Məhkəmə qərarları › İş №2-1(102)-1761/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1761/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1761/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: inzibati icraat aparılmadan və müvafiq inzibati akt qəbul edilmədən pensiya ödənişinin dayandırılması; dayandırılmış əmək pensiyasının bərpa edilməsi; yaranmış fərqin ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş pensiya məbləğinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qı zı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, yaranmış fərqin ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1652/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 30 iyun 2017-ci il tarixli, 484 nömrəli qərarı ilə iddiaçıya 30 iyun 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya ödənişləri 2020-ci ilin sonlarından etibarən dayandırılmış, həmin vaxtadək iddiaçıya ödənilmiş 5500 manat pul geri alınmışdır.

2. İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, yaranmış fərqin ödənilməsi və ondan geri alınmış pensiya məbləğinin geri qaytarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinə hər hansı münasibət bildirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş pensiyanın dayandırıldığı tarixd ən bərpa edilməklə ödənişinə başlanılması, yaranmış pensiya məbləği fərqinin ödənilməsi və dövlət büdcəsinə ödədiyi 5500 manat pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı ildə Qubadlı rayonunda anadan olmuş, 01 sentyabr 1970-ci il tarixdən 26 iyul 1978-ci il tarixə qədər Sumqayıt şəhəri 17 nömrəli Texniki peşə məktəbində avtomobillərin təmiri üzrə çilingər ixtisasında peşə təhsili almışdır. Peşə təhsilini başa vurduqdan sonra 14 avqust 1978-ci ildən 07 may 1979-cu ilə qədər Sumqayıt avtomobil sahəsində çilingər işləmiş, 1979-1981ci illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra 22 avqust 1981-ci il dən 09 iyul 1983-cü ilə qədər Bakı maliyyə - kredit texnikumunda orta ixtisas təhsili almış, təhsini başa vurduqdan sonra 15 iyul 1983-cü ildən 13 sentyabr 1993-cü ilə qədər M.Qorki adına sovxozda (sonradan sovxoz ləğv edilərək kolxoza çevrilmişdir) mühasib və baş mühasib, 13 sentyabr 1993-cü ildən 06 may 1999-cu ilə qədər Bakı Poladtökmə zavodunun 1 nömrəli Poladəritmə sexində 1-ci dərəcəli çalovçu köməkçisi, 06 may 1999-cu ildən 19 dekabr 2003-cü ilə qədər həmin sexdə 1-ci dərəcəli poladəridən köməkçisi peşəsində işləmişdir. Bakı Poladtökmə zavodunda onun işlədiyi vəzifələrin zərərli peşələrə aid olması barədə güzəştli arayış tərtib edilmişdir. Göstərilən sənədlər əsasında keçmiş DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən ona 30 iyun 2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası təyin edilmişdir. O, bir müddət həmin pensiyanı almış, lakin 2020-ci ilin sonlarında pensiya ödənişləri dayandırılmışdır. Dayandırılmaya səbəb, DSMF əməkdaşları tətəfindən onun işlədiyi Bakı Poladtökmə zavodunda aparılmış yoxlama olmuşdur. Onda olan məlumata görə, yoxlama zamanı onun 1993, 1994, 2001 və 2002-ci illərdə əmək haqqı cədvəlləri müəssisə tərəfindən yoxlamaya təqdim edilmədiyindən həmin dövrlər DSMF tərəfindən iş stajı kimi qəbul edilməmişdir. Ona təyin edilmiş pensiya bu yoxlama nəticəsində dayandırılmış və həmin dövrə qədər ona ödənilmiş 5500 manat pul geri ödətdirilmişdir. Bundan sonra o, özü araşdırma aparmış və “X1” ASC tərəfindən verilmiş sənədlərdən belə müəyyən olunmuşdur ki, onun zavodda işlədiyi müddətdə 1993-2003-cü illərdə əmək haqqı cədvəli tərtib edilərək ona təqdim edilmiş, 2002-2005-ci illərdə isə arxivdə saxlanılan sənədlərin yararsız hala düşməsi nəticəsində adıçəkilən cədvəllərin təqdim edilməsi mümkün olmamışdır. 2002-2005-ci illərin əmək haqqı sənədlərinin yararsız hala düşməsinə dair ASC tərəfindən ona 10 may 2007-ci il tarixli aktın surəti təqdim edilmişdir. Adıçəkilən sənədlər 30 iyun 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana təqdim edilmiş və pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, dövlət büdcəsinə ödədiyi 5500 manat pensiya məbləğinin ona geri qaytarılması xahiş edilmişdir. Lakin hazırkı vaxta qədər (məhkəməyə müraciət edilən xx.xx.2021-ci il tarixədək) cavabdeh inzibati orqan tərəfindən həmin ərizəyə hər hansı bir cavab verilməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim olunmamışdır.

6. Bak ı İnzibati Məhkəməsinin 2-1(112)-2000/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırıldığı tarixdən bərpa edilməsi, yaranmış pensiya məbləği fərqinin ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş 5500 manatın ona geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pensiya işində pensiyanın dayandırılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qərar qəbul edilməsi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər mövcud deyil. İnzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilməsi - konkret olaraq pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi müəyyən olunmur. Bu isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir.

8. Məhkəmə bu qərarda ifadə edilmiş yanaşmanı nəzərə alaraq hesab etmişdir ki, işin konkret hallarına əsasən, iddiaçıya pensiya ödənilməsinin dayandırılması nəticəsində cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli t arazlıq təmin edilməmiş və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

9. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan birtərəfli qaydada pensiya ödənişini dayandırmışdır. Odur ki, iddiaçının pensiyasının hesablanmasında riyazi səhvə yol verildiyi cavabdeh tərəfindən əsaslandırılmadığından, eləcə də pensiyanın dayandırılması barədə müvafiq qərar olmadığından iddiaçı tərəfindən 28 sentyabr 2020-ci il tarixdə ödənilmiş 5000 manat, 14 oktyabr 2020-ci il tarixdə ödənilmiş 500 manat, cəmi 5500 manat ona geri qaytarılmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1652/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2000/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarı “xx.xx.2020-ci il tarixdən bərpa edilməsi” ifadəsi əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci insta nsiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. İddiaçıya 08 may 2017-ci il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu n 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır.

15. Araşdırma nəticəsində iddiaçının ümumi və güzəştli iş stajının yetərli olmaması, güzəştli şərtlərlə pensiyanın qanunvericiliyə zidd olaraq təyin edilməsi əsas götürülərək ona 5500 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, həmin məbləğin qaytarılması barədə ona müraciət edilmiş və iddiaçı tərəfindən həmin məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır.

16. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında 1993-2003-cü il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Poladəritmə sexində işlədiyi qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı iddiaçıya işlədiyi müəssisə tərəfindən 1995-ci il üzrə 12 ay, 1996cı il üzrə 12 ay, 1997-ci il üzr ə 6 ay, 1998-ci il üzrə 3 ay, 1999-cu il üzrə 8 ay, 2000-ci il üzrə 8 ay olmaqla əmək haqqı ödənildiyi aşkar edilmişdir

17. Araşdırma zamanı 1993, 1994, 2001 və 2002-ci illərin əmək haqqı cədvəlləri təqdim olunmadığından həmin dövrləri onun ümumi və xüsusi iş stajına daxil etmək mümkün deyil. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövr üzrə ümumilikdə 7 il 1 ay müddətini onun ümumi və xüsusi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi və xüsusi iş stajı qanunla müəyyənləşdirilmiş həddə olmadığına görə ona əmək pensiyasının ödənilməsi dayandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın d əlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdik də; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğugündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona g örə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyi n mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan cavabdeh orqanın müvafiq qurumu tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsində yanlışlığa yol verildiyi müəyyən edilmiş və pensiya ödənişi 09 sentyabr 2020-ci il tarixdən dayandırılmış, ona artıq ödənilmiş 5500 manat pensiya məbləği isə geri ödətdirilmişdir.

31. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olu nduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilə r. Yəni, inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan, həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına ola n hüququnu da nəzərə almalıdır. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

32. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İ nzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

33. Bu baxımdan, inzibati icraat qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırma qda cavabdeh haqlı sayıla bilməz.

34. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat ha qqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

35. Qeyd edilməlidr ki, inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi inzibati akt əsasında həyata keçirilmişdir. Lakin işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, həmin inzibati akt hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir.

36. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməs i ilə də razılaşır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1652/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar