Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1762/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X3rşı (üçüncü şəxs AR Təhsil Nazirliyi) qarşı “onun işlədiyi müvafiq illərin sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)464/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən verilmiş 21 iyun 2018-ci il tarixli, B18 № 131207 saylı diplomun surətindən müəyyən olunur ki, İddiaçı David oğlu “Menecment və İnzibatçılıq” ixtisası üzrə bakalavr dərəcəsini almışdır.
2. Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən verilmiş 21 iyun 2018-ci il tarixli, B18 № 131207 saylı diploma əlavənin surətindən müə yyən olunur ki, İddiaçı David oğlu “X5 Olunması Akademiyası”nda oxuduğu müddət ərzində “Menecment və İnzibatçılıq” ixtisası üzrə 4 il əyani tədris formasında təhsil almışdır.
3. Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən 6 sentyabr 2018-ci ildə № A 66423-18 nömrəsi ilə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
4. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir.
5. Müraciətinə cavab olaraq bildirilmişdir ki, X1 İdarəolunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müs ahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.
6. Birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı David oğlunun cavabdeh Təhsildə X3rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizm və otelçiliyin idarə edilməsi” ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No:131207 saylı, 21 iyun 2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə X4 təqdim edilməsi üçün İddiaçı Davud oğluna 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə X4 30 (otuz) gün müddət təyin edilmişdir.
7. Qərardadın icrası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-05-345/TKTA nömrəli, 19 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçıya Ukrayna Respublikasının Regionlararası X2 tərəfindən verilmiş 11 iyun 2018-ci il tarixli, B 18 seriyalı 131207 nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin bərpa edilməsi və Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tər əfindən xx.xx.2018-ci il tarixdə adına verilmiş D18 No:131207 saylı bakalavr diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyini göstərərək Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən xx.xx.2018-ci il tarixdə adına verilmiş D18 No:131207 saylı bakalavr diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4105/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizm və otelçiliyin idarə edilməsi ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No: 131207 saylı, xx.xx.2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4105/2021 nömrəli, 9 iyun 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2018-ci illərdə Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyasında təhsil almış və Menecment hazırlıq istiqaməti, Turizm və otelçiliyin idarə edilməsi ixtisaslaşması üzrə Bakalavr ali ixtisas dərəcəsinə yiyələnmişdir. Daha sonra, Azərbaycan Respublikasına qayıdaraq, həqiqi hərbi xidmətə başlamış və hərbi xidmətini başa vurmuşdur. 8 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə 21 iyun 2018-ci il tarixdə onun adına verilmiş Dİ8 No:131207 saylı Bakalavr Diplomunun tanınması barədə müraciət etmişdir. Bun dan bir qədər sonra, 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsi başlamış və o, döyüşlərdə könüllü iştirak üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixdə ordu sıralarına alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd, Xankəndi və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək isə. Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın rayonlarının mühafizəsi istiqamətində görülən fəaliyyətlər üzrə xidmətini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. O, hərbi xidmətdə olduğu dövrdə yəni, xx.xx.2020-ci il tarixdə etdiyi müraciətə aşağıdakı məzmunda cavab verilmişdir: “Hörmətli müraciətçi Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 İdarəolunması Akademiyasının tədris no rmativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasivası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən. **********-nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.
14. Cavabdeh tərəfi ndən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə X4 müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri- mümkün olduğu və tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixində onun şəxsi kabineti vasitəsilə məlumat verilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Q ərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 6 ay, İİ il - 3 ay 3 gün, İİİ il - 2 ay 15 gün, İV il - 4 ay 14 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür.
15. Əlavə olaraq, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analiz etmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək s əlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4105/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” ixtisası üzrə əyani formada təhsil almasını bildirsə də, məhkəmə araşdırması zamanı onun təhsil aldığı institutun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunmuşdur ki, bu cür v əziyyətdə təhsil alan şəxsin özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir. Ona görə də İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X3rşı Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası”nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizm və otelçiliyin idarə edilməsi ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No: 131207 saylı, xx.xx.2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
18. İddiaçı apel lyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-464/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının iddiasının təmin edilməsi, iddiaçının Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası”nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizm və otelçiliyin idarə edilməsi ixt isası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No:131207 saylı, 21 iyun 2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əyani formada təhsil almış, və “Menecment və İnzibatçılıq” ixtisası üzrə bakalavr dərəcəsi alması Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B18 № 131207 saylı diploma əsasən təsdiq olunmuşdur. İddiaçının diplomu Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən xx.xx.2018-ci ildə № A 6642318 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apost il edilmişdir.
21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tədrisi dili və tədris yükünün yerinə yetirilməsi ilə bağlı dövlət standartlarına uyğunluğun müəyyən edilməməsinə, müvafiq müsbət rəylərin deyil, imtina qərarı üçün əsas olacaq ekspert rəylərinin qəbul edilməsinə baxmayaraq iddia tələbini təmin etmişdir. Məhkəmə sözügedən müddəanın tələblərini nəzərə almadan, iddiaçının əldə etdiyi biliklərin qiymətləndirilməsini önəmsiz hesab etmiş və iddia tələbini təmin edən qərar qəbul etmişdir.
23. B elə ki, iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması (bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi İlə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiy i kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir) zamanı onun tədris dili üzrə biliklərinin məhdud olması sübuta yetmişdir. Bununla da iddiaçının əldə etdiyi bakalavr dərəcəsinin Ölkə daxilindəki standartlarla uyğunsuzluq təşkil etməsi isbat edilmişdir. Lakin məhkəmə bu məsələyə dair hər hansı bir fikir bildirməmişdir.
24. İddiaçı David oğlu 4 tədris ili müddətində Ukraynada cəmi olduğu 16 ay ərzində (70 həftə) maksimum 2100 saat (və ya 70 kredit) auditoriya saatlarında iştirak edə bilərdi ki, bu da onun ümumi tədris yükünün 1/3-dək hissəsini əhatə edir. Belə ki, İddiaçı David oğluna təqdim edilmiş diplom əlavəsindən onun tədris yükünün 251 (7530 saat) kredit olması müəyyən edilmişdir ki, bu da tədris yükünün dövlət standartlarına əsasən yerinə yetirilmədiyini deməy ə əsas verir.
25. Məhkəmə iddiaçının həm tədris dili üzrə biliklərinin yetərli olmaması, həm də onun təhsil aldığı ölkə ərazisində qusa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Məhkəmə ekspert rəyləri və video müsahibənin yazısına dair heç bir məsələyə münasibət bildirməmişdir.
26. İddiaçı inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda, bu haqda məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız mülahizələrlə kifayətlənmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının mülahizələri əsasında iddia tələbini təmin etmişdir.
27. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin öz qərarını əsaslandı rması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının rus dili biliklərinin qiymətləndirilməsi apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən həyata keçirilmişdir. Halbuki, bu, xüsusi bilik tələb edən sahədir və bununla bağlı müvafiq mütəxəssis rəyi alınmalı idi. Lakin, apellyasiya instansiya məhkəməsi mütəxəssis rəyi almadan, özü iddiaçının dil biliklərinə qiymət vermiş, bununla da işin hallarının hərtərəfli araşdırması prinsipini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. bənd 1.6. İİİ hissəsi. Azərbaycan Respublikas ının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).
30. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Re spublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”: Maddə 1.Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə
6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmiş dir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayətindəki əsas dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli, 919-İQ nömrəli qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” sazişin 5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddət olması və tədris dilinə kvalifikasiyanın əldə e dəcək səviyyəyə uyğun bilməməsi təhsil müddəti və təhsilin məzmununa görə uyğunluğunu istisna edir.
35. Cavabdehin kassasiya şikayətindəki digər dəlilləri isə onun göstərdiyi məhz yuxarıda qeyd edilmiş dəlildən irəli gəlir.
36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 131207 saylı diploma əsasən, İddiaçı David oğlu “Menecment və İnzibatçılıq” ixtisası üzrə bakalavr dərəcəsini almışdır.
38. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfi ndən verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 131207 saylı diploma əlavəyə əsasən, İddiaçı David oğlu “X5 Olunması Akademiyası”-nda oxuduğu müddət ərzində “Menecment və İnzibatçılıq ” ixtisası üzrə 4 il əyani tədris formasında təhsil almışdır.
39. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən diplom Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən xx.xx.2018-ci ildə № A 66423-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar çıxarılması nəticəsinə gələrkən haqlı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na istinad etmişdir. Belə ki, həmin qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.
41. Qaydaların 1.3-cü bəndin ə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.
42. Həmin Qaydaların 3.2-ci bəndinə müvafiq olaraq, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).
43. Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.
44. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tətbiq edilməsi də düzgün olmuşdur. Belə ki, həmin sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublik ası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir.
45. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
46. Apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi).
47. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı əyani formada təhsil almış, və “Menecment və İnzibatçılıq” ix tisası üzrə bakalavr dərəcəsi alması Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 131207 saylı diploma əsasən təsdiq olunmuşdur.
48. İddiaçının diplomu Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyası” tərəfindən xx.xx.2018-ci ildə № A 66423-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
49. Beləliklə Ukrayna Respublikasının təhsil sahəsində yuxarıda göstərilmiş səlahiyyətli orqanı iddiaçıya müvafiq diplom vermiş və bununla da onun ali təhsil proqramı uğurla başa vurduğunu təsdiq etmişdir ki, işin sözügedən halının şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur, belə ki, təhsil müddəti, onun qaydası və şərtl ərinin müəyyən edilməsi ali təhsil müəssisəsinin öz daxili işi olmaqla, ali təhsil müəssisənin səlahiyyətlərinə aid olan məsələdir.
50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-464/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.