lyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 15 avqust 2024-cü il tarixli, 21(107)-275/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kas sasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş müvafiq ekspertiza nəticəsində verilmiş rəydə ondakı xəstəliyin şəhadətnamədə göstərilən xəstəliklə eyni olması və Siyahıda nəzərdə tutulması öz təsdiqini tapmış, lakin apellyasiya instansiyası məhkəməsi həmin rəyi nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. İddiaçının hüquqi marağı və məqsədi ona təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə, yəni “ümumi xəstəlik” səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsinə nail olmaqdan ibarətdir.
20. Qanunvericiliyin tələbləri baxımından, iddiaçının əlilliyinin “ümumi xəstə lik” səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 322 nömrəli qərarı ilə iddiaçının “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyəsində bir ədəd, başın orta təpə nahiyəsində bir ədəd, başın arxa aşağı ənsə nahiyəsində bir ədəd, başın sol alın qabarında bir ədəd, döş qəfəsinin sağ ön səthində bir ədəd, sol dirsək oynağının arxa səthində bir ədəd, sol əlin arxa səthində bir ədəd köhnə çapıq toxumaları'' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq, ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
23. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertin rəyində qeyd edilmişdir ki, iddiaçının hazırda konkret olaraq hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin onun adına Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tərəfindən verilmiş “xəstənin tibbi kartasından çıxarış”da göstərilmiş diaqnoz Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı elektron çıxarışda qeyd olunmuş diaqnozla eynilik təşkil edir.
24. İddiaçı da kassasiya şikayətində həmin ekspert rəyinə istinad etməklə xəstəliyinin öz təsdiqini tapdığını bildirmişdir.
25. Halbuki, həmin ekspert rəyi ilə iddiaçının müayinəsi nəticəsində hazırda konkret olaraq hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamış, sadəcə olaraq, rəydə xəstənin tibbi kartasından çıxarışda qeyd olunan diaqnozla elektron çıxarışda qeyd olunan diaqnozun eyni olması təsdiq edilmişdir.
26. Kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə də mövqeyi ondan ibarətdir ki, şəxsə əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən ed ilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gəlmək üçün şəxsə “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin şəxsə verilmiş Şəhadətnamədə göstərilən diaqnozla eyniliyi və həmin diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əminlik yaranmalı, bunun üçün isə həmin sənəd bilavasitə tədqiq edilməklə qiymətləndirilməlidir.
27. Hazırki iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı əlilliyin səbəbi kimi həmin xəsarətlər deyil, onun ailəsində çoxsaylı itkilər baş verdiyindən güclü emosional gərginlik keçirdiyi nəzərə alınmışdır. Nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyəti ilə şəhadətnamədə qeyd olunan xəsarətlərin səbəbli əlaqəsi öz təsdiqini tapmamışdır.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(107)-275/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.