Məhkəmə qərarları › İş №2-1(102)-1760/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1760/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1760/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı kompensasiya ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-649/2 019 nömrəli, 12 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini, mülki hüquq pozuntusu nəticəsində iddiaçıya külli miqdarda vurulmuş 500.000 ABŞ dolları ziyanın cavabdehdən tutularaq “xxxx” ASC-nin Bakıxanov filialına (Kod: 506786, VÖEN: **********, müxbir hesab: AZ80NABZ********************, SWİFT: BRESAZ22, İddiaçı - VÖEN/TİN; İBAN: AZ96BRES********************) ödənilməsinin təmini məqsədilə mövcud qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə dair müvafiq qaydada məhkəmə aktı qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsinin rəisinin “xxxx” İB-nin baş direktoruna və Əzizbəyov (indiki Xəzər) RİH-in başçısına 08.11.2004-cü il tarixli məktubuna əsasən, “xxxx” İB-nin H.Z.Tağıyev adına NQÇİ-yə (kollektiv bağçılıq yoldaşlığa) ayrılmış 39.18 ha torpaq sahəsinə dair inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi faktına istinad edilsə, onda ‘xxxx” İB inzibati orqan kimi təsnif edilməlidir. Qeyd olunan məktuba əsasən, H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi iddiaçıya Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində bağ evinin tikintisi üçün 12.000 kv.m. torpaq sahəsini 9.000 ABŞ dollarına satmışdır (onun icazə sənədi (“qərarı”), yə ni “inzibati aktı” əsasında). İddiaçı bu vəsaiti həyətyanı sahəsini satmaqla əldə etmiş, ağır sinir xəstəsi həyat yoldaşının səs-küydən uzaq bir yerdə, istirahətini təmin etmək məqsədilə almaq məcburiyyətində olmuşdur. O, pulu qeyd olunan torpaq sahəsinin alqı-satıqısa əsas olmuş “inzibati aktı” qəbul etmiş inzibati orqan “xxxx” İB-nin H.Z.Tağıyev adına NQÇİ-in rəhbərliyinə vermişdir. Torpaq sahəsinin alqı-satqısını isə “xxxx” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin “icazə sənədi’..(“qərarı”, “inzibati aktı”) əsasında Buzovna Bələdiyyəsi özünün 065 saylı 06.06,2005-ci il tarixli sərəncamı ilə rəsmiləşdirmişdir. Bütün sənədləşdirmə ilə əlaqədar işləri, o cümlədən, maliyyə məsələlərini də (Buzovna Bələdiyyəsinə olan ödənişlər daxil) “xxxx" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin sabiq rəhbərliyi həll et mişdir. Bu səbəbdən də 3 ilə yaxın davam edən məhkəmə çəkişmələri nəticəsində, inzibati orqan - “xxxx” İB iddiaçını çıxılmaz vəziyyətə salmaqla ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2-1(82)4613/2018 nömrəli qərardadı ilə (hakim: R.L.Kərimli) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh ARDNŞ “xxxx” İB inzibati orqan olmadığından, habelə cavabdeh inzibati orqan olmuş olsa belə, iddiaçının iddia qaldırmamışdan əvvəl kompensasiya ödənilməsi ilə bağlı cavabdehə ilkin müraciəti olmadığından, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(103)-649/2019 nömrəli, 12 fevral 2019-cu il tarixli qərardadı (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2-1(82)-4613/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona cavabdeh tərəfindən 500.000 ABŞ dolları məbləğində zərər vurulduğunu müfəssəl şəkildə göstərmiş, bununla bağlı müvafiq sübutları (kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edılməsi və s) məhkəməyə təqdim etmiş, lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan və qanunsuz olaraq iddiaçının iddia tələbini mümkün saymamışdır. Apelyasiya instansiya məhkəməsi isə öz növbəsində maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmaqla, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-649/ 2019 nömrəli, 12 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazı mi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. «İnzibati icraat haqqında» AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməy ə şikayət verə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inz ibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi, yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həl! etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Ş irkətinin Nizamnaməsi”nin 1.2-ci bəndinə əsasən, Şirkət kommersiya fəaliyyətini həyata keçirir. Nizamnaməyə görə, “xxxx” İB Şirkətin strukturuna daxildir. AR Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunma sı, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi, yaxud həmin aktların etibarsızlığının tanınması (qanunsuz sayılması) barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin, işdən müəyyən edilir ki, cavabdeh “xxxx” İB inzibati orqan deyil. İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Qanunla başqa aidiyyət qaydası isə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10.04.2015~ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası Plenumun tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, hazırkı iddia tələbilə bağlı mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icr aatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməs indən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha m ünasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutu b məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-649/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar