Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1761/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yataqxana mənzilinə mənzil kirayə müqaviləsi bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-493/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1988 - xx.xx.2000-ci illərdə İddiaçı Bakı Keşlə Maşınqayırma Zavodunda işlədiyi dövrdə müəssisənin balansında olan ünvan 1 ünvanında yataqxananın 4-cü mərtəbəsində 105 saylı mənzil 3 nəfər ailə tərkibi ilə yaşamaq üçün verilmiş və yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
2. İddiaçı uzun müddətdir ki, həmin mənzildə yaşamır, mənzildə məcburi köçkün ailəsi məskunlaşmışdır.
3. Yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır.
4. Yataqxana cavabdeh birliyin balansı na verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi, sonradan isə xx.xx.2023-cü il tarixli ərizəsində iddia tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Özbəkistan küçəsi, ev 21, 69 saylı mənzilin onun adına sənədləşdirilməsi üçün sərəncamın verilməsi və həmin mənzilə dair onunla Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında (1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi) arasında kirayə müqaviləsinin bağlanmasının cavabde hə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin çilingər, daha sonra körpülü kran sürücüsü vəzifəsində işləmiş, 1992-ci ildə ailə qurmuş, o zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxanasının 105 saylı mənzili ailəsinə orderlə verilmişdir. Ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamış və 2002-ci ildə ona məxsus mənzilin Zəngilan rayonundan məcburi köçkün X11 və onun ailəsi tərəfindən zəbt olunmuşdur. Həmin vaxt məcburi köçkün və qaçqınların yaşadıqları mənzildən, onların geri qayıdana kimi çıxarılmaması barədə Fərman əsas gətirərək onları çıxarmaq mümkün olmamışdır. O, ailəsi ilə birlikdə artıq 20 ildən çoxdur ki, adına mənzil ol a-ola kirayədə qalır. Bununla bağlı aidiyyəti qurumlara müraciət etdikdə ona bildirilmişdir ki, “ünvan 2 ünvanda yerləşən və X8 məxsus yataqxana binası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli Dövlət Əmlakının İdarə edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 197 saylı sərəncamı ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020-ci il tarixli 136 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfat Birliyinin balansına və Birliyin 117 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin strukturunda qismən dəyişiklik edilmiş, 117 saylı MKİS ləğv edildiyindən, MKİS-nin mənzil fondu 83 saylı MKİS- nin istismarına verilmişdir. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir.
7. Ona görə də mənzilə olan qeydiyyatında və mənzilin onun istifadə verilməsi barədə orderində ziddiyyət təşkil etdiyindən, həmin ziddiyyətin aradan qaldırılması zərurəti vardır. Belə ki, ona verilmiş order binanın 105 saylı mənzili, binada aparılan inventarizasiya nəticəsində ilkin olaraq X4 və daha sonra isə alqı-satqı əsasında X5 məxsusdur. Hazırda orderlə onun istifadəsinə verilmiş mənzil invertarizasiya nəticəsində 69 saylı olması bildirildiyi üçün, həmin mənzilin onun istifadəsinə verilməsi barədə kirayə müqaviləsi bağlanmalıdır.
8. Cavabdeh iddiaya etira zında bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin müvafiq sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli 136 saylı sərəncamı ilə əvvəllər "xxxx" ASC-nin X8 məxsus olmuş ünvan 1 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş, aparılan təhvil-təslim zamanı İddiaçı orada yaşamamış və adına yaşayış sahəsi olmamışdır. Yataqxana binasında aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq təhvil-təslim zamanı binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Bina balansa qəbul edi lməmişdən əvvəl, 2002-ci ildən hal-hazıradək 69 (keçmiş 105) saylı otaqda Zəngilan rayon məcburi köçkünü X11 ailə üzvləri ilə birlikdə məskunlaşmaqla faktiki olaraq yaşayır.
9. İddiaçı ərizəsində ona məxsus mənzilin 4-cü mərtəbədə yerləşdiyini və orada məcburi köçkün R.İ.İsmayılovun ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etməsinə baxmayaraq, əsassız olaraq 5-ci mərtəbədə yerləşən 105 (keçmiş 116) saylı otağın başqa şəxsin adına qanunsuz olaraq özəlləşdirildiyini bildirmiş, lakin həmin ünvanda yaşayış otağı ilə təmin olunması barədə onun tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
10. Keşlə Maşınqayırma zavodu tərəfindən 105 saylı otaq orderə əsasında müəssisədə işləmiş X2 istifadəsinə verilmiş və o, faktiki olaraq yaşadığı mənzili özəlləşdirdikdən sonra 2016-cı ild ə alqı-satqı müqaviləsi ilə X1. Hazırda mənzilin mülkiyyətçisi olan, adı çəkilən X9 105 saylı mənzillə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh İddiaçı qarşı qeydiyyatın ləğvi tələbinə dair iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində göstərdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmamış, həqiqəti əks etdirmir və əsassız hesab olunur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3869/2024 saylı 21 avqust 2024-cü il tarixli qərarı ilə (hakim X12) iddia rədd edilmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X10-məruzəçi, X7 və X13) 2-1(103)-493/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(112)-3869/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin çilingər, daha sonra “körpülü kran sürücüsü" vəzifəsində işləmiş, 1992-ci ildə ailə qurmuş, o zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçi lər üçün müəyyən edilmiş yataqxanasının 105 saylı mənzili ailəsinə orderlə verilmişdir. Ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamış və 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük getmiş, geri qayıdanda ona məxsus mənzilin Zəngilan rayonundan məcburi köçkün X11 və onun ailəsi tərəfindən zəbt olunduğunu görmüşdür. ünvan 2 ünvanda yerləşən və X8 məxsus yataqxana binası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının İdarə edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 197 saylı sərəncamı ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020-ci il tarixli 136 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına və Birliyin 117 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin strukturunda qismən dəyişiklik edilmiş, 117 saylı MKİS ləğv edildiyindən, MKİS-nin mənzil fondu 83 saylı MKİSnin istismarına verilmişdir.
17. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir. Ona görə də mənzilə olan qeydiyyatında və mənzilin onun istifadə verilməsi barədə orderində ziddiyyət təşkil etdiyindən, həmin ziddiyyətin aradan qaldırılması zərurəti vardır. Belə ki, ona verilmiş order binanın 105-saylı mənzili, binada aparılan inventarizasiya nəticəsində ilkin olaraq X3 və daha so nra isə alqı-satqı əsasında X5 məxsusdur. Hazırda orderlə onun istifadəsinə verilmiş mənzil invertarizasiya nəticəsində 69 saylı olması bildirildiyi üçün, həmin mənzilin onun istifadəsinə verilməsi barədə Kirayə müqaviləsi bağlanmalıdır. Bakı Keşlə Maşınqayırma Zavodunda işlədiyi müddətdə 1992-ci ildən yataqxananın 4-cü mərtəbəsində orderlə ailəsinə ayrılmış 105 saylı mənzilinin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən saxtakarlıqla başqa şəxsin adına sənədləşdirilməsi qanunsuzdur və ləğv edilməlidir. Mənzilin ailəsinə verilməsi barədə orderin olmasından məlumatları olmasına baxmayaraq, sonradan saxta yolla həmin mənzili başqa adla adına sənədləşdirilməsi onun qanunla qorunan hüquqlarının kobud pozuntusu h esab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq 19. 2009-cu ilin sentyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə
106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları i lə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə
107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqınd a qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə
108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.2. yataqxanalarda yaşayış sahələri;... Maddə
92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi halla rda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə
93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Maddə
104. Yataqxanalarda yaşayış sahələ rinin verilməsi 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin v erilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norma larının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətini n dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçı 1992-ci ildə orderlə ona və ailə üzvlərinə verilmiş yataqxananın 105-ci mənzilinin nömrəsinin dəyişdirilərək 69 nömrə verildiyinə görə 69 nömrəli mənzilə kirayə müqaviləsi bağlanması üçün cavabdeh tərəfindən sərəncam verilməsini xahiş edir.
29. İddiaçı nın kirayə müqaviləsini bağlamaq üçün sərəncam verilməsini istədiyi yataqxana binası 2007-ci ildən cavabdehin balansındadır və iddiaçı cavabdehlə əmək münasibətlərində olmamışdır.
30. Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, istehsalat müəssisələrinə məxsus yataqxanada mənzil sahəsi verilməsinə əsas şəxsin yataqxananın mənsub olduğu müəssisədə işləməsidir. Keşlə “ünvan 3 ünvanında yerləşən yataqxanaya dair verilən order öz təyinatına görə mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq onun işlədiyi dövr üçün yataqxananın 105 saylı otağında ailəsi ilə birlikdə yaşamaq üçün verilən sənəddir. Başqa sözlə, order yalnız iddiaçının yataqxanadakı yaşayış sahəsindən iş dövründə müvəqqəti istifadə etməsi üçün nəzərdə tutulmuşdur və əmək münasibətləri xitam ve rildikdə yataqxanada mənzil verilməsi istisna edilir.
31. İddiaçının işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, o, maşınqayırma zavodunda xx.xx.2000-ci il tarixə qədər işləmiş, həmin tarixdə onunla əmək münasibətlərinə xitam verilmişdir. İddiaçının dəlillərindən görünür ki, 2002-ci ildən artıq o, yataqxanadan ailəsi ilə birlikdə çıxıb getmiş, faktiki olaraq bir daha orada yaşamamışdır. Lakin konkret halda, 20 il keçdikdən sonra yataqxanada yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilsə də, cavabdehdən sıra nömrəsi 69-a dəyişdirilmiş həmin otağa dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini tələb edir.
32. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsinə dair iddiaçı ilə kirayə m üqaviləsi bağlanması barədə sərəncam verilə bilməz. Çünki, yataqxana dövlətin mülkiyyətinə və cavabdeh orqanın balansına verilsə də, xüsusi təyinatlı mənzillər kateqoriyasına aid olması və yataqxana tipli bina kimi qalması, həm də iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil qanunvericiliynə müvafiq olaraq növbəlik qaydasında qeydə alınmaması –bütün bunlar cavabdeh departamentin yataqxanada mübahisələndirilən otağa (mənzilə) dair iddiaçı ilə kirayə müqaviləsi bağlanılması barədə sərəncam verilməsi öhdəliyini mümkün etmir.
33. Mənzil qanunvericiliyinə görə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayı ş sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. İddiaçı həm cavabdehlə, həm də sonuncu iş yeri üzrə əmək münasibətlərində olmadığından cavabdehin hərəkətlərində qanuna uyğun olmayan hal olmamışdır.
34. Odur ki, kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-493/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.