Məhkəmə qərarları › İş №2-1(102)-1760/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1760/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1760/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; qaynaqçı, operator) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu 13 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 28 gün (xx.x x.1981xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.2002xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 13 mart 2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1963-cü ildə doğulmuş, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək (2 il 9 ay 18 gün) 10 X3 Məktəbində "Armaturçu elektrik q aynaqçısı” ixtisasında peşə təhsili almış, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək (2 ay 6 gün) 3-cü dərəcəli elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamış və sovet ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək (2 il 1 ay) hərbi xidmət keçmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 3-cü dərəcəli qaz qaynaqçısı kimi işə qəbul edilib və öz xahişi ilə işdən azad olunmuşdur. 2 nömrəli Avtobazada xx.xx.1984-xx.xx.1990-cı illərdə (5 il 6 ay 22 gün) 3-4cü dərəcəli qaz qaynaqçısı vəzifəsində, xx.xx.1990- xx.xx.1998-ci illərdə (7 il 9 ay) 3-cü sinif sürücü vəzifəsində, xx.xx.1998- xx.xx.1998-ci ildə (1 ay) “Suraxanıneft” Neft və qaz hasilatı idarəsində 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsində. xx.xx.1998xx.xx.20 01-ci il (2 il 11 ay) X4 MMC-də mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı köməkçisi peşəsində çalışmışdır. xx.xx.2002-xx.xx.2004-cü illər (2 il 6 ay 23 gün ) X4 MMC-də mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı peşəsində, xx.xx.2004-xx.xx.2006 (1 il 2 ay) qaynaqçı vəzifəsində X2 ltd və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə çalışmışdır. Bütün yuxarıda sadalanan vəzifələrdə çalışmasını əmək kitabçası ilə yanaşı, arxiv arayışları da təsdiq edir. xx.xx.2021-ci il tarixində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşının təqaüd həddinə çatması ilə əlaqədar olaraq təqaüdə çıxmaq istəyini bildirmiş, lakin imtina məktubu gəlmişdir. İdarə tərəfindən imtinaya səbəb xx.xx.199 8-xx.xx.2001-ci il (2 il 11 ay) X4 MMC-də mexaniklər xidmətində isti və zərərli iş şəraitində qaynaqçı köməkçisi peşəsində və xx.xx.2004- xx.xx.2006 (1 il 2 ay) qaynaqçı vəzifəsində X2 ltd və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə çalışmış olduğu illərin nəzərə alınmaması olmuş və nəticədə o, güzəştli şərtlərlə pensiya hüququndan məhrum olmuşdur.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4195/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu 13 mart 2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1 993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının “İİİ. Metallurgiya istehsalatı (qara metallar)” bölməsinin 2-ci Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən əl ilə elektrik qaynaqçıları (1030200a—1753a) peşəsi nəzərdə tutulmuşdur. 2 nömrəli Siyahısının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “neft və qaz hasilatı üzrə operatorlar” (kod: 2130200a—15824) peşəsi, həmçinin “XXXİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod: 23200000—11620) peşəsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasə n məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda nəzərdə tutulmuşdur və iddiaçı həmin peşələr üzrə 12 il 6 aydan artıq (13 il 2 ay 10 gün) müddət işləmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajına malik olmuşdur

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli 2-1(103)-317/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(112)-41 95/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.2004-xx.xx.2006-cı illərdə “X1 LTD” və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə qaynaqçı vəzifəsində işləməsi ilə bağlı dövlət arxivinin arayışının Mərkəzi Filiala daxil olmadığını qeyd edir. Cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “X2” LTD-də işləmişdir. Həmçinin əmək kitabçasında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Eyni zamanda SOCAR- ın Baş ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “X2” MMC xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dövr də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, təhsil və hərbi xidmət müddəti daxil olmaqla iddiaçının xx.xx.2006- cı il tarixədək ümumi stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1998xx.xx.1998-ci illərdə işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi, xx.xx.1981xx.xx.1981, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984- xx.xx.1990, xx.xx.1998-xx.xx.2001, xx.xx.200 2-xx.xx.2004, xx.xx.2004-xx.xx.2006-cı illər ərzində işlədiyi qaynaqçı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmə, a) fəhlələr, kod 2130200a—15824 neft və qaz hasilatı üzrə operatorlar; XXXİİİ Bölmə Ümumi peşələr, kod 23200000—11620 qaz qaynaqçıları, kod 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (13 il 2 ay 10 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu yaranmışdır

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvəd ə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;.... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır

16. Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Xİİ - Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmə, a) fəhlələr, kod 2130200a—15824 neft və qaz hasilatı üzrə operatorlar; XXXİİİ - Ümumi peşələr, kod 23200000—11620 qaz qaynaqçıları, kod 23200000 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının ümumi iş stajının tələb olunan 25 ildən çox olması və xx.xx.1981-xx.xx.1981, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1990, xx.xx.2002xx.xx.2004-cü illər olmaqla ümumilikdə 8 il 11 ay 28 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır.

23. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal xx.xx.1998xx.xx.2001-ci illərdə “X4” MMC-də mexaniklər xidmətində işlədiyi qaynaqçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömr əli siyahıda nəzərdə tutulmaması və iddiaçının xx.xx.2004-xx.xx.2006-cı illərdə “X1 LTD” və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə qaynaqçı vəzifəsində işləməsi ilə bağlı dövlət arxivinin arayışının təqdim edilməməsindən ibarətdir.

24. İddiaçının xx.xx.1998-xx.xx.2001-ci illərdə “X4” MMC-də mexaniklər xidmətində işlədiyi qaynaqçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahıda nəzərdə tutulmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “X4 QSC” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan göründüyü kimi, İddiaçı xx.xx.1998xx.xx.2001-ci illərdə “X4” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Mexaniklər sahəsində qaynaqçının köməkçisi işləmişdir ki, həm in peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 33-cü ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir.

25. Digər tərəfdən, “qaynaqçı” (qaz qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s.) peşələri, hər bir halda, yuxarıda istinad edilən Siyahıda aşkar olaraq nəzərdə tutulmuşdur və mübahisələndirilməli deyil.

26. İddiaçının xx.xx.2004-xx.xx.2006-cı illərdə “X1 LTD” və ARDNŞ tərəfindən təsis edilmiş müştərək müəssisədə qaynaqçı vəzifəsində işləməsi ilə bağ lı dövlət arxivinin arayışının təqdim edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası iş stajını təsdiq edən əsas sənəddir və iddiaçının qeyd olunan illərdə həmin müəssisədə işləməsi onun əmək kitabçası ilə öz təsdiqini tapır.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar