Məhkəmə qərarları › İş №2-1(102)-1760/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1760/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1760/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X3, Cavabdehin vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq 190 manat olmaq şərti ilə, cəmi 760 manat birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1286/2021 nömrəli, 2021-ci il 3 iyun tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş x nömrəli, 2014-cü il 15 dekabr tarixli arayışa əsasən, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan İddiaçı 2014cü il 3 dekabr tarixindən Xətai rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmış, işsizlik müavinəti almamışdır.

2. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X5 iddiaçıya 2 015-ci il 01 noyabr tarixdə işsizlik müavinətinin ödənilməsinə xitam vermişdir.

3. Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsi tərəfindən verilmiş 2015-ci il 25 sentyabr tarixli, x nömrəli arayışa əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsindən kompüter bazasının məlumatına əsasən heç bir növ pensiya almır.

4. İddiaçı aylıq 190 manat olmaq şərti ilə, cəmi 760 manat birdəfəlik ödəmənin ödənilməsi üçün e-sosial.az saytından qeydiyyatdan keçərək elektron qaydada cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 10 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat o lmaq şərti ilə cəmi 760 manat birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində cari ilin aprel, may və iyun ayları üzrə 190 manat birdəfəlik ödəmə verilməsi barədə qərar Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi tədbirlər planında öz əksini tapmışdır. O, da həmin ödəməni almaq üçün e-sosial.az saytından qeydiyyatdan keçərək elektron qaydada müraciət etmişdir. 2020-ci il 6 may tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytından aztəminatlı meyarına uyğun gəlmədiyi üçün o na 190 manat birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunması barədə SMS gəlmiş, lakin, aztəminatlı meyarına hansı səbəbdən uyğun gəlmədiyi səbəbi göstərilməmişdir. O, bununla razılaşmamış və karantin rejimi olduğu üçün 2020-ci il 8 may tarixdə cavabdehin 142 çağrı mərkəzinə zəng etmiş və imtinanın səbəbini rəsmən göstərərək ünvanına məktub şəklində göndərilməsini xahiş etmişdir. 2020-ci il 7 avqust tarixdə yaşadığı ünvana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən **********1 №-li, 2020-ci il 8 iyun tarixli cavab məktubu gəlmişdir. Cavabdehin imtina məktubuna əsasən aztəminatlı meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunması qeyd olunmuş, lakin, aztəminatlı meyarına hansı səbəbdən uyğun gəlmədiyi səbəbi göstərilməmişdir. O, təkrarən cavabdehin 142 çağrı mərkəzinə zəng etmiş və imtinanın səbəbinin yenə də, göstərilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Bütün bunlardan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödə mənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, “Məşğulluq haqqında” Qanuna əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. İddiaçının ailə vəziyyəti barədə məlumatı şəxsiyyət vərəqəsində subay kimi qeyd olunsa da, MAS tərəfindən məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrin də İsmayılova Sadat Qəribşahovna iddiaçının arvadı kimi qeyd olunmuşdur. Qeyd olunan səhv məlumat səbəbindən təhlil prosesini yekunlaşdırılması mümkün olmamış və iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, 2-1(112)-6395/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəmə qaydasında nikahı pozulduqdan sonra nikahın pozulması haqqına şəhadətnamənin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət etmədiyindən (bu halı məhkəmə iclasında iştirak edən iddiaçı etiraf etmişdir), nikahın pozulması haqqında şəhadətnamə almadığından, iddiaçının boşanması barədə məlumat vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadığından, bununla da, qeyd olunan səhv məlumat səbəbindən Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1286/2021 nömrəli, 2021-ci il 3 iyun tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 noy abr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat olmaq şərti ilə, cəmi 760 manat birdəfəlik ödəmənin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı birdəfəlik ödəmənin verilməsindən imtina olunması üçün Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş qaydaların 2.3-cü bəndində göstərilən birdəfəlik ödəmənin verilmədiyi işsiz şəxslərə aid deyil. Bunu cavabdeh də inkar etməmiş və bu cavabdehin etirazından da görünmüşdür. Digər məsələ isə iddiaçının evli və ya subay olması ilə bağlı olan məlumatların ziddiyyətli olması ilə bağlıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı subaydır. Belə ki, iş materiallarında iddiaçının nikahının pozu lması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmçinin, məhkəmə qərarının qanuni qüvvəyə minməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli məktubu, nikahın pozulması barədə qətnamənin Xətai rayon qeydiyyat şöbəsinə daxil olması barədə 2020-ci il 10 noyabr tarixli məktub iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçı barəsində məlumatların daxil edilməməsi və ya düzgün daxil edilməməsi iddiaçının öhdəliyi deyil, əksinə bu uyğunsuzluğu araşdırmaq cavabdeh inzibati orqanın vəzifəsidir. Bundan başqa apellyasiya şikayətinə iddiaçının keçmiş arvadı X1 da işsiz olması, birdəfəlik ödəmə almaması, avtomobilinin olması barədə məlumatın mövcud olmaması, sosial müavinət və ya təqaüd almaması, ünvanlı dövlə t sosial yardım almaması, torpaq pay mülkiyyətçisi olmaması, pensiyaçı olmaması barədə arayışlar mövcuddur. İş materiallarından görünür ki, nə iddiaçıya, nə də ki, iddiaçının keçmiş həyat yoldaşına birdəfəlik ödəmə verilməmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin oluna raq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən cavabdehə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel- may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövr də, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X2 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır.

15. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərti yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. İddiaçı və vəki li məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikay ətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. Şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.

23. Cavabdeh bu dəlilin əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı na istinadla qeyd etmişdir ki, “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzib ati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.

24. Məhkəmə kollegiyası cavabdehin dəlilini və bu dəlilin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadını əsaslı hesab etmir. Belə ki, hazırkı iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl olunmadığına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, yaxud işdə belə bir əsasın mövcud olduğu müəyyən edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103 )-1286/2021 nömrəli, 2021-ci il 3 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar