Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1762/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Əlilliyin səbəbli əlaqəsinin dəyişməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “Prezident təqaüdünün hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-378/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx 1938-ci il tarixdə Ağdərə rayonunun Sırxəvənd kəndində anadan olmuşdur. İddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993 -cü ilin iyun ayında aldığı və 3 aprel 2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri- diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol təpə - ənsə nahiyəsində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX- nin Bakı şəhəri Nizami rayon idarəsinin 26.01.2017-ci il tarixli göndərişi, 26.01.2017-ci il tarixli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 03.04.2015-ci il tarixli məhkəmə-tibbi müayinəsi aktı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.05.2016-cı il tarixli qətnaməsi, Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbayc an respublikasının müdafiəsi zamanı alınmışdır” və 12.08.1995-ci ildən 01.10.1995-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Sol böyrəyin böyük solitar kistası, böyrəklərin funksiyasının pozulmaması ilə. D5-D10 döş qəfəsi fəqərələrinin osteoxondrozu, kökcük və vegetativ-damar əlamətləri ilə" (Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının 01.10.1995-ci il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 01.06.2000-ci il tarixli arayışı ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır". Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26.05.2016-cı il tarixli, 2(103)3918/2016 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2016-cı il tari xli qətnaməsi ləğv olunaraq, iddia tələbi təmin edilmiş və iddiaçının müharibə əlili olma faktı müəyyən edilmişdir. İddiaçı 26 may 2016-cı il tarixdən 24 aprel 2017-ci il tarixədək olan dövr üçün İİ qrup müharibə əlili üçün Prezident təqaüdünün təyin edilməsi bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 25 iyun 2018-ci il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı 20 iyul 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 01.09.2008ci il tarixdən 24.04.2017-ci il tarixədək olan dövrə görə 2-ci qrup müharibə əlili üçün Prezident təqaüdünün təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdd ia onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-1994-cü illərdə Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edərək dəfələrlə yaralanmış, bir neçə dəfə mərmi dalğasına düşüb sağlamlığını itirmişdir. Ağdam rayon xəstəxanasında müalicə olunması barədə sənədlər işğal zonasında qalaraq itib-batmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında bir neçə dəfə müalicə olunsa da, xəstəlik tarixi orada texniki qəza nəticəsində xarab olmuşdur (bəlkə də qəsdən məhv edilmişdir). Döyüşlərdə zədələnməsi barədə sənədlər itdiyi üçün, 21 fevral 2002-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci qrup əlillik müəyyən edilərkən əlilliyinin hərbi xidmət dövrü ilə əlaqədar olması göstərilsə də, əlilliyin döyüş zamanı alınmış zədələrlə əlaqədar olması göstərilməmişdir. Hüquqlarının müd afiəsi üçün apardığı uzun müddətli məhkəmə çəkişmələri nəhayət Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2016-cı il tarixli 2(103)-3918/2016 nömrəli qətnaməsi ilə haqq-ədalətin təntənəsi ilə nəticələndi. Məhkəməyə təqdim etdiyi döyüş aktları, döyüş yoldaşlarının izahatları, müalicələri barədə dolayısı sənədlər (çünki birbaşa təsdiqedici sənədlər məhv olduğu üçün onları bərpa etmək mümkün olmadı) vasitəsi ilə müharibə əlili olması faktı məhkəmə tərəfindən müəyyən edildi. Həmin işə cavabdeh orqan, Sosial Müdafiə Mərkəzi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası maraqlı şəxslər kimi cəlb edilmişlər. Ona görə də məhkəmə qətnaməsi yuxarıda göstərilən təşkilatlara, o cümlədən cavabdeh orqana vaxtında göndərilmişdir. Qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi də təxminən 1 ilə yaxın müddətdə icra edilməmişdir. Faktın məhkəmə qaydasında müəyyən edildiyinə baxmayaraq heç bir ehtiyac olmadan, guya əlilliyin səbəbini müəyyən etmək üçün iddiaçı (halbuki həmin məsələ məhkəmə qətnaməsi ilə müəyyən edilmişdi) yenidən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Komissiyanın 13.03.2017ci il tarixli qərarı ilə əlilliyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış travmalarla bağlı olması təsdiq edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Eksperti Komissiyasının 24.04.2017ci il tarixli rəyi ilə əlliliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması bir daha təsdiq edilmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlil kimi Prezident təqaüdü də məhz 24.04.2017-ci il tarixdən təyin edilmişdir. Cavabdehin 14.09.2018-ci il tarixli etirazında qeyd edilmişdir ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 9 sentyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin təqaüd qanun qüvvəyə mindikdən sonra onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. Təqaüdü almaq hüququ yaranması tarixi Tibbi Sosial Ekspert Komissiyasının təyin etdiyi əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi əlaqədar olduğunu göstərən 24.04.2017 tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. 2 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-3546/2018 saylı iş) 31 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında 9 sentyabr 2008-ci il tarixli Fərmanının qanuni qüvvəyə mindiyi, yəni 1 sentyabr 2008-ci il tarixdən 24 aprel 2017-ci il tarixə qədər ödənilməmiş Prezident təqaüdünün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi 04.11.2017-ci il tarix iddiaçının hüququnun yarandığı deyil, onun bərpası kimi müəyyən edilməlidir. İddiaçının əlilliyə görə Prezident təqaüdü hüququ onun hərbi travma və hərbi xidmət vəzifəsini yerinə y etirərkən aldığı dövrdən əmələ gəlmişdir və ona müavinət hərbi travma aldığına görə 9 sentyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında Fərmanı qüvvəyə mindiyi gündən təyin edilməli idi. Lakin cavabdeh orqan qeyd edilənləri nəzərə almadan iddiaçının hüquqlarını pozmuş və onun əsassız olaraq sosial təminat hüququndan yararlanmasına maneələr törətmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X4 və X6,2-1(103)-378/2019 saylı iş) 30 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 fevral 2 019-cu il tarixdə qərarın surətini almış, 6 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli halları hərtərəfli və obyektiv araşdırmadan, işdə olan sübutları tədqiq etmədən, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktları qiymətləndirmədən qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qərarda maddi hüquq normalarına istinad etsə də, həmin normalara düzgün hüquqi qiymət verməmiş və əsaslandırmamışdır. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iş tirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edil ir. İddiaçı 2017-ci ilin aprel ayından ona ödənilən Prezident təqaüdünün 2008-ci ilin sentyabr ayından 2017-ci ilin aprel ayına qədər olan dövrün də hesablanaraq ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında əvvəlki dövr üçün Prezident təqaüdünün ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prez identinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin... İşin hallarına görə iddiaçıya əvvəllər səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonrakı illərdə də əlilliklə bağlı aktlarda iddiaçının əlilliyinin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2016-cı il tarixli qətnaməsindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13 mart 2017-ci il tarixli 593 nömrəli qərarı ilə iddiaçının aldığı xəstəliyin hərbi xidmət dövründə alınması göstərilmiş, bundan sonra 24 aprel 2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinə zamanı əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəs i ilə əlaqədar olması qeyd edilmiş və iddiaçıya 24 aprel 2017-ci il tarixdən Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməyə başlanmışdır. İddiaçı isə hesab edir ki, ona Prezident təqaüdü Fərman verildiyi 01.09.2008-ci tarixdən ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəs ində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. İddiaçı əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik olmaqla İİ qrup əlil kimi 2017-ci ilin aprel ayına qədər pensiya almışdır. 24 aprel 2017-ci ildən isə ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” İİ qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haq qında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edil ən əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEKin diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. Hər bir halda əlilliyin səbəbli əlaqəsi ilə bağlı əvvəllər iddiaçının mübahisə açmasından asılı olmayaraq həmin aktlar qüvvədə olmuş və ləğv edilməmiş, dəyişdirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum o lduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən dü şmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi 24 aprel 2017-ci il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyy ən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). İddiaçıya hazırkı məzmunda-“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”in təyin edildiyi 2017-ci il 24 aprel tarixdə qüvvədə olan “Əlilliyin və uşaq ların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixolo ji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilit asiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Əlilliyin səbəbini TSEK müəyyən etdiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qismən qanuni olmuşdur. İddiaçının xəstəliyi “hərbi xidmət dövrü ilə əlaqədar” alması mərkəzi hərbi həkim komissiyasının qərarının qəbul edildiyi 13 mart 2017-ci il tarixdən müəyyən edilmişdir. Mərkəzi hərbi həkim komissiyasının qərarından görünür ki, həmin qərar Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 26 may 2016-cı il tarixli qətnaməsi əsasında verilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddiaçının tələbi təmin edilib müharibə əlili olma faktı müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı əlilliyin səbəbli əlaqəsi barədə ilk dəfə 2013cü ilin fevral ayından məhkəmə müstəvisində mübahisə açmağa başlamış, həmin vaxtdan 2016-cı ilin may ayının 26-na qədər məhkəmə icraatı davam etmişdir. Göründüyü kimi, iddiaçı əvvəllər əlilliyin səbəbinin “hərbi xidmət dövründə” xəstəlik olmaqla İİ qrup əlil kimi inzibati orqanlar tərəfindən qəbul edilən inzibati aktı ilk dəfə fevral 2013-cü ildən mübahisələndirməyə başlamı ş və yalnız bu tarixdən sonra əlilliyin səbəb əlaqəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2013-cü ilin fevral ayından əvvəl əlilliyin səbəb əlaqəsinə dair mübahisə açması ilə bağlı aidiyyəti inzibati orqana, onun hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə müraciət etməsinə dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən 1 fevral 2013-cü il tarixdən əvvəlki dövr üzrə iddiaçıya Prezident təqaüdü təyin edilməsi barədə iddia əsaslı olmamışdır. O da vurğulanır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əli lliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətlən dirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçının müharibə əlili olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həllini tapmışdır. Bəhs olunanlara əsasən iddiaçının əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” alması 24 aprel 2017-ci il tarixdən müəyyən edilsə, iddiaçının müharibə əlili olması məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı bu barədə fevral 2013-cü ildən başlayaraq məhkəmədə mübahisə açdığından, iddia 1 fevral 2013-cü il tarixdən 24 aprel 2017-ci il tarixə qədər olan müddət üçün Prezident təqaüdünün ödənilməsi hissəsində əsaslı olmuşdur. 1 fevral 2013-cü il tarixə qədər iddiaçının əlilliyinin səbəbi nin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” alması barədə qüvvədə olan inzibati akt olmadığından və 1 fevral 2013-cü il tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin hərbi xidmət ilə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan, həmin dövrlə bağlı iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində qismən səhvə yol vermişdir. İddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” Prezident təqaüdünü almaq hüququ 2013-cü ilin fevralından yarandığından kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-378/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı iddiaçıya “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün 01.09.2008-ci il tarixdən təyin olunaraq 1 fevral 2013-cü il tarixədək hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia həmin hissədə t əmin edilməsin. Qərar “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün 1 fevral 2013-cü il tarixdən 24 aprel 2017-ci il tarixədək hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1762/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1762/2019
18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver