Məhkəmə qərarları › İş №2-1(102)-1760/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1760/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1760/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1, nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbay can Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarın mənfəət vergisi və maliyyə sanksiyası hesablanması hissəsində qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-188/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş vergi ödəyicisinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamentinin vəzifəli şəxslərinin qəbul etdikləri x xxxxxxxx 2015-ci il **********940274 saylı “Vergi ödəyicisinin ver gi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın müəssisəyə 32.518,80 manat mənfəət vergisi və 16.259,40 manat maliyyə sanksiyası hesablanması hissəsində qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin vəzifəli şəxslərinin qəbul etdikləri x xxxxxxxx 2015-ci il **********940274 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 32.518,80 manat mənfəət vergisi və 16.259,40 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv e dilmişdir.

3. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir

4. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-188/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2618/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qismən – cavabdehin vəzifəli şəxslərinin qəbul etdikləri x xxxxxxxx 2015-ci il **********940274 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 32.518,80 manat mənfəət vergisi və 16.259,40 manat maliyyə sanksiyası hesablanmasının ləğv edilməsinə dair iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qərar qəbul edilməklə həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdiril mədən saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayət üzrə müddətin buraxılmadığını bildirib şikayətin mümkün sayılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

6. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.

7. İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) q arşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

8. İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

9. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qa nuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

10. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

11. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (İPM-in 94.1-ci maddəsi).

12. Apelyasiya məhkəməsi qərarın surətini tərəflərə göndərmiş, iddiaçı x xxxxx 2020-ci il tarixdə qərarı almışdır (səh. 90).

13. İddiaçının vəkili olan nümayəndəsinin məhkəmə qərarını alması barədə xəbərnamədə alınma tarixi qələmlə xx xxx 2020-ci il qeyd edilsə də (səh.92), poçt şöbəsindən alınmış sənəddə nümayəndənin məhkəmə qərarını ən geci xx xxx 2020-ci ildə alması qeyd edilmişdir. Həmçinin 92-ci səhifədə olan xəbərnamədən görünür ki, məhkəmə qərarının alınma tarixində pozuntu aparılmışdır. Xəbərnamədə olan təhvilverilmə möhüründə sənədin təhvil verilməsindən sonra tarix xx xxx 2020-ci il qeyd edildiyindən, bu tarixdən sonra, yəni xx xxx 2020-ci ildə sənədin iddiaçının nümayəndəsinə təqdim edilməsi istisna edilir.

14. İddiaçının və nümayəndəsinin (vəkilinin) imzaladığı kasasiya şikayəti xx xxxx 2020-ci ildə poçta təqdim edilmişdir. Kasasiya məhkəməsinin mövqeyi İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses işt irakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması xx xxxxxxxx 2020-ci il tarixətəyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş iddiaçı və nümayəndəsinə məhkəmə bildirişi göndərilmişdir.

15. İddiaçı tərəfindən mübahisə olunan məhkəmə sənədi x xxxxx 2020-ci ildə ona, xx xxx 2020-ci ildə isə nümayəndəsi olan vəkilinə təqdim edilmişdir. Kasasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxxx 2020-ci il tarixdə poçta təqdim edilmişdir.

16. Cavabdehin kasasiya şikayəti verilməsi ilə bağlı şikayətvermə müddəti xx xxxx 2020-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.

17. Kasasiya şikayəti iddiaçı tə rəfindən vaxtında təqdim edilməmişdir.

18. İddiaçı kasasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişdir.

19. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

20. Yuxarıda göstərilənlərə və İPM-in 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-188/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar