Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1762/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əl ilə qaynaqçı, elektrovoz maşinisti ) Giriş hissə: Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialına qarşı ona 57 yaşı tamam olduğu tarixdən, yəni 30.05.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1691/2021 nömrəli iş üzrə 18.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 24.11.2021-ci tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1961-ci ildə Ermənistan SSR-in Ararat rayonunda anadan olmuşdur. !978-ci ildən Ermənistan SSR-də əmək fəaliyyətinə başlamış, Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, Bakı şəhəri, 87 nömrəli Texniki peşə məktəbində Elektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil almış, Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma trestində 2-ci dərəcəli elektrik, əl ilə qaynaq aparan elektrik qaynaqçısı, “Azərnəqliyyatyoltikinti Dövlət Şirkətinin 518 nömrəli tikinti quraşdırma qatarında əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 20.08.2003-cü ildən 07.01.2006-cı ilə qədər teplovoz maşinisti köməkçisi işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni 30.05.2018-ci il il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 07.07.2020-ci il tarixli, **********0 №-li məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və öz imtinasını iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi ilə əlaqələndirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən 1978-ci ilə qədər Ermənistan SSR-in Ararat rayonu, Aralez kəndi “Lenin yolu” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuş, 01.09.1978-ci ildən 06.03.1980-ci ilə qədər Bakı şəhəri, 87 nömrəli Texniki peşə məktəbində E lektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil almış, 04.05.1980-ci ildən 11.05.1982-ci ilə qədər Sovet ordusu sıralarında hərbi xidmət etmişdir. 01.02.1983cü ildən 30.04.1985-ci ilə qədər və 01.06.1985-ci ildən 01.10.1988-ci ilə qədər Ermənistan SSR-in Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, 10.05.1989-cu ildən 24.11.1989cu ilə qədər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma trestində 2-ci dərəcəli elektrik qaynaqçısı, 24.11.1989-cu ildən 27.12.1993-cü ilə qədər əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 15.04.1994-cü ildən 20.08.2003-cü ilə qədər “Azərnəqliyyatyoltikinti Dövlət Şirkətinin 518 nömrəli tikinti quraşdırma qatarında əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 20.08.2003-cü ildən 07.01.2006-cı ilə qədər teplovoz maşinisti köməkçisi, 01.06.2 006-cı ildən 15.03.2007-ci ilə qədər "xxxx" MMC-də sürücü, 16.07.2007-ci ildən 16.01.2008-ci ilə qədər "xxxx" MMC-də sürücü, 17.01.2008-ci ildən 15.07.2010-cu ilə qədər “H.Z.Tağıyev adına” NQÇİ-də qaldırıcı maşinisti, 16.07.2010-cu ildən 31.07.2014-cü ilə qədər “Azneft” İstehsalat Birliyi nəqliyyat departamentində qaldırıcı kranının maşinisti vəzifəsində işləmişdir. 01.08.2014-cü ildən hal-hazırkı vaxta qədər ARDNŞ nəqliyyat idarəsi 5 saylı texnoloji nəqliyyat departamentində avtomobil sürücüsü və qaldırıcı kranın maşinisti vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil ol maqla 27 il 5 ay 14 gün ümumi iş stajı, 15 il 9 ay 19 gün zərərli iş stajı vardır. 57 yaşı tamam olan tarixdən, yəni 30.05.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh 07.07.2020-ci il tarixli, **********0 №-li imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtinanın səbəbi kimi 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. İstər hazırda qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunda, istərsə də 01.01.2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda hərbi xidmət dövrü ümumi iş stajı sayılırdı. Təhsil aldığı və kolxozda işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin İ hissəsinə əsasən üzvlük əsasında kolxozda işlədiyi dövr ümumi iş stajı kimi nəzərə alınırdı. İddia ərizəsinə əlavə etdiyi kolxozçunun üzvlük kitabçası, təhsil alması barədə attestat, hərbi xidmət keçmə barədə arayış, əmək kitabçalarının surəti və iş stajını təsdiq edən arayışdan görünür ki, ümumi iş stajı 25 ildən çoxdur. İşlədiyi «əl ilə qaynaq aparan qaynaqçılar» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «əl ilə qaynaq aparan elektrik qaynaqçıları», “elektrovoz maşinist köməkçisi” isə həmin siyahın ın 21.4-cü bölməsinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın əsas dəlili iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olması və onun pensiya hüququnun yaranmaması ilə bağlıdır.
7. Birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-1421/2021 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 30.05.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh həm iddia ərizəsinə yazılı etiraz da, həm də imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də, bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(103)-1691/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-1421/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıla şmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əl ilə elektrik qaynaqçısı, teplovoz maşinisti işlədiyi müəyyən dövrlər arayışda qeyd olunsa da, onun əmək kitabçasında müvafiq qeydlər yoxdur. Belə olan halda, iddiaçının həmin peşələrdə işlədiyi müddət güzəştli iş stajına hesablana bilməz və iddiaçı güzəştli şərtlərl ə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, iddiaçı tələb edilən 25 il ümumi və 12 il 6 güzəştli iş stajını toplamamışdır. Beləliklə də, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
15. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTB İQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan s ığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzif ələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə v ə Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 23200000—19906 kod ilə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”, 23001000—14241 Nəqliyyat, ayrı-ayrı kateqoriyalı işçilər - teplovoz, elektrovoz maşinistləri və maşi nist köməkçiləri peşələri göstərilmişdir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasın ın Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Ma ddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Ali Məhkəmənin İnzibati Kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Ape lyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə ape lyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının əl ilə elektrik qaynaqçısı, teplovoz maşinisti işlədiyi müəyyən dövrlərin əmək kitabçasında qeyd olunmaması və bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixə qədər tələb olunan ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması ilə bağlıdır.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı (qüvvədən düşmüşdür) ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləc ə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına iddiaçının iş yerindən müvafiq arayışlar, əmrlərdən çıxarışlar əlavə edilmişdir və həmin sənədlər iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə görə əmək stajının müəyyən olunması zamanı nəzərə alınmalıdır.
31. Bu qərarın 19-cu bəndində istinad olunan normalara görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar.
32. Bu zaman nəzərə almaq lazımdır ki, Azərbay can Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
33. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə bu Qərarın 19-cu bəndində istinad olunan və 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər, Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2 nömrəli siyahısına əsasən, kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
34. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
35. Bu Qərarın 19-cu bəndində istinad olunan normaya əsasən, hərbi (alternativ) xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
36. İddiaçı 01.09.1978-ci ildən - 06.03.1980-cı ilədək Bakı şəhəri, 87 №-li texniki məktəbdə elektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil alması iş materiallarına əlavə edilmiş 06.03.1980-cı il tarixli, 389 nömrəli attestatla təsdiq olunur.
37. İddiaçının 04.05.1980-ci il tarixdən 11.05.1982-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçməsi işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayon İdarəsinin 25.02.2020-ci il tarixli, 197 nömrəli arayışı ilə sübut olunur.
38. İddiaçının 1976-cı ildən 1978-ci ilə qədər Ermənistan SSR-in A rarat rayonu, Aralez kənd “Lenin yolu” kolxozunda əmək fəaliyyəti ilə məşğul olması işdə olan və iddiaçıya məxsus kolxozçunun üzvlük kitabçasının qeydləri əsasında məhkəmələr tərəfindən müəyyən edilmişdir.
39. Həmçinin iş materiallarına əlavə olunmuş iddiaçıya aid əmək kitabçasında onun 01.02.1983-cü ildən 30.04.1985-ci ilə qədər və 01.06.1985-ci ildən 01.10.1988-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, 10.05.1989-cu ildən 24.11.1989-cu ilə qədər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma Trestində 2-ci dərəcəli elektrik, 24.11.1989-cu ildən 27.12.1993-cü ilə qədər əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir.
40. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 15.02.2006-cı il tarixli, 02 n ömrəli arayışdan, 23.12.2020-ci il tarixli 03 nömrəli məktuba əlavə edilmiş 15.04.1994-cü il tarixli 54/k nömrəli, 20.08.2003-cü il tarixli 28/k və 07.01.2006-cı il tarixli 03/k nömrəli əmrlərdən olan çıxarışlardan müəyyən edilmişdir ki, iddiaçı həqiqətən 15.04.1994-cü il tarixədək 54/k saylı əmrlə "xxxx" Dövlət Şirkətinin 518 nömrəli Tikinti Quraşdırma Qatarına əl-elektrik qaynaqçısı qəbul edilmiş, 20.08.2003-cü il tarixdə 28/k saylı əmrə əsasən teplovoz maşinisti köməkçisi işinə keçirilmişdir. 07.01.2006-cı il tarixdə 03/k saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 №-li, 16.07.1998-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" X1 Cəmiyyətə çevrilmişdir.
41. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gə lirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 05.11.2020-ci il tarixli **********020200 nömrəli məktubuna əlavə edilmiş təsis sənədlərində qeyd edilmişdir ki, Azərnəqliyyatyoltikinti” ATSC-nin Nizamnaməsi 22.12.2000-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin Nizamnamənin 1-ci maddəsinə əsasən, Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 851 №-li 16.07.1998-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisənin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır.
42. Azərnəqliyyatyoltikinti” ATSC-nin nizamnaməsinin 2.4-cü maddəsinə əsasən, "xxxx" ASC ləğv edilmiş "xxxx" dövlət şirkətinin həmin nizamnaməyə əlavədə göstərilən 9 müəssisəsinin bazasında yaradılır və onların hüquq və öhdəliklərinin varisidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu müəyyənləşdirilərkən əmək kitabçasının müvafiq qeydləri ilə yanaşı, habelə həmin peşələrlə bağlı iş yerindən arayışlar, əmrlərdən çıxarışlar da nəzərə alınmalıdır. Bu iddiaçının aldığı ixtisas üzrə (elektrovozun maşinist köməkçisi) işlədiyi peşələrin uyğunlaşdırılması zamanı xüsusilə diqqətə alınmalıdır. Bundan əlavə, iddiaçının işlədiyi qurumların (Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma Tresti, "xxxx" Dövlət Şirkətinin 518 nömrəli Tikinti Quraşdırma Qatarı) fəaliyyət istiqamətləri və funksional vəzifələri də nəzə rə alınmalıdır.
44. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının işlədiyi peşələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”, “elektrovoz maşinist köməkçisi” isə həmin siyahının 21.4-cü bölməsinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur.
45. İstinad edilən qanunvericilik normalarına görə, şə xsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
46. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 01.01.2006-cı ilə qədər, təhsil və hərbi xidmət dövrü də daxil olmaqla azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını to pladığı məhkəmələr tərəfindən müəyyən edilmişdir.
47. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldikləri qənaətdə məhkəmələr haqlıdır.
48. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayət i təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(103)-1691/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.