Məhkəmə qərarları › İş №2-1(102)-1761/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1761/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1761/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması 30.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-664/201 9 saylı, x xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1997-ci ildə Dağıstan Dövlət Universitetinin Bakı filialına qəbul olmuş və 2002-ci ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmişdir.

2. İddiaçı diplom üzrə ixtisasının ölkə ərazisində tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir.

3. Cavabdehin xx.xx.2018-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsi ilə onun fəaliyy əti dayandırılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndinə əsasən ona (ərizəçiyə) RF Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx xxxx 2002-ci il tarixli DİS ******* nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı X2 Dövlət Universiteti tərəfindən ona verilmiş xx xxxx 2002-ci il tarixli DİS ******* nömrəli, 590 qeydiyyat nömrəli hüquqşünaslıq ixtisası üzrə dövlət imtahan komissiyasının qərarı ilə verilən diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ixtisasın nostrifikasiyası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Dağıstan Dövlət Universitetinin Bakı filialına qəbul olmuş və 2002-ci ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmişdir. Ona xx xxxx 2002-ci il tarixli DİS ******* nömrəli diplom verilmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, DDU-nun Bakı filialı hətta qeyri-qanuni fəaliyyət göstərsə də belə, onun ləğvi ilə bağlı məhkəmə aktı 2007-ci ilədək həmin təhsil müəssisəsini bitirmiş şəxslərə şamil edilə bilməz. Edilsə belə, qətnamədə DDU-nun Bakı filialının yalnız fəaliyyətinin dayandırılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmiş və həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir.

6. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, nazirlik tərəfind ən iddiaçının sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, o, X4 Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsində əyani şöbədə təhsil almışdır. Həmçinin bu fakt iddiaçının təqdim etdiyi ərizəsində də öz əksini tapmışdır. Digər tərəfdən iddiaçının təqdim etdiyi diploma əlavədən göründüyü kimi, vətəndaşa nə «Azərbaycan dili», nə də ki, «Azərbaycan tarixi» fənləri tədris olunmamışdır. Həmin dövrdə qüvvədə olan (1992-ci ildə) Azərbaycan Respublikasının Təhsil Qanununun 6-cı maddəsinə əsasən «Azərbaycan dili», «Azərbaycan tarixi», «Azərbaycan ədəbiyyatı», «Azərbaycan coğrafiyası» fənlərinin tədrisi məcburidir. RF Dağıstan Dövlət Universitetinin Bakı filialı qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərirdi. RF Dağıstan Dövlət Universitetini Bakı filialı Azərbaycan Respublikasını n Qanunları və ondan irəli gələn digər normativ-hüquqi aktların tələblərinin icrasına məhəl qoymadan qanunsuz (lisenziya olmadan) fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxx 2007ci il tarixli 2398/4 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərən təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8) xx xxx 2019-cu il tarixli, 2-1(82)-1105/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2398/4 saylı qətnaməsi ilə iddia tələbinin “DDU-nin fəaliyyətinin dayandırılması” hissəsində təmin edilməsi, “filialı n fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmiş, bununla da, DDU-nin fəaliyyətinin dayandırılmasınadək verilmiş diplomların qanunsuz sayılmamasını özündə ehtiva edir. Belə olan halda isə iddiaçıya DDU-i tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli DİS ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna ziddir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X13 və X9, 2-1(103)-2125/2019 saylı iş) xx x xxxxxx 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarını ləğv etmiş və iddia tələbini təmin etməmişdir.

11. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı Universitetin Bakı filialının qanuna müvafiq dövlət qeydiyyatı olmadan və lisenziyasız fəaliyyət göstərdiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin iddiaçının həmin Universitetin Filialına qəbulu da Azərbaycan Respublikası qanunvericiliyinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən tələbə qəbulu qaydalarına müvafiq olmamışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçının diplomu üzrə ixtisasın tanınmasından və ekvivalentliyin müəyyən edilərək şəhadətnamə verilməsindən imtina etməsi əsaslıdır.

12. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli qərarını xx xxxxxxx 2019-cu il tarixdə qəbul almış, qərardan xx xxxxxxx 2019-cu il tarixdə kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat

13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Quliyev Zakir Müslüm oğlu məruzəçi, X5 və X10; 2-1(102)-3527/19 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2125/19 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.

14. Kasasiya instansiya məhkəməsi hesab etmi şdir ki, apelyasiya instansiyası 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsində iddia tələbini “filialın fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilməsi halını araşdırmamış və İPM-nin 68.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Bundan əlavə, iddiaçı təhsil müəssisəsini 2002-ci il tarixdə bitirmiş, müəssisənin fəaliyyəti isə 2007-ci ildə dayandırılmışdır. Həmçinin təhsil müəssisəsinin dövlət qeydiyyatından keçməməsi iddiaçının təqsiri deyildir. d) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X15-məruzəçi, X11 və X12, 2-1(103)-664/2019 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2398/4 saylı qətnaməsi ilə iddia tələbinin “DDU-nun fəaliyyətinin dayandırılması” hissəsində təmin edilməsi, “filialın fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilməsi, DDU-nun fəaliyyətinin dayandırılmasınadək verilmiş diplomların qanunsuz sayılmamasını özündə ehtiva edir. Belə olan halda isə iddiaçıya DDU tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli DİS ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən ed ilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna ziddir.

17. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, qərardan xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

18. İddiaçının təhsil aldığı müəssisənin hüquqi statusu müəyyən edilməmiş, yəni həmin filialın qanunvericiliyə uyğun qaydada qanuni fəaliyyət göstərib-göstərməməsi araşdırılmamışdır. Bundan əlavə, dövlət qeydiyyatı olmayan filial eyni zamanda lisenziyasız fəaliyyət göstərmişdir və bu səbəbdən də onun fəaliyyəti məhkəmə qərarı ilə dayandırılm ışdır. vətəndaşa nə «Azərbaycan dili», nə də ki, «Azərbaycan tarixi» fənləri tədris olunmamışdır. Həmçinin iddiaçının AR hansı qanununa əsasən və hansı qaydada universitetə daxil olması barədə heç bir əsas məlum deyildir. Filialın müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmadan öz daxili imtahanları əsasında tələbə qəbulu keçirməsi öz-özlüyündə universitetin qanunsuz fəaliyyət göstərməsinin sübutudur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətdə göstərilənlərin əsassız olduğunu bildirmiş, şikayətin rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqq ında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 22. “Təhsil haqqında” Qanun: Maddə. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (xx xxxx 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ h üquqi aktlarla tənzimlənir. 23. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə

13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar.

24. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqı nda şəhadətnamələr verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının ta nınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 28. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi: Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya tə şkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. 29. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq l isenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşa ğıdakıları qeyd edir.

34. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Dağıstan Dövlət Universitetinin Bakı Filialı lisenziyası olmadan fəaliyyət göstərmiş və onun fəaliyyəti qanunsuz olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dayandırılmışdır.

35. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir.

36. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır.

37. Lakin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.

38. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələ rin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar.

39. Həmçinin xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.

40. İddiaçı da məhkəmə tərəfindən qətnamə qəbul edildikdən xeyli əvvəl-2002-ci ildə Filialı bitirmişdir.

41. Odur ki, iddiaçı xx xxxx 2002-ci ildə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır.

42. Məhkəmə kollegiyası Ali M əhkəmənin İnzibati-İqtisadi kollegiyasının əvvəlki qərarında olan mövqeyini təkrarlayaraq qeyd edir ki, Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırkı vəziyyətdə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

43. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 96.9 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 iyun tarixli 21(103)-664/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar