Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1762/2018 31.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1762/2018) Bakı şəhəri 31 oktyabr 2018-ci il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(107)-259/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağı dakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.09.1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olduğunu, mühasibat uçotu ixtisası üzrə tam kursu bitirdiyini, Dövlət İmtahan Komissiyasının 29.06.1974-cü il tarixli qərarı ilə ona mühasib-iqtisadçı ixtisası v erilərək, adına 102508 nömrəli diplomun hazırlandığını, təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, 08.02.2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığına istinad etməklə, müraciətindən imtina etdiyini bildirərək, 01.09.1970-ci il tarixdən 29.06.1974-cü il tarixədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 2-1(84)550/2018saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 01.09.1970-ci il tarixdən 29.06.1974-cü il tarixədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, 10 manat dövlət rüsumu iddiaçıya aid edillmişdir (hakim – R.A.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(107)-259/2018 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli qərarından cava bdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur, həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamış, Qanunun 1.0.2-ci maddəsi nə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, həmin Qanunun tələbləri pozulmuşdur. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığ ı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(107)-259/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 01.09.1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 29.06.1974-cü il tarixli qərarı ilə ona mühasib-iqtisadçı ixtisası verilərək, adına Я seriyalı 102508 nömrəli diplom hazırlanmış, iddiaçı, təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, 08.02.2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sosial sığorta sta jına daxil edilməsinin nəzərdə tutulmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır, pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir, “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnu n yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir, belə olan halda “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan, təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz, həmçinin iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 19701974-cü illərdə əldə etmiş və bu hüquq onun qazanılmış hüququ olmuşdur, beləliklə, cavabdehinimtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəld iyi nəticəni qanuni və əsaslı hesab edir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasart ırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbini təmin edərək, iddiaçının 01.09.1970-ci il tarixdən 29.06.1974-cü il tarixədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qanuni nəticəyə gəlmişlər. Qeyd olunanlara əsasən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsinin həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimləndiyini, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğunu, həmçinin iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını 19701974-cü illərdə əldə etdiyini, beləliklə, cavabdehinimtinasının qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 6.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(107)-259/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 i yun 2018-ci il tarixli, 2-1(107)-259/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1762/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1762/2018
31.10.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver