Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1760/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli, 2-1(103)-426/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 3 sentyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar əsasında tətbiq edilmiş qadağalar nəticəsində qanuni mənafeyinə vurulmuş 3000 AZN məbləğində maddi ziyanın və 1.000.000 manat məbləğində mənəvi ziyanın cavabdeh inzibati orqandan alınaraq ona ödənilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdur. 202 0-ci ilin mart ayının əvvəllərindən başlayaraq, avqust ayının 15-dək olan 6 aylıq müddət ərzində rəsmi şəkildə ona hər hansı bir qərar elan olunmadan ailə üzvləri ilə görüşlər dayandırılmışdır. Həmçinin, görüşlərlə yanaşı 2020-ci ilin mart ayından may ayınadək olan 3 aylıq müddət ərzində ona gətirilən sovqatların da qəbulu dayandırılmışdır. Saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu qadağaların tətbiqinin fərdi xarakter daşımadığını bildirmişdir. 3 ay ərzində sovqat qəbulunun qadağan edilməsi nəticəsində o, özü hər ay 1000 AZN məbləğində nağd pul vəsaitini xərcləmək məcburiyyətində qalaraq, bu müddət ərzində ümumilikdə 3000 AZN məbləğində maddi zərərin təsirinə məruz qalmışdır. Bundan əlavə, son 6 ay ərzində qanunsuz qadağaların tətbiqi ilə bağlı ona ailə üzvləri ilə görüşl ərin təqdim olunmaması psixoloji və mənəvi sarsıntılara səbəb olmuş, nəticədə ona 1000 000 AZN-dən artıq mənəvi zərər vurulmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: X1)14 oktyabr 2020-ci il tarixli, 2-1(112)6241/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddiasında cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının yuxarıda adıçəkilən orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2) 9 sentyabr 2021-ci il tarixli, 2-1(103)-426/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlili olan Səbail rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(009)1635/2020 saylı qərardadına əsasən, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəl inməsi ilə əlaqədar qeyd edilməlidir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılır. Lakin, iddiaçının tələb etdiyi maddi və mənəvi zərərin cavabdeh qismində göstərdiyi orqanın hərəkətləri nəticəsində vurulması iddiaçı tərəfindən əsaslandırılmadığından iddia tələbi mümkün sayılmamışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, tərəflərin subyektiv tərkibindən göründüyü kimi, cavabdeh inzibati orqana qarşı yönəlmiş iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Bundan başqa, mübahisənin predmetindən və hüquq münasibətlərinin xarakterindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qadağaların tətbiqinə yönələn qərarları bilavasitə ümumi (publik) hüquq münasibətlərini nizama salmış və məhz bu qaydaların tətbiqi nəticəsində iddiaçının qanuni mənafeyinə zərər dəymişdir. ''COVİD-19" infeksiyasının yayılmasının qarşısının alınması adı altında qadağaların tətbiqinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının Konstitusiyasında və Qanunlarında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarına zidd olmuşdur. Nəticədə isə bütövlükdə cəzaçəkmə müəssisələrində və həbs yerlərində saxlanılan şəxslərin, o cümlədən iddiaçının hüquq və azadlıqları pozulmuş və qanuni mənafeyinə xüsusilə külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Bu səbəbdən qanunla müəyyən edilən hüquq və azadlıqların məhkəmədə müdafiəsinə nail olmaq məqsədilə inzibati məhkəmə icraatı qaydasında məhkəməyə təqdim olunmuş iddianın mümkünlüyü məhz, 10 aprel 2015-ci il tarixli, 5 saylı AR Ali Məhkəməsi Plenumunun Qərarının 5-ci hissəsinin 3-cü bəndinin müddəaları baxımından yoxlanılaraq iddia qeyd-şərtsiz icraata qəbul edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
10. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul e dilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
16. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini tə krarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
17. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə maddi və mənəvi ziyanın ödənilməsi barədə iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlama ğa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
18. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
19. Başqa sözlə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna ehtiyacı olanlara hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosess ual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
20. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərar ın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
21. İddiaçının tələb etdiyi maddi və mənəvi zərərin onun cavabdeh qismində göstərdiyi orqanın hərəkətləri nəticəsində vurulması sübut yetirilmir.
22. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədlər və sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğu müəyyən edilməmişdir.
23. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddia mümkün sayılmamalıdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli, 2-1(103)-426/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.