Məhkəmə qərarları › İş №2-1(102)-1761/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1761/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1761/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1249/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 21.12.2012-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsində əksini tapmış məlumatlara görə İddiaçı xx.xx.1974-cü ildə Quba rayonu, Alpan kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Quba rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş xx.xx.2008-ci il tarixli, 078058 nömrəli “Müharibə veteranı” vəsiqəsinə əsasən o, Qarabağ Müharibəsi veteranı imtiyazlarından istifadə etmək hüquqlarına malik olan şəxsdir.

3. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin “İddiaçı mənzil uçotunun yaşayış yeri ü zrə güzəştli siyahıya keçirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 176 nömrəli Sərəncamına əsasən, iddiaçı xx.xx.2012-ci il tarixdən yaşayış yeri üzrə Quba RİH-də mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda o, yaşayış yerini dəyişməsi səbəbi ilə ünvan 3 ünvanda qeydiyyata alınmışdır. Bununla əlaqədar onun mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə köçürülməsi üçün sənədlər Yasamal RİH-nə göndərilmişdir. Qeyd olunanlara əsasən iddiaçının növbəsi xx.xx.2012-ci il tarixdən Yasamal Rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçot siyahısına daxil edilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 186/9 nömrəli arayışda göstərilir ki, ünvan 4 ünvanda qeydiyyatda olan iddiaçı Yasamal Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə xx.xx.2012-ci il tarixdən Qarabağ Müharibəsinin İ qrup əlili kimi güzəştli əsaslarla mənzil uçotundadır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)4714/2014 nömrəli qətnaməsinə əsasən iddiaçının 23 iyun 1994-cü il tarixdən 2008-ci ildə TSEK tərəfindən əlillik təyin olunan vaxtadək əlil olması faktı təsdiq edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə birinci dərəcəli əlillik təyin olunmuşdur.

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasını xahiş etmişdir.

8. İddiaçının hazırkı tələblə bağlı müraciətlərinə cavab ol araq verilmiş cavabdehin aşağıdakı məktublarında göstərilmişdir: - xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktuba əsasən, onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacağı qeyd olunmuşdur. - xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktuba əsasən, Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 4 mart 2014-cü il tarixli, 188/d nömrəli məktubda onun xx.xx.2012-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Sosial Xidmətlər Agentliyində qəbul edilərkən ona Nazirliyin balansında olan mənzillərdən təklif olunmuş, lakin o, Bakı şəhərinin Nəsimi və Yasamal rayonları ərazisində, habelə Binəqədi rayonu, Azadlıq metrosu ətrafında mənzil lə təmin edilmək istədiyini bildirmişdir. Həmin ərazilərdə Nazirliyin balansında mənzillərin olmadığı barədə ona məlumat verilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacağı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 13 aprel 2022-ci il tarixdə cavabdehə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin üzərinə “Yasamal rayon ərazisində iki otaqlı mənzillə təmin edilmə öhdəliyinin” qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı 2 dəfə ağır yaralanmışdır (1993 və 1994-cü illərdə) və bu səbəblə İ qrup əlillik dərəcəsi almışdır. 11 oktyabr 2012-ci il tarixdən mənzil növbəsinə dayansa da, cavabdeh orqan artıq 10 ildən artıqdır əsassız və formal bəhanələrlə onu evlə təmin etməmişdir. 2012-ci ildə qanunsuz olaraq mənzil növbəsinə alınmışdır. Onun statusunda olan şəxsə haqqı olan mənzil növbədənkənar verilməli idi. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində əlillərin dövlət hesabına mənzillə təmin edilməsi hüququ təsbit edilmişdir. Qanunun 43-cü maddəsində həmçinin yazılmışdır ki, l qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.

11. Cavabdeh t ərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçıya mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 1 (bir) nəfər ailə tərkibini nəzərə alaraq 1 (bir) otaqlı mənzil təklif edilmişdir. Lakin iddiaçı əsassız olaraq sözügedən mənzildən imtina etmişdir. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı Qərarına əsasən “Sosial kirayə müqaviləsi” əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının İnzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillə rdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir. Bu normadan da göründüyü kimi mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kv.m müəyyən olunmuşdur. Sözügedən normada həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə təmin edilərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliyidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.”

12. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli, 2-1(112)-7840/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının, xx.xx.2012-ci il tarixli, 176 nömrəli sərəncamı ilə iddiaçının xx.xx.2012-ci il tarixdən Yasamal Rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçotu siyahısına daxil edildiyi nəzərə alınmaqla, cavabdeh tərəfindən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında ola n mənzillərdən təklif olunsa da, sonuncu təklif olunan mənzillərin, yerləşdiyi ərazi və mənzillərin sahəsi ilə razı olmadığından həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən sosial xidmətə ehtiyacı olan şəxs kimi iddiaçıya münasibətdə hazırki tələb üzrə onun sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1249/20 23 nömrəli qərarı ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli, 21(112)-7840/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ona təklif edilən mənzillərdən imtina etməsi onun kimi mənzillə təmin olunmalı olan şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər ki, hüquqdan sui-istifadə hallarına yol verilməsi qanunla qadağandır. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, iddiaçıya müxtəlif ünvanlarda mənzillər təklif edilmiş, lakin o, Bakı şəhəri, Yasamal rayonu ərazisində iki otaqlı mənzil verilməsini tələb etməkdə təkid edərək təklif olunan mənzillərdən imtina etmişdir.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayəti nin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təklif olunmuş mənzillərin ərazisi iddiaçı üçün tamamilə əlverişsiz ərazilərdir. Belə ki, mövcud qaydalara görə əlillərin mənzillərini müxtəlif vəziyyətlərinə (şərait, abadlıq vəziyyəti, mərtəbə və digər göstəricilərə) uyğun tələb etmək hüququ vardır. Əlavə olaraq, onların istəklərinə uyğun olaraq qohumlara, reabilitasiya müəssisələrinə və iş yerlərinə yaxın mənzil istəmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınmalıdır. İddiaçı hal-hazırda Yasamal rayonunda qeydiyyatdadır və uzun müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. Həmçinin iddiaçı səhhəti ilə əlaqə dar olaraq ilin bir neçə ayı ardıcıl olaraq Respublika Klinik Xəstəxanasında davamlı olaraq ambulator və stasionar müalicə alır. Bununla belə, cavabdeh orqan tərəfindən iddiaçıya təklif olunmuş mənzillər ya Quba rayonunda, ya da yaşadığı ərazidən çox uzaq məsafədə yerləşən şəhərətrafı ərazilərdə olub. Bundan başqa, məhkəməyə təqdim edilən xəstəxana epikrizlərində də həkim göstərişi ilə qeyd edilib ki, onun səhhəti ilə əlaqədar olaraq soyuq temperaturlu mühitdə yaşaması məsləhət görülmür. Eyni zamanda iddiaçı səhhəti ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir və maddi durumu çox aşağıdır. Uzun müddətdir ki, kirayə mənzildə yaşayır və qazandığı pensiya haqqını kirayə ödənişinə verir. Mənzili olmadığı üçün bu günədək ailə həyatı qura bilmir. Halbuki, ailə quracağı təqdirdə ona adambaşına düş ən mənzil sahəsi daha böyük olacaqdır. Belə olan halda, gələcəkdə ailə quran zaman mənzili dəyişməyin və ya yeni mənzilə sahib olmağın da mümkünsüz olduğu nəzərə alınmalı və ona əvvəlki qaydada təklif edilmiş sahədə (iki otaqlı) mənzil verilməlidir. Həmçinin cavabdeh orqan tərəfindən təklif olunan mənzillərin bəzilərinə iddiaçı razılıq verərək qəbul etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə həmin mənzilləri iddiaçıya verməkdən çəkinmişdir. Bundan əlavə, təklif olunan mənzillərin hər biri iki otaqlı olmasına baxmayaraq sonuncu dəfə iddiaçıya artıq bir otaqlı mənzil təklif olunmuşdur. Baxmayaraq ki, iddiaçı 2012-ci ildən mənzil növbəsindədir və ona məhz həmin dövrdə mövcud sərəncamlar üzrə müəyyən edilmiş normalara uyğun mənzillər təklif edilməlidir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri Maddə 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə

49. Yaşayış sahəsini n ayrılma norması və yaşayış sahəsinin uçot norması Maddə 49.1. sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 49.2. dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları Maddə 5 0.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə ya şayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması Maddə 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən u çotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər Maddə 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə

56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi Maddə 56.1. yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hal lar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Maddə 56.2. sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1-ci maddəsinə əsasən yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valid eynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Maddə 56.5. sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Maddə

57. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən vətəndaşların qanuni mənafelərinin nəzərə alınması Maddə 57.1. sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. 21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konst itusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. 22. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərd ən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi m əsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçıya Yasamal rayonunda iki otaqlı mənzil sahəsinin ayrılması ilə bağlı təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 32. “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları t əmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin sosial hüquqların təminatı ilə bağlı qeyd edilən hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırkı inzibati mübahisə üzrə cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, cavabdeh inzibati orqan iddiaçının sosial təminat hüququnun həyata keçirilməsi baxımından mövcud imkanlarının maksimal həddi çərçivəsində davranaraq iddiaçıya dəfələrlə müxtəlif ərazilərdə müxtəl if mənzillər təklif etmişdir.

34. İddiaçı özü də kassasiya şikayətində ona cavabdeh orqan tərəfindən müxtəlif mənzillərin təklif olunduğunu bildirmiş, lakin təklif edilən mənzillərin ya Quba rayonunda, ya da yaşadığı ərazidən çox uzaq məsafədə yerləşən şəhərətrafı ərazilərdə olduğunu bildirmişdir.

35. Bununla bağlı, qeyd edilməlidir ki, sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı şəxsə mənzil ayrılması zamanı həmin mənzilin yerləşməsi ilə bağlı meyarlar Mənzil Məcəlləsində göstərilməmiş, eləcə də, bu barədə qanunvericilikdə hər hansı tənzimləmə mövcud deyil.

36. İddiaçı kassasiya şikayətində “mövcud qaydalara görə əlillərin mənzillərini müxtəlif vəziyyətlərinə (şərait, abadlıq vəziyyəti, mərtəbə və digər göstəricilərə) uyğun tələb etmək hüququ vardır, əlavə olaraq, onların istə klərinə uyğun olaraq qohumlara, reabilitasiya müəssisələrinə və iş yerlərinə yaxın mənzil istəmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınmalıdır” kimi iddia ilə çıxış etsə də, bununla bağlı qüvvədə olan qanunvericiliyə istinad edə bilməmiş, həmin dəlilin maddi-hüquqi əsasını göstərə bilməmişdir.

37. Halbuki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sosial təminat hüququnun həyata keçirilməsi – ona mənzil ayrılması barədə əməli addımlar atılmış, iddiaçıya bir sıra mənzillər təklif edilsə də, sonuncu həmin mənzillərdən imtina etmişdir. Qanunvericiliklə cavabdehin üzərinə ayrılması nəzərdə tutulan mənzilin yerləşməsi ilə bağlı hər hansı meyar üzrə öhdəlik qoyulmamışdır. Belə olan halda, cavabdehin davranışı hazırkı qərarın 31-ci bəndində qeyd edilən Konstitusiya Məhkəmə sinin hüquqi mövqeyinə (sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir) uyğun olmuşdur.

38. Digər tərəfdən, iddiaçı ona məhz iki otaqlı mənzil sahəsinin ayrılmasını tələb edir və bunu gələcəkdə ailə qurmaq niyyəti ilə əlaqələndirir. Ərazi yerləşməsindən fərqli olaraq ayrılması nəzərdə tutulan mənzil sahəsinin dəqiq ölçüləri qanunvericiliklə müəyyən edilmişdir.

39. Belə ki, hazırkı qərarın 22-ci bəndində qeyd edilən maddi hüquq normasına əsasən adambaşına düşən ayrılma norması 16 kvadratmetr müəyyən edilmişdir. Həmin ayrılma norması yalnız Mənzil Məcəlləsinin 57.1-ci maddəsində nəzərdə tutulmuş iki halda artırıla bilər.

40. Belə ki, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından ik i dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər. Lakin belə yaşayış sahəsi hər bir halda bir otaqdan və bir otaqlı mənzildən ibarət olmalıdır. Digər halda isə həmin yaşayış sahəsinə Mənzil Məcəlləsinin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun.

41. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı bir nəfər ailə tərkibi (özü) nəzərə alınaraq ona bir otaqlı mənzillər təklif olunmuş, lakin o, bundan imtina edərək ailə qurmaq niyyətinin olduğuna görə iki otaqlı mənzillə təmin olunmasını iddia edir.

42. İlk olaraq nəzərə almaq lazımdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdən Yasamal Rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçot siyah ısına daxil edilmiş və həmin tarixdən iddiaçının ailə tərkibində hər hansı dəyişiklik baş verməmişdir. İddiaçı hal-hazırda ona ayrılmalı mənzil sahəsinin daha geniş – iki otaqlı olması ilə bağlı tələbinə dair hər hansı dəlil irəli sürə bilməmiş, iddiasını sadəcə olaraq ailə qurmaq niyyəti ilə əsaslandırmışdır.

43. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

44. Məhkəmə kollegiyası yu xarıda göstərilənlərə əsasən, QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 21(103)-1249/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar